KÖHNƏ VERSİYA            

Qərbi Azərbaycanla bağlı mədəniyyət tədbirləri - dövlətçilik tariximizin səhifələri...

Image

Milli dövlətçilik tariximizin şanlı səhifələrində Qərbi Azərbaycanın, İrəvan xanlığının xüsusi yeri və mövqeyi var. Qərbi Azərbaycanda yaranan milli mədəniyyət nümunələrimiz, mətbəxt mədəniyyətimiz, dövlətçilik ənənəmiz bu gün də maraq kəsb edir.

Qərbi Azərbaycan etnoqrafiyası, arxeologiyası, insanların yaşam tərzi məşğuliyyəti sənət əsərlərində, əl işlərində yaşayır. Onlar uzun illərdir öz ata-baba yurdlarından, kökləri ilə bağlı olduqları tarixi torpaqlarından ermənilər tərəfindən qovulublar, Ermənistan adlanan dövlət onların izlərini silmək üçün hər cür vasitəyə əl atıb. Amma tarixdən izlərini silməyə müvəffəq ola bilməyib. Düzdür, Qərbi Azərbaycandakı türk – islam abidələrini məhv ediblər, xristianlıq və ondan əvvəlki dövrə aid bütün abidələri isə “erməni irsi” kimi qələmə veriblər. Buna baxmayaraq, soydaşlarımız öz mədəniyyətlərini bütün incəliklərinə qədər qoruya biliblər. Qərbi Azərbaycan xalçaları, tarixi eksponatları, mətbəx nümunələri xalqımızın zəngin tarixi ənənəsindən xəbər verir. 

Bu gün aktual olan əsas məsələlərdən biri Qərbi azərbaycnlıların öz tarixi yurdlarına qayıtması məsələsidir ki, bu onların beynəlxalq hüquqla təsbit olunan haqlarıdır. Ermənistan dövləti onların bu hüququnu tanımalı və dinc, təhlükəsiz şəraitdə öz yurdlarına qayıtmalarını təmin etməkidir. Amma təəssüf ki, hələ də Paşinyan hökuməti oyun oynamaqla məşğuldur. Gec-tez bu proses baş verəcək və onlar öz ellərinə qayıdacaqlar...

Qərbi Azərbaycana aid sərgilər...

Son zamanlar Qərbi Azərbaycan mədəniyyətini özündə ehtiva edən bir sıra tədbirlər, sərgilər keçirilir, bu sərgilərdə xalqımızın tarixi irsi təbliğ edilir.  Keçən illərin sonlarında bu cürsərgilər həm Bakıda, həm də Naxçıvanda keçirildi. 

