KÖHNƏ VERSİYA            

Bakı Forumunda “Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusunda fikir mübadiləsi aparılıb

Image

Martın 16-da XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən növbəti - 10-cu panel iclası “Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusuna həsr olunub.

Panel iclasına moderatorluq edən Federal Rabitə Komissiyasının sabiq komissarı Susan Ness rəqəmsal parçalanmanın baş verdiyini, rəqəmsallaşmaya insani etik normaların daxil edilməsinin vacibliyini diqqətə çatdırıb. O deyib: “Texnologiya həyatımızı yaxşılaşdırmaqla yanaşı, ziyanları da var. Beynəlxalq əməkdaşlıq vasitəsilə həmin riskləri müəyyənləşdirməliyik. Vətəndaş cəmiyyətləri, akademik dairələr, texnologiyaları istehsal edənlər bir araya gəlməlidirlər. Biz innovasiyaların təşviqi ilə yanaşı, zərərverici amilləri də ayırd etməliyik”.

BMT Baş Qərargahının informasiya və kommunikasiya texnologiyaları ofisində baş katibin köməkçisi Bernardo Mariano texnologiyadan maksimum şəkildə faydalanmağın və lazımi istifadənin vacibliyini qeyd edib. “İnsan və maşın arasında nə isə düzgün getmir. Bu isə idarəetmədən asılıdır. Hökumət inqilablara uyğunlaşmalı və bunu tənzimləməlidir”, - deyən B.Mariano insan zəkasının süni zəkadan daha mürəkkəb olduğunu, süni intellektin sürətli olmasına baxmayaraq, insan beyni ilə ayaqlaşa bilmədiyini vurğulayıb.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionda baş verən münaqişələrin kiberhücumlarla müşayiət olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkə tərəfindən çoxsaylı kiberhücumların hədəfinə çevrilib.

O bildirib ki, kiberhücumlar artmaqdadır. Dünyada hər 29-30 saniyədə kiberhücumlar baş verir. Kibertəhlükəsizlik sahəsində ekspertlərə ehtiyac duyulur. Azərbaycana qarşı 30 min kiberhücumun qeydə alındığını diqqətə çatdıran nazir müavini bildirib: “Son illər kibertəhlükəsizliklə əlaqədar Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncamlar özlüyündə təməl rolunu oynayır. Kiberhücumlarla mübarizədə siyasi, iqtisadi inkişaf müstəvisində həllər tapılmalıdır. Ölkəmizdə Dövlət Kibertəhlükəsizlik Mərkəzi təsis edilib. Mərkəzin məzunlarının 80 faizi işlə təmin olunub”.

Dünyamızın daha çox rəqəmsallaşacağını bildirən Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç əlavə edib: “Hazırda istədiyimiz yerdən məlumatları digər yerə ötürə bilirik. Bu, bəzən kənardan lazımsız müdaxilələrə də səbəb ola bilər. Artıq bilirik ki, süni intellekti düzgün formada istifadə etməsək, hər bir problem kəskin şəkildə dərinləşəcək. Bununla bağlı müzakirələr apardıqca risklərin yumşaldılması yollarını kəşf edirik. Hərbi sahədə daha çox süni zəkaya əsaslanan həll yolları üstün tutulur. Bununla bağlı avadanlıqlar da yenilənir. Amma digər tərəfdən, süni intellektin yaratdığı münaqişələrin qarşısını almalı, narahatlığımızı sərgiləməliyik”.

Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov süni zəkanın son dövrlər dünyada çox populyarlaşdığını deyib. Qeyd edib ki, süni intellekt insanlara qarşı potensial risklər törədir. Buna baxmayaraq, süni intellekt beynəlxalq təhlükəsizliyi artıra, müstəqil silah sistemlərinin ifşasına kömək edə bilər. Yanlış süni intellektin qarşısı alınmalıdır.

