“Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi
Prezident İlham Əliyev “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanla əsasnaməyə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi daxil edilib.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.