Bazar günü, 20 iyul 2025
     

Neft Fondu Ərəb Əmirliklərinin təhsilinə 100 milyon dollar qoydu - işin faydaları, ziyanı və risqləri...

Image

İlham Şaban: "Bizim Neft Fondu artıq dörd ildir ki, aktivlərin idarə edilməsindən kifayət qədər vəsait qazanıb"

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təhsil şəbəkəsinə 100 milyon dollar yatırım edib.

ARDNF "GEMS Education" şirkətinə yatırımı 17 iyun 2024-cü il tarixində investorlar konsorsiumunun üzvü olaraq edib. Bu konsorsiuma rəhbərliyi alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən nəhəng investisiya şirkətlərindən biri olan "Brookfield Asset Management" şirkəti həyata keçirib. Özəl səhm bazarında əsas hədəf sahələri infrastruktur xidmətləri, sənaye və biznes xidmətləri olan "Brookfield Asset Management" şirkəti 1899-cu ildə yaradılıb və hazırda idarə etdiyi aktivlərin toplam dəyəri 900 milyard ABŞ dollarına çatmaqla bazarda fəaliyyət göstərən ən nüfuzlu investisiya menecerlərindən birinə çevrilib. Sözügedən konsorsiumda "Brookfield Asset Management" şirkətinin idarə etdiyi fondlarla yanaşı, nüfuzlu yerli və beynəlxalq investisiya qurumları iştirak edib.

Qeyd edilib ki, Fondun yatırım etdiyi "GEMS Education" 12 illik təhsil üzrə dünyanın ən böyük və qabaqcıl özəl təhsil müəssisələri şəbəkəsinə malikdir. Şirkət 1959-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb. Hazırda Yaxın Şərq, Şimali Afrika, Asiya, Avropa və Amerikada məktəbə malik olan bu özəl təhsil şəbəkəsində dünyanın 176 ölkəsindən 170 min şagird təhsil alır. Şirkətin əhəmiyyətli dərəcədə böyük bazar payına malik olduğu BƏƏ-də yerləşən 40-dan çox məktəbində 135 mindən çox şagird təhsil alır.

Sözügedən investisiya ARDNF-nin Yaxın Şərqə birbaşa olaraq etdiyi ilk yatırımdır.

ARDNF təhsil mərkəzinə yatırımını belə izah edib: "Körfəz ölkələri regionu, xüsusilə də BƏƏ qlobal olaraq özəl orta təhsil sektorunda lider mövqedədir və dayanıqlı şəkildə artan əhalisi, qlobal biznes və maliyyə mərkəzi kimi formalaşması ilə böyük potensiala malikdir. Təhsil sektoru isə öz növbəsində stabil və uzunmüddətli gəlir mənbəyi kimi qəbul edilir. Bu sahədə investisiyalar, xüsusilə yüksək keyfiyyətli təhsil müəssisələrində, adətən sabit gəlir gətirir və iqtisadi dalğalanmalardan nisbətən az təsirlənir".

BƏƏ-nin orta təhsil sisteminə bu qədər pul qoymaq bizə nə verər?

"...Təbii ki, risqlər də istisna olunmur"