“Müəyyən sənədlər hazırlanmalıdır ki, onlar gələcəkdə təhdid rolunu oynamasın. Burada vətəndaş cəmiyyətinin, dövlətlərin mühüm rolu var. Kibercinayətlərə qarşı mübarizədə birgə səylərimizi əsirgəməməliyik. Bu sahədə ekspert qıtlığı yaşanır”, - deyə sabiq nazir diqqətə çatdırıb.

İnsanın süni intellektə çox həssas olduğunu vurğulayan Vladimir Norov onun istifadəsinin norma və prinsiplərə əsaslanmalı olduğunu qeyd edib.

Qlobal Tərəfdaşlıq Forumunun prezidenti və baş icraçı direktoru Amir Dossal süni intellektin hökumət tərəfindən deyil, özəl sektor tərəfindən idarə olunduğunu diqqətə çatdıraraq bildirib: “Əslində, süni intellektin sosial məqsədlər üçün istifadəsi arzuolunandır. Hər bir texnologiya yaxşı məqsədlərlə yanaşı, mənfi niyyətlər üçün də istifadə oluna bilər. Təəssüf ki, hazırda süni intellekt silah kimi istifadə olunur".

Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçal Prezident İlham Əliyevin regionda enerji təhlükəsizliyini faktiki olaraq təmin etdiyini vurğulayıb. Deyib ki, bununla da bu sahədən bizə qarşı silah kimi istifadə edənlərin təhdidi aradan qaldırılıb.

Türkiyənin Çexiyadakı səfiri, qardaş ölkənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri Egemen Bağış isə çıxışında qeyd edib: "Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi ilə yanaşı, Azərbaycan xalqının arzularını reallaşdırması, doğma Qarabağın azad olunması münasibətilə də təbrik edirəm. Süni intellektin müdafiə məqsədilə istifadə edilməsi Zəfərin qazanılmasında müstəsna rola malik oldu".

Azərbaycanın müharibə zamanı çoxsaylı kiberhücumlara məruz qaldığını söyləyən E.Bağış bildirib ki, Zəfər qazanılana qədər ABŞ-dakı erməni diasporu çox geniş fəaliyyətlə məşğul idi.

“Süni zəka getdikcə daha da inkişaf etməkdədir. Türkiyə süni intellektin sosial məsuliyyəti anlayaraq onun tətbiqinin tərəfdarıdır. Süni intellektin heç bir duyğusu, vicdani dəyərləri yoxdur. Odur ki, insani dəyərlər düşünülməli və buna görə beynəlxalq əməkdaşlığı daha da gücləndirməliyik”, - deyə səfir əlavə edib.

E.Bağış Türkiyənin dron texnologiyalarında qabaqcıl ölkə kimi fərqləndiyini və onların müxtəlif ölkələrin həyata keçirdiyi hərbi əməliyyatlar zamanı öz qabiliyyətini təsdiqlədiyini diqqətə çatdırıb. “Süni intellekt və kibertəhlükəsizlik qlobal gündəmə daha çox salınmalıdır. NATO 2016-cı ildə kibertəhlükəsizliyi yeni döyüş meydanı hesab etməyə başladı. Təsadüfi deyil ki, genişmiqyaslı kiberhücumlarla rastlaşırıq”, - deyə sabiq nazir bildirib.

ZÜMRÜD







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

Təyyarə qəzasına görə Azərbaycana nə qədər kompensasiya ödəniləcək?..

Konstitusiyamızın 30, suverenliyimizin 5 yaşı olacaq...

SON XƏBƏRLƏR

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

30.12.2024 | 23:45
Təyyarə qəzasında xəsarət alan daha üç vətəndaşımız ölkəyə gətirildi...