Məsələn,  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Qərbi Azərbaycan – tarixi torpaqlarımız” adlı sərgi təşkil edildi. Sərgidə nümayiş edilən Ə.Ələkbərlinin “Qərbi Azərbaycan abidələri” kitabında qədim Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan ərazisindəki Azərbaycan xalqına məxsus maddi mədəniyyət nümunələri haqqında qısa məlumat və abidələrin şəkilləri verilib. H.Verdiyeva və C.Əlizadənin “İrəvan məkanında Azərbaycanlılara qarşı etnik təmizləmə: tarixi və hüquqi aspektdə” kitabında ermənilərin XIX əsrin birinci otuzilliyində Arazdan şimalda olan Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülmələri, ermənilərin erkən orta əsrlərdən etibarən yeni "vətənlər" axtarışı, XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı və XX əsrin 80-ci illərində Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilən cinayətlər ətraflı şəkildə araşdırılır. F.Cəfərovun “Erməni vəhşiliyi” monoqrafiyasında XX yüzillikdə Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında və Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan, vəhşiliklərdən, ermənilərə qarşı vuruşan qırmızı taborçulardan və polis işçilərindən bəhs edilir. Z.Dərələyəzli və R.Dərələyəzlinin “Dərələyəz taleyi. Şəhidlər və döyüşçülər” kitabında Dərələyəzin tarixi haqqında və əslən Dərələyəzli olan Qarabağ döyüşlərində mərdliklə vuruşan döyüşçülər, heç vaxt unudulmayacaq şəhidlərimiz haqqında məlumat verilir. F.Əliyevin “İrəvan xanlığı” kitabında müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl mürəkkəb və uzun tarixi yol keçmiş İrəvan xanlığının yaranması, ictimai - iqtisadi vəziyyəti və siyasi tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında təqdim edilir. Bu kitabda 1747-1828-ci illəri əhatə edən dövrdə ermənilərin Azərbaycan ərazisində, Rusiya imperiyasının tərkibində erməni dövləti yaratmaq üçün müxtəlif məktublarla dönə-dönə Rusiya dövlətinə müraciət etmələri barədə də maraqlı məlumatlar verilmişdir. Ə.Rüstəmlinin “Zəngəzurun türk mənşəli yer - yurd adları” kitabında türkologiyada indiyə qədər tədqiqata cəlb olunmayan oğuz yurdunun – Zəngəzurun türk mənşəli oykonim, oronim və hidronimlərinin etimoloji, leksik - semantik, morfoloji, sintaktik xüsusiyyətləri və zonanın qədim toponimlərinin etimoloji təhlili verilir. H. Mirzəyevin “Qərbi Azərbaycanın Dərələyəz mahalı” kitabında son iki əsr müddətində Dərələyəzdə yaşayan azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlərdən, soyqırımlardan, azərbaycanlıların deportasiya olunmasından bəhs edilir, onlara məxsus tarixi-mədəni abidə və yaşayış məskənlərinin dağıdılıb viran edilməsi və bir sıra digər məsələlər oxucuların nəzərinə çatdırılır. G.Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, apardıqları dəhşətli, qandonduran soyqırımlardan bəhs edir. Sərgidə həmçinin F.Qaraoğlunun “Ermənilər və həqiqətlər”, M. Fərmanoğlunun “Tarixi saxtakarlıq və həqiqətlər”, V.Muradovun “Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları”, S.Eloğlunun “Zəngəzur hadisələri”, H.Mirzəyevin “Dərələyəz folkloru”, S.Zaminin “Gör nələr keçir könlümdən”, A.Natellanın “Şövqiyar”, Ə.Abasovun “Zəngəzur”, Hidayətin “Burdan min atlı keçdi” və s. Qərbi Azərbaycanın tarixi abidələri, etimologiyası, folkloru, mədəniyyəti, erməni soyqırımına məruz qalmış soydaşlarımızın taleyini, vətən oğlullarımızın həmin torpaqlarda göstərdikləri şücaətləri əks etdirən kitablar nümayiş olunub.

İncəsənət Muzeyində “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi 

Bu sərgilər sırasında keçən ilin dekabrında açılan Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərginin ayrıca yeri var. 

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Qızılı Xalçalar" Qalereyasının kolleksiyasından təsviri və dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri və s. nümayiş etdirilir. Muzeyin direktoru əlavə edib ki, sərgidə 100-ə yaxın eksponat təqdim olunur. Burada da vurğunaırdı ki, 

Qərbi Azərbaycan qədim mədəniyyət nümunələri ilə zəngindir, orada böyük tarixi mədəni irsi var və bu irs haqqında məlumatları geniş kütləyə çatdırmaq mütləqdir.

Qeyd edilirdi ki, Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş nadir sənət abidələrimiz dədə-baba torpaqlarından deportasiya edilmiş xalqımızın buradakı izini silmək üçün dağıdılaraq misli görünməmiş vandalizmə uğrayıb. Məhv edilən dəyərli abidələr içərisində Azərbaycan memarlığının şah əsərlərindən olan İrəvan Sərdar sarayı da var. Təqdim olunan ekspozisiyada ölkəmizin muzey tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş füsunkar interyeri fotoproyeksiya ilə canlandırılır. Təqdim olunan arxiv fotoları Dövlət Rus Muzeyi və Gürcüstan Dövlət İncəsənət Muzeyindən əldə edilib. Ekspozisiyada, həmçinin Azərbaycan dəzgah boyakarlığının banisi M.Q.İrəvaninin əsilləri Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan saray üçün işlədiyi pannolarının surətləri və indiyə kimi işıq üzü görməyən divar rəsmlərinin eskizləri nümayiş olunur.

