İranda prezident seçkilərinin yekun nəticəsi açıqlandı - Pezeşkiyan və Cəlili ikinci tura gedir...
İranda keçirilən prezident seçkilərində bütün səsvermə bülletenlərinin emalı yekunlaşıb.
İran mediası yazır ki, nəticələrə əsasən, birinci turunda islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili öndədir. Namizədlərin heç biri 50 faizdən çox səs toplamadığından Pezeşkiyan və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar.
Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin IRIB telekanalında verdiyi məlumata görə, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb. Pezeşkiyan 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb.
ZÜMRÜD