Paşinyan növbədənkənar parlament seçkiləri keçirəcək...
Ermənistanda 2024-cü ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Qeyd edilib ki, bu qərar ölkənin baş naziri Nikol Paşinyan tərəfindən hakim partiyanın bir neçə gün əvvəl keçirilən iclasında qəbul olunub.
Məlum olub ki, Ermənistanın baş nazirinin əsas məqsədi parlamentdə müxalifət partiyalarının yerlərinin sayının azaldılmasıdır.
Bir neçə ay öncə müxalifəti potensial rəqiblərindən aktiv şəkildə təmizləməyə başlamış Paşinyan administrasiyasının əlacı ən qısa zamanda növbədənkənar parlament seçkiləri keçirilməyə qalıb. Sabiq prezident Robert Köçəryanın oğlu deputat olduqdan sonra buna kəskin zərurət yaranıb.