DİN: Polis əməkdaşları ehtiyatsızlıqdan həyatlarını itiriblər
Martın 13-də saat 3 radələrində işğaldan azad edilən əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib. Araşdırma aparılır.
Mətləb Salahov