Fransada erməniəsilli biznesmenin əmlakına həbs qoyuldu
Fransa məhkəməsi Rokbrün-kap-Marten kurortunda yerləşən və rəsmi olaraq erməniəsilli rusiyalı biznesmen Samvel Karapetyana məxsus olan villanın mülkiyyət hüququnu dondurub.
Trend xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti yazıb.
Nəşrin məlumata görə, yerli sakinlər tərəfindən "Villa del Mare" olaraq bilinən malikanə 3 hektar ərazidə yerləşir. Obyektə əsas binadan başqa üç üzgüçülük hovuzu, tennis kortu və helikopter meydançası da daxildir. Daşınmaz əmlakın ümumi dəyəri 120 milyon avro olaraq dəyərləndirilir.
AFP nəşrinin yazdığına görə, villa ilə bağlı Paris prokurorluğunun mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi tərəfindən çirkli pulların yuyulması faktı üzrə istintaq aparılıb.