Ermənistanda narkotika alveri pikk həddə çatıb – Vaqe Kazaryan
Bu il Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində artım müşahidə edilib. Bu bəyanatla Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan parlamentdə çıxışında deyib. O bildirib ki, 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq 2 min 118 fakt qeydə alınmışdırsa, cari ildə bu rəqəm 3 min 934 olub. İnternet üzərindən narkotik vasitələrin satışı ilə əlaqədar 414 fakt aşkar edilib. Narkotik maddələrin satışı ilə məşğul olanlar arasında 4 nəfər yetkinlik yaşına çatmayan uşaq və 17 qadın həbs edilib.
Mətləb