Ərdoğan Azərbaycana gəlir...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Azərbaycana səfər edəcək. Bu barədə məlumat Ərdoğanın iyul ayı üçün diplomatik proqramında yer alıb.
Bildirilir ki, Ərdoğan 3-4 iyul tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanada olacaq. Qazaxıstanda Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü də planlaşdırılır.
Ərdoğan Astanadan sonra Azərbaycana gedəcək. O, iyulun 6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.
Zirvədə Xəzər qazının Türkiyə üzərindən Qərbə nəqli və türk dövlətləri arasında ticari fəaliyyətlərin artırılması kimi mövzular müzakirə olunacaq. Qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi də gündəmin əsas mühüm mövzusu olacaq.
TAHİR