Sərgidə görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin erməni daşnaklarının törətdikləri vəhşiliklər nəticəsində yurd-yuvasından didərgin düşərək Naxçıvana sığınan insanları təsvir etdiyi "Qaçqınlar" silsiləsi təqdim edilir. Burada Səfəvilər dövründə İrəvanda zərb olunan qızıl, gümüş, mis sikkələr, həmçinin dövlətçilik atributlarından olan İrəvan xanlığına aid bayraqların surətləri, vaxtilə İrəvanın məşhur nəsillərindən olan ziyalıların evlərini bəzəmiş sənət nümunələri də yer alır. Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar sərgidə nümayiş etdirilən eksponatlar sırasına daxildir.

Qeyd edək ki, sərgi fevralın 28-dək davam edəcək.

“Qərbi Azərbaycana qayıdış” festivalı... 

Bu tədbirlərin sırasında keçən ilin noyabr ayının 23-də Naxçıvan şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqresin öz yeri var. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresin yadda qalan oldu. 

Tədbirdə  Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib. Bütövlükdə bu, festivalda Qərbi Azərbaycan mədəniyyəti, İrəvan xanlığı, folkoru, etnorqfiyası, xəritəsi və sair geniş şəkildə təqdim edildi. 

“Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı sərgi... 

Keçən ilin dekabrında Milli Xalça Muzeyində ilk dəfə olaraq “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı sərgi açıldı, bu ilin yanvarın 5-nə qədər davam edən sərgi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil edilmişdi. Sərgi Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlmişdi.

Məlum olduğu kimi, uzun illər Ermənistan tərəfindən Qərbi Azərbaycan xalçaları mənimsənilib və “erməni xalçaları” kimi təqdim edilib. 

Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı sərgidə nümayiş olunub.

Sərgidə nümayiş olunan xalçalar doğma yurdlarından məcburi deportasiya edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları “Qasımuşağı”, “Ləmpə”, “Muğan”, “Qubadlı”, “Gəncə” və s. xalçalarıdır. Qadınlarımız Qərbi Azərbaycanda məşhur kompozisiyalar əsasında toxuduqları bu nümunələrdə klassik ənənələrə söykənərək zəngin naxış və kolorit həllindən bəhrələniblər. Eyni zamanda, toxuduqları xalçalara öz duyğu və hisslərini qatmaqla, həmçinin fərqli kolorit və məlumat xarakterli detalları ustalıqla verməklə onları özünəməxsus etməyi bacarıblar.

Sərgidə nümayiş olunan xalçalarla bağlı Azərbaycan və ingilis dillərində kataloq da çap olunub.

Onu da bildirim ki, barəsində danışdığımız tədbirlərin hər biri Ermənistanda böyük həyəcanla, narahatlıqla qarşılandı, hətta onlar bu tədbirlərə qara yaxmağa da çalışdılar. Amma əllərinə heç nə keçmədi, bu möhtəşəm tədbirlərdə Qərbi Azərbaycan mədəniyyəti layiqincə təbliğ edildi. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Rostovdan gəlmiş bir məlumat Qroznıdakı təyyarə qəzası məsələsini dolaşdırdı...

Mən bilirəm Rusiya niyə dərhal üzr istəmədi...

Təyyarə qəzasında Rusiyanın "Xalça" planı xəbəri yanlış çıxdı...

SON XƏBƏRLƏR

29.12.2024 | 00:06
Təyyarə qəzasında həlak olan 21 sərnişin və 3 ekipaj üzvünün cənazəsi Bakıya gətirildi

28.12.2024 | 22:08
Öcalan İmralı türməsindən Türkiyə hökumətinə hansı mesajları göndərdi? Pərvin Buldanın "insafının ümidinə" qaldıq....

28.12.2024 | 21:43
Ceyhun Bayramov təyyarə qəzasının araşdırılması ilə bağlı Azərbaycanın gözləntilərini Lavrova bildirdi

28.12.2024 | 21:36
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO

28.12.2024 | 21:12
Qərb Gürcüstanda İvanişvilinin "məhvinə" qərar verdi...

