Lənkəranda qəbiristanlıqdan oğurluq edən şəxs yaxalandı
Lənkəran şəhərində yerləşən qəbiristanlıqlardan birindən 30-dan artıq məzarın ətrafına çəkilən metal məhəccərlərin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Roman Kornev müəyyən edilərək saxlanılıb. Oğurladığı məhəccərlər onun gizlətdiyi yerdən aşkarlanıb və məzarların ətrafının bərpa olunması təmin edilib. Faktla bağlı Lənkəran şəhər rayon polis şöbəsində araşdırma aparılır.
Mətləb