UEFA bu iki kluba cəza “yağdırdı”
UEFA İntizam Komitəsi Fransa PSJ-sini və İtaliya "Milan"ını cəzalandırıb. Buna komandaların arasında keçirilən Çempionlar Liqasının qrup mərhələsinin 3-cü tur oyununda onların azarkeşlərinin davranışı səbəb olub.
PSJ azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə, stadionda keçidləri kəsməsinə və meydana qaçmasına görə 98 min avro cərimələnib. O da məlum olub ki, Paris təmsilçisinin stadionu iki illik sınaq müddəti ilə şərti olaraq bir matça qismən bağlanacaq. "Milan" da öz növbəsində azarkeşlərlə insidentlərə və pirotexniki vasitələrdən istifadəyə görə 23 min avro cərimələnib.
Xatırladaq ki, qarşılaşma PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda PSJ 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. “Milan” isə öz növbəsində 5 xalla 3-cüdür.
Mətləb