28.12.2024 | 20:57
Rusiya-Ukrayna müharibəsindən Türkiyə çıxdı, daha doğrusu, Rusiya onu çıxardı...

28.12.2024 | 20:56
Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alan vətəndaşlarımızı ziyarət etdi - FOTO

28.12.2024 | 20:43
Rostovdan gəlmiş bir məlumat Qroznıdakı təyyarə qəzası məsələsini dolaşdırdı...

28.12.2024 | 20:30
Putin və Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər

28.12.2024 | 20:27
Rusiya bazasına yaxın ərazilərdə Əsəd tör-töküntülərinin silahlı üsyanı başlanır...

28.12.2024 | 20:14
Müəmmalı şəkildə vurulmuş təyyarə ilə bağlı yeni şübhələr yaradılır... Dəhşət...

28.12.2024 | 19:59
"Dini təhsil adı altında uşaqlara nələr aşılanır"? - Nazirin şübhələri əsassız ola bilərmi?..

28.12.2024 | 19:44
Tanınmış alim “şagirdlər üçün pulsuz ictimai nəqliyyat” təşəbbüsü qaldırdı...

28.12.2024 | 19:31
Rusiyanın “Şimal axını” qaz kəməri ABŞ-a verilir - sensasiya...

28.12.2024 | 19:27
Vyetnam Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

28.12.2024 | 19:25
Rumıniyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 19:19
Mən bilirəm Rusiya niyə dərhal üzr istəmədi...

28.12.2024 | 19:14
Təyyarə qəzasında Mahaçqala müəmması - enişə niyə icazə verilməyib?

28.12.2024 | 19:06
İtaliyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 19:00
Rusiya rəsmiləri təyyarə qəzasına susduqca batır...

28.12.2024 | 18:52
Portuqaliyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

28.12.2024 | 18:46
Təyyarə qəzasında Rusiyanın "Xalça" planı xəbəri yanlış çıxdı...

28.12.2024 | 18:41
Yakov Milatoviç Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 18:37
Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

28.12.2024 | 18:32
Təyyarə qəzasına görə Rusiya Kiyevi suçlayır, Kiyev ədalətli araşdırma tələb edir...

28.12.2024 | 18:26
Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir

28.12.2024 | 18:20
“Azərbaycan möhtəşəm uğurları ilə “Konstitusiya və Suverenlik ili”nə qədəm qoyur” - Vüqar Rəhimzadə

28.12.2024 | 18:15
Milli təhsil proqramlarında süni intellekt və media-informasiya savadlılığı...

28.12.2024 | 18:01
Bu qiymətlərə satılan alkoqollu içkilər təhlükəlidir - cərimə olunacaqlar...

28.12.2024 | 17:55
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

28.12.2024 | 17:51
Zelenski Prezident İlham Əliyevə zəng edib

28.12.2024 | 17:48
Təyyarə qəzasının araşdırılmasına Türkiyə uzmanları da qarışdı...

28.12.2024 | 17:47
Prezident özəl TV və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzaladı

28.12.2024 | 17:45
ARDNF-in valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalarda dəyişiklik edildi

28.12.2024 | 17:44
Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqlədi

28.12.2024 | 17:43
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışında... - FOTO

28.12.2024 | 17:42
Medvedev Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 17:35
“İşsiz və faydasız bələdiyyələrə” daha bir şans açıldı...

28.12.2024 | 17:22
Rusiya məmuru açıq dedi ki, təyyarə qəzasını şərh etməyəcəyik - niyə?

28.12.2024 | 17:16
Almaniyanın Putinin “Oreshnik” raketlərilə bağlı məxfi hesabatı yayıldı - “Patriot” da qarşısını ala bilməyəcək...

28.12.2024 | 17:10
Vardanyanın cinayət işi məhkəməyə göndərildi

28.12.2024 | 17:00
Ukrayna Rusiyanın döyüşlərdə iştirakını inkar etdiyi Şimali Koreya əsgərlərindən birini Kurskda əsir aldı...

