G7 ölkələrindən İrana təhdid kimi xəbərdarlıq – Rusiyaya hərbi dəstəyi dayandırmasaz...
ABŞ, Kanada, Fransa, İtaliya, Yaponiya, İngiltərə və Almaniyadan ibarət G7 ölkələrinin liderləri İranı Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb.
“Biz üçüncü tərəflərə Rusiyanın Ukraynaya qarşı qanunsuz və əsassız müharibəsinə dəstəyi dərhal dayandırmağa çağırışımızı təkrar edirik, əks halda ağır bədəllə üzləşəcəklər” - İtaliyanın hazırkı prezidentinin G7 liderləri adından verdiyi yazılı birgə bəyanatda deyilir.
Açıqlamada qeyd edilir ki, İranın, Ukraynada mülki şəxslərə qarşı amansız hücumlarda istifadə edilən pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya rejimini təmin etdikdən sonra Rusiyaya ballistik raketlər və əlaqəli texnologiyaları ötürməyi nəzərdən keçirdiyi barədə xəbərlərdən son dərəcə narahatıq: “Biz İranı bunu etməməyə çağırırıq, çünki bu, regional gərginliyi daha da dərinləşdirəcək və Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi əhəmiyyətli dərəcədə artıracaq. Bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır".
Bəyanatın sonunda G7 ölkələrinin liderləri İrana xəbərdarlıq edərək, çağırışlar cavasız qalacağı halda buna sərt şəkildə cavab verəcəklərini bəyan ediblər: "İran Rusiyaya ballistik raketlər və ya əlaqəli texnologiyaları tədarük etməyə davam edərsə, biz İrana qarşı yeni və əhəmiyyətli tədbirlər də daxil olmaqla, sürətli və koordinasiyalı şəkildə cavab verməyə hazırıq".
TAHİR