"Bunun qarşısı alınmalıdır” - Albaniyanın sabiq Prezidentindən AÇIQLAMA
"Qərbi Avropada və Balkan regionunda baş verən hadisələr təəssüf doğurur." Bu barədə Albaniyanın sabiq Prezidenti İlir Meta XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda panel iclasında bildirib.
İ.Meta regionda sabitliyin pozulmasının yaxşı hal olmadığını və istər-istəməz qonşularda da təşviş yaratdığını diqqətə çatdırıb. Aİ-yə üzvlük məsələsi ilə bağlı fikirlərini bölüşən forum iştirakçısı ortaq prinsiplərə riayət edilməsinin vacibliyini vurğulayıb.
“Münaqişə ocaqlarında terrorçu qrupların fəaliyyəti narahatlıq doğurur. Bunun qarşısı alınmalıdır”, - deyə Albaniyanın sabiq Prezidenti qeyd edib.
Mətləb