28.12.2024 | 16:55
"Sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələri təyyarəyə kənar fiziki-texniki müdaxilə faktını təsbit edib" - Prezident İlham Əliyev

28.12.2024 | 16:53
Prezident İlham Əliyev və Putin AZAL-ın təyyarəsinin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər

28.12.2024 | 16:44
Putin təyyarə qəzasından sonra 4 gündə hamının gözlədiyini etdi…

28.12.2024 | 16:37
Sosial şəbəkələrdə “Rusiya, Azərbaycandan üzr istə” kampaniyası başlayıb...

28.12.2024 | 16:29
Kuklaçıların bayram sovqatı

28.12.2024 | 16:28
XİN: "Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneədir"

28.12.2024 | 16:26
"Təyyarə qəzasının əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır" - Baş prokuror

28.12.2024 | 16:20
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib" - XİN

28.12.2024 | 16:03
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

28.12.2024 | 15:27
İşə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə dələduzluq edən şəxs yaxalandı

28.12.2024 | 15:05
Bəşər Əsədin əmisinin gəlini və qızı saxta pasportla qaçarkən Livanda yaxalandı...

28.12.2024 | 15:03
Minsk Qrupunu saxlamaq cəhdi gülünc bir hərəkətdir - Ramilə Dadaşova yazır...

28.12.2024 | 14:50
“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirildi

28.12.2024 | 14:47
Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edir

28.12.2024 | 14:29
Prezident “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım etdi - FOTO

28.12.2024 | 14:12
“TikTok”da oyunlar təşkil edən şəxs 20 sutka inzibati həbs olundu

28.12.2024 | 13:58
Külli miqdarda dövlət vəsaitini talayan mütəşəkkil dəstənin işi məhkəməyə göndərildi

28.12.2024 | 13:45
MEDİA onlayn və çap mediasına dəstək müsabiqəsinin nəticələrini açıqladı - FOTO

28.12.2024 | 13:34
26 azərbaycanlımın əsl QATİLİ KİMDİR?

28.12.2024 | 13:18
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi - SƏRƏNCAM

28.12.2024 | 12:56
Yanvarın 1-dən maaşlar 400 manatdan az ola bilməz - Nazirlik işəgötürənlərə müraciət etdi

28.12.2024 | 12:43
Azərbaycanda ilk dəfə “Tat dili” dərslikləri hazırlanıb

28.12.2024 | 12:30
Azərbaycan təyyarəsinin vurulmasından sonra ölkələr Rusiyaya uçuşları ard-arda dayandırır...

28.12.2024 | 11:20
Biləsuvarda narkotika "alverçiləri" saxlanılıblar

28.12.2024 | 11:15
Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

28.12.2024 | 11:05
İsrail Qəzzada minaları kamikadze maşınlarla təmizləyir

28.12.2024 | 11:00
Bu gün Naxçıvanın bir neçə kəndində işıq olmayacaq

28.12.2024 | 10:30
“ASAN xidmət” və “ASAN kommunal” bu günlərdə işləməyəcək - əhaliyə xəbərdarlıq

28.12.2024 | 10:20
Çin və İran XİN rəhbərləri görüşüblər

28.12.2024 | 10:15
Rusiya hava məkanı çöküşdə - Kazan aeroportu da fəaliyyətini dayandırdı

28.12.2024 | 10:08
Bayram günlərində bu qaydalara əməl edək - Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

28.12.2024 | 10:00
Pasportunu yandırdı, 5 il həbs cəzası aldı - Rusiyada "müğənni ovu" davam edir..

28.12.2024 | 09:34
Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub - FOTO/YENİLƏNDİ

28.12.2024 | 09:30
İctimai fəal Şahin Əhmədov Rusiya hava məkanındakı son vəziyyət barədə yazır

28.12.2024 | 09:25
Mərc oyunlarının məskəni Tik-Toka köçürüldü...

28.12.2024 | 09:20
"Fənərbağça" və "Barselona"dan məğlubiyyət

28.12.2024 | 09:10
Fransa portalı azərbaycanlı pilotlardan yazdı - "həqiqi möcüzə göstərdilər"

28.12.2024 | 09:05
Suriya hadisələri Türkiyə - Rusiya münasibətlərini soyutdu, Slovakiya meydana düşdü...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031