Tanınmış ekspert İlham Şaban baki-xeber.com-a şərhində "Bizim Neft Fondu artıq dörd ildir ki, aktivlərin idarə edilməsindən kifayət qədər vəsait qazanıb. Əgər biz 2023-cü ilə baxsaq, 3 milyard dollardan artıq vəsait məhz kapitalın idarə olunmasından əldə edilib. Azərbaycan neftinin satışından gələn gəlir nə idi? 6 milyarddan bir qədər çox. Yəni onun yarısını artıq kapitalın idarə edilməsi qazanır. Bu baxımdan, istər şirkətlərin səhmlərinin alınması, istərsə də digər əməliyyatlara, o cümlədən startaplara vəsait qoymaq hesabına bu gəlirləri sabit saxlamaq, artırmaq istəyirlər. Yəni ümumən Norveç Dövlət Pensiya Fondu nə edirsə bizim Dövlət Neft Fondu da o istiqamətdə addımlar atır. Sadəcə, birinin aktivləri 1, 3 triliondur, bu daha çox vəsait qazandırır. Bizim Neft Fondunun isə 57 milyard kapitalı var. Sosial şəbəkələrdə də gördüm yazırlar ki, Fond bizim təhsilimizə niyə bu qədər pul ayırmır, ancaq Dubaydakı bir təhsil şirkətinə bu qədər vəsait ayırır? Əvvəla, məsələ ondadır ki, o bir şəbəkədir, o təhsil üzrə ixtisaslaşan bir şirkətdir və bu şirkətə Dövlət Neft Fondundan əlavə digər özəl kapital qoyluşu da olur. Onun idarəçiliyində də ona önəm verirlər ki, buradan daha çox dividend qazanılsın, daha çox qazanc əldə edilsin. Azərbaycanda Dövlət Neft Fondu təhsildə 2005-ci ildən necə iştirak edir? Dövlət xətti ilə xaricdə təhsil alan tələbələri dəstəkləyir, başqa bir şeyi yox. Nəyə görə? Çünki bizdə dividend verən özəl sektor  çox məhduddur. Fikir vermişəm, bizdə təhsil bazarının 1-2 faizi özəl sektora məxsusdur. Onlar da nə qazanır? Səhmdarlarına nə verir? Bu barədə heç bir məlumata rast gəlməmişəm"-deyə bildirdi.

İ.Şabanın sözlərinə görə, ancaq ümumən heç kəs onu düşünmür, heç hökumət də, dövlət də bunu cəmiyyətə lazımı qədər çatdırmır ki, postneft dövrünə biz kifayət qədər hazırlaşmışıq. "Bu baxımdan ki, bəlkə gələn il neftdən gələn gəlir, dövlətə çatan pay 3 milyard oldu, ondan daha artığını Dövlət Neft Fondu aktivlərin idarə edilməsindən qazanc kimi əldə etdi. Əvəzləməsi tam olmasa da, müəyyən qədər biz həyata keçirə bilirik".

İ.Şaban əlavə etdi ki, hansı aktivlərə vəsait qoymaq, gəlir əldə etmək məsələsinə gəlincə, məhz dividendin hesabına əldə olunan gəlirin daha artıq olanı ilə bağlı məlumatları təhlil edən və qərar verən dünya səviyyəli ekspertlər, dünya səviyyəli fondlar, trans şirkətlər var. "Yoxsa sosial şəbəkədə yazmaqla deyil ki. Kimsə yazır ki, Dubayda Şeyxin məktəbinə pul qoyuldu. Amma məsələ heç də belə deyil".

"Bəs bunun ziyanı və risqləri nə ola bilər, bu ehtimal varmı"-sualına gəlincə, İ.Şaban bildirdi ki, bu işin risqi də ola bilər. "Sözün adı biznesdirsə burada itki də istisna edilmir. Sizə bir misal çəkim, 2020-ci ildə şirkətlərin ki səhmləri aşağı düşdü, bu zaman Norveç Pensiya Fondu (hansı ki, neft fondudur-İ.Ş) bir ilə 84 milyard avro pul itirdi. Ancaq 2022-ci ildə 156 milyard onun gəliri oldu. Söhbət burada sırf maliyyə baxımından məsələdən gedir. Yəni sən vəsait itirdinsə, deməli deyilsən ki, yox, mən bunu itirdim və bu sahəyə getmirəm. Beznes elə şeydir ki, hər şey olur. Necə ki, neftin qiyməti aşağı düşür, qalxır, orta qiymətə baxırsan. Baxır hansı mərhələyə baxırsan. Bir illiyə baxsan səndə infarkt ola bilər. Çünki bizim neftin qiyməti 20 dollara da düşmüşdü. Ancaq 148 dollara satdığımız dövr də olub axı. Məsələ bundadır. Ona görə də yanaşma normal, praqmatik olmalıdır. Adicə İlon Maska baxaq, bir də görüsən ki, onun 10, 18 milyard pul itirdiyi barədə xəbər yayılır, bir ay, üç ay sonra onun 20-30 milyard gəlir əldə etdiyi qeyd olunur. Belədir. Bu baxımdan, təbii ki, risqlər də istisna olunmur"-deyə İ. Şaban qeyd etdi. 

İradə SARIYEVA




VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910