30.12.2024 | 23:08
Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib - FOTO

30.12.2024 | 22:52
"AZAL-ın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub" - Qazaxistan rəsmisi

30.12.2024 | 21:10
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib - FOTO

30.12.2024 | 20:36
DİN azad ərazilərə səfər edən şəxslərə müraciət etdi

30.12.2024 | 19:44
Finlandiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

30.12.2024 | 18:07
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlandı

30.12.2024 | 17:41
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub - FOTO

30.12.2024 | 17:33
Bakıda 5000-dən artıq pirotexniki vasitə satan şəxs saxlandı...

30.12.2024 | 16:56
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluqdan yeni açıqlama - istintaq davam etdirilir...

30.12.2024 | 16:25
IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...

30.12.2024 | 15:55
Litva Prezidenti Prezident İlham Əliyevə zəng edib

30.12.2024 | 15:28
Bakı və bölgələrdə pirotexniki vasitələr satan 11 nəfər saxlandı

30.12.2024 | 14:42
Suraxanıda ödəmə terminalını soyub 5 min manata yaxın pul apardılar...

30.12.2024 | 13:52
İrandan Azərbaycana 68 kq narkotik keçirilməsinin qarşısı alındı

30.12.2024 | 13:12
"BakuBus" Naxçıvana sərnişin daşımağa başlayır...

30.12.2024 | 11:16
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü -FOTO

30.12.2024 | 09:29
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

30.12.2024 | 09:10
Nazirlər Kabinetindən benzin və dizellə bağlı YENİ QƏRAR

30.12.2024 | 09:00
Ukrayna mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

30.12.2024 | 08:44
34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…

30.12.2024 | 08:10
60 yaşında "Beşiktaş"ın prezidenti oldu

30.12.2024 | 08:00
Cimmi Karter vəfat edib - 100 yaşında...

29.12.2024 | 22:41
Azərbaycanın Dəməşqdəki səfirliyi 12 ildən sonra yenidən açılır...

29.12.2024 | 22:27
Azərbaycandan Suriyaya ilk rəsmi səfər - Diplomatımız Dəməşqə görüş keçirdi...

29.12.2024 | 21:34
Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

29.12.2024 | 21:18
Təyyarə qəzasına görə Azərbaycana nə qədər kompensasiya ödəniləcək?..

29.12.2024 | 21:04
Azərbaycanın Putindən gözlədiyi tək üzrxahlıq deyildi, həm də... Cəza...

29.12.2024 | 20:50
Konstitusiyamızın 30, suverenliyimizin 5 yaşı olacaq...

29.12.2024 | 20:35
Ermənistan Xankəndidə ölmüş erməni qadının tabutuna niyə sahib çıxmadı...

29.12.2024 | 20:21
Ermənistanda görünməmiş proses başladı...

29.12.2024 | 20:06
Təyyarə qəzasının səbəbləri məlum, ancaq ortada hələ də suallar var...

29.12.2024 | 19:53
2024 Ermənistanın delimitasiyaya məcbur edildiyi ildir...

29.12.2024 | 19:39
Gürcüstan prezidenti dünyadan "xəbərsiz" and içdi...

29.12.2024 | 19:25
İqtisadi inkişaf və ətraf mühitin mühafizəsi bir-biri ilə sıx bağlıdır...

29.12.2024 | 19:20
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib

29.12.2024 | 19:18
Ukraynanın ali müftisi Prezident İlham Əliyevə başsağlığı məktubu göndərdi

29.12.2024 | 19:15
Sankt-Peterburq qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

29.12.2024 | 19:12
Prezident Neft Fondunun investisiya siyasətini dəyişdirdi...

29.12.2024 | 18:59
Lukaşenko Prezident İlham Əliyevə başsağlığı verdi

29.12.2024 | 18:58
Azərbaycan-Rusiya münasibətləri barədə düşmən proqnozlar doğrulmadı...

29.12.2024 | 18:53
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 90 günə endirildi

29.12.2024 | 18:44
İran Ermənistanla hərbi təlimə niyə bu qədər can atır?..

