Tanınmış aktyor: Müalicəm üçün 30 min dollar lazımdır”
Tanınmış aktyor Allahverdi Yolçuyev "Xəzər axşamı" verilişində səhhətində üzləşdiyi problem barədə danışıb. Sevimli aktyor parkinson xəstəliyindən əziyyət çəkdiyini, bu xəstəliyinin müalicəsi üçün tələb olunan məbləği açıqlayıb: "Həkimlər sağ olsunlar, üzərimdə əsirlər. Azərbaycanda müraciət etmədiyim həkim qalmayıb. Bu xəstəliyin qarşısı alına bilər. Dörd ildir mübarizə aparıram. Əməliyyatı çox bahadır. Bizim ölkədə yoxdur. Türkiyə və Rusiyada edilir, 30 min dollardır".
Mətləb