"Azərbaycan 3 ssenari üzrə Ermənistana hücum edəcək"- Avropa mətbuatının fantaziyası....
Azərbaycanın 2020-ci ildəki 44 günlük zəfər müharibəsindən və bu ilin sentyabrında baş tutan, Xankəndidəki separatçı terrorçu rejimin məhv olmasına gətirib çıxaran lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanın havadarları açıq şəkldə həyasız libasa bürünüblər. əvvələlər bu ermənipərəstlər müxtəlif adlarla maskalanırdılarsa, artıq buna heç ehtiyac da görmürlər.
“Donuz kababı”, erməni diasporunun “cağ-bacağ” dollar dəstlərinə və erməni konyakının iyinə həssas olanların ən çox toplaşdığı Qərb mediası indidə Azərbaycanın Ermənistana hücum edəcəyi barədə səs-küy yaradıb. Əslində Azərbaycanın guya Ermənistana hücum edəcəyi barədə öncə ABŞ dövlət katibi Antoni Blinken, sonra da Emmanuel Makronun Fransası hay-həşir qopardılar. Guya bunlara dəqiq məlumdur ki, Azərbaycan Ordusu İrəvana daxil olmaq üzrədir. Həttda A.Blinkenin köməkçisi də bir neçə gün bundan əvvəl Azərbaycanı hədələyən fikirlərlə həddini də aşmışdı.
Bu cür siyasətçilərdən “güc alan” qərb mətbuatı da boşboğaz iddialara züy tuturlar. “Məzlum Ermənistanın” müdafiəsinə qalxan qərb mətbuatı elə bir təsəvvür yaratmağa çalışır ki, sanki 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan, mədəni abidələri yerlə yeksan edən, körpə uşaqların başını kəsən bu erməni sepratçıları deyildi. Hələ üstəlik qərb mətbuatı biraz da irəli gedərək, müharibə cinayətləri törətmiş, günahsız insanları meşələrdə diri-diri yandırmış cinayətkar separatçı rejim rəhbərlərini, onların əlaltılarını “siyasi məhbus” kimi də təqdim edirlər. İnsan qatillərini öz çirkin maraqları üçün müdafiə edən cəfəngiyyat dolu qərb mediası...
Erməni lobbisinin parası ilə bəslənən bu media quruluşlarının müharibə anonslarının arxasında həm də qaranlıq, çirkin maraqlar da dayanır...
Mətləb Salahov