29.12.2024 | 18:31
“İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?

29.12.2024 | 18:22
Kadırovun Çeçenistanda "matəmi" gecikmiş addımdır...

29.12.2024 | 18:09
Neft Fondumuzun xərcləri gəlirlərdən 188 milyon çox olacaq...

29.12.2024 | 17:56
Həmzət Kadırovun və Rostov aviasiya məmurlarının cinayətdə ayrıca rolu var...

29.12.2024 | 17:55
Prezident yüksəkixtisaslı miqrantlar üçün yeni güzəştlərlə bağlı qanunu təsdiqlədi

29.12.2024 | 17:53
Naxçıvanın Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürülür

29.12.2024 | 17:48
Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirildi

29.12.2024 | 17:46
Rusiyanın baş yepiskopu Prezident İlham Əliyevə başsağlığı verib

29.12.2024 | 17:42
Putinin Azərbaycan xalqından üzrxahlığının altında nələri oxumaq olar...

29.12.2024 | 17:40
Təyyarə qəzasında yaralanan ekipaj üzvləri 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi

29.12.2024 | 17:37
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

29.12.2024 | 17:32
Prezident İlham Əliyev qəzaya uğrayan təyyarənin ekipaj üzvlərini təltif etdi

29.12.2024 | 17:29
İnsanlar təyyarə faciəsində, Kadırov qohum-əqrəbasına orden paylayır - bağışlanmaz mənəvi cinayət....

29.12.2024 | 17:24
Almaniya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

29.12.2024 | 17:16
ABŞ-dan Zelenskiyə Kursk xəbərdarlığı - geri çəkilmə əmrini vaxtında verməlidir, yoxsa...

29.12.2024 | 17:10
Çap və onlayn mediaya da əlavə yardım ayrılsaydı... Prezident sərəncamına reaksiya...

29.12.2024 | 17:00
Rusiya kəşfiyyatından Suriya iddiası - ABŞ və Britaniya hərəkətə keçib, Rusiya bazalarına hücum olacaq...

29.12.2024 | 16:47
Putin Prezident İlham Əliyevə zəng edib

29.12.2024 | 16:41
Suriyadakı siyasi proseslərdə iştirak edən dövlətlər və rejim dəyişdikdən sonra onların məqsədləri

29.12.2024 | 16:10
Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlandı

29.12.2024 | 15:23
Azyaşlı qıza qarşı quldurluq edən saxta istilik işçisinin daha bir cinayəti açıldı...

29.12.2024 | 15:12
"Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər" - Prezident

29.12.2024 | 15:07
Prezident təyyarə qəzası ilə bağlı sual kimi qalan məsələləri sadaladı

29.12.2024 | 15:04
"Günahını etiraf etmək, dost ölkə Azərbaycandan vaxtında üzr istəmək görüləsi tədbirlər idi" - Prezident

29.12.2024 | 15:01
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri ilə bağlı bir sıra faktları açıqladı

29.12.2024 | 14:46
Vardanyanın cinayət işi icraata verildi

29.12.2024 | 14:39
"TikTokda" dələduzluq edən şəxs saxlandı

29.12.2024 | 14:26
Vətəndaşların pulunu ələ keçirən Dövlət Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısında...

29.12.2024 | 14:10
Təyyarənin ekipaj üzvləri II Fəxri Xiyabanda dəfn edildi - FOTO

29.12.2024 | 13:52
Kapitan: "İqor son saniyəyə kimi bacardığı hər şeyi edib"

29.12.2024 | 13:10
Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb

29.12.2024 | 12:47
"Bu açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir" - Prezident Əliyev...

29.12.2024 | 12:44
Roland Prays Prezident İlham Əliyevə başsağlığı verdi

29.12.2024 | 12:37
Petr Pavel Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

29.12.2024 | 12:26
Prezident İlham Əliyev və Mehriban Əliyeva təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak ediblər - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031