KÖHNƏ VERSİYA            

Rusiya rəsmiləri təyyarə qəzasına susduqca batır...

Image

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin dekabrın 25-də Qazaxıstan ərazisində qəzaya uğramış Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Rusiya ərazisində “Pantsir-S1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulması barədə xəbər dünyada hələ də geniş şəkildə müzakirə olunur. 

Bir daha xatırladaq ki, vurulan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan bələdçi Zülfüqar Əsədov  baş verənlərlə bağlı maraqlı məqamalra toxunub. O qeyd edib ki, təyyarə Qroznı hava limanına üç dəfə eniş etməyə çalışıb, lakin sıx duman səbəbindən alınmayıb: “Üçüncü eniş alınmadıqdan sonra təyyarə yüksəkliyə qalxdı və yaxın aeroportlara eniş axtardı. Bu zaman təyyarəyə xarici təsir hiss etdik. Sərnişinlər çaxnaşmaya başladılar və biz onları sakitləşdirməyə başladıq. Bundan dərhal sonra ikinci zərbəni hiss etdik və bu zaman qolumda ağrı hiss etdim. Məni ağır yaralayan qəlpə idi və mən qan itirməyə başladım. Bundan sonra daha bir partlayış səsi gəldi ki, bunu həm biz, həm də sərnişinlər hiss etdi”. Bələdçi bildirib ki, komandir başqa hava limanına uçmaq qərarına gəlib, lakin yaxın şəhərlər təyyarəni qəbul etməyib və o, Aktauya uçmalı olub. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin  rəhbəri Dmitri Yadrov bildirib ki, təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki Rusiya Federasiyası “Kovyor” planının həyata keçirilməsinə başlamışdı: “Kovyor“ planı - bütün uçuş aparatları üçün qapalı səma rejimi və havada olan bütün təyyarə və ya helikopterlərin dərhal yerə enməsi və ya müəyyən zonadan çıxarılması əmridir. Bu plan müxtəlif səbəblərdən tətbiq edilə bilər: məsələn, uçuşlar üçün təhlükə yaradan qəfil hava şəraiti dəyişiklikləri zamanı və sair. Ən yaxın hava limanının dispetçeri hava gəmilərinə “Kovyor” əməliyyatının aktivləşdirilməsi barədə məlumat verir, hərbi tezliklərdə isə əmr hava hücumundan müdafiə üzrə növbətçi tərəfindən ötürülür”. Amma nədənsə, Azərbaycan təyyarəsinə belə xəbər verilməyib və o vurulub. Bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer də etiraf edir: “Azərbaycan təyyarəsinin vurulduğunu müəyyən etmək çox asandır. Təyyarədə şrapnel, yəni dəyirmi güllələrlə dolu partlayıcı artilleriya mərmisinin izi var, ya da yox. Bunu müəyyən etmək bu qədər bəsitdir. Ona görə də, şrapnelin dəqiq xarakter izləri tezliklə müəyyən olunacaq. Hətta həlak olanların bədənlərində də onun izləri qalır. Bunu gizlətmək mümkün deyil. “Embraer” təyyarəsinin istehsal edildiyi Braziliyanın nümayəndələri də bunu müəyyən edə bilər”.

Pavel Felgenhauer Rusiyanın Azərbaycan təyyarəsinə niyə yaxınlıqdakı aerodromlara enişə icazə verməməsini anlaya bilmədiyini qeyd edib: “Əgər vurublarsa belə, niyə təyyarə Qazaxıstana istiqamətləndirilsin? Qazaxıstanda təyyarə qəzasının müstəqil araşdırılması ehtimalı var. Məntiqlə, təyyarənin Rusiya ərazisinə endirilməsinə icazə verilməliydi ki, araşdırmanı da Rusiya tərəfi həyata keçirsin. Bu beynəlxalq qaydadır. Təhqiqatı, təyyarə qəzası hansı ölkənin ərazisində baş verirsə, o aparır. Ona görə də, təyyarə niyə Aktauya istiqamətləndirilib, bunu anlaya bilmirəm”. Ekspert APA-ya açıqlamasında Rusiyanın PUA hücumu olan zaman həmin regionun hava məkanını, hava limanlarını bağladığını bildirib: “Görünür ki, burada nəsə baş verib, təsadüfən raket buraxılıb. Belə hallar olub. Yadınızdadırsa, Ukrayna təyyarəsi Tehran üzərində vurulmuşdu. O zaman təyyarədə olan hər kəs həlak olmuşdu. İran tərəfi öz səhvini etiraf etmişdi. Ona görə də Rusiyanın özünü bu qədər qəribə aparmasının səbəbini deyə bilmirəm. Əgər elan olsunsa ki, təyyarə qəzasında zədələyici elementlərin təsiri olub, yəni raketlə vurulub, bu əlbəttə ki, xoşagəlməyən vəziyyət olacaq. İran Ukrayna təyyarəsini vuranda bunu etiraf elədi. Ona görə də düşünürəm ki, Rusiya da əvvəl-axır etiraf etməlidir. Çünki burada həqiqəti gizlətmək olmaz. Əgər faktlar varsa, onları gizlətmək mənasız olacaq. Baxaq görək necə olur”. Felgenhauer Hava Hücumundan Müdafiə Sistemi olan “Pantsir-S”-Zenit Raket Kompleksindən buraxılan raketin döyüş hissəsinin partlaması ilə bağlı vəziyyətə də aydınlıq gətirib: “Zenit raketi təyyarənin göyərtəsinə dəyib partlamır. Təyyarəyə çatmamış müəyyən məsafədə partlayır və onun şrapnelləri təyyarəni vurur. Amma digər, misal üçün, “İqla” raketləri birbaşa təyyarəni vurur, yəni raket birbaşa təyyarəyə dəyir. Ona görə də həmin şrapnellərin izləri təyyarədə qalmalıdır. Azərbaycan təyyarəsinin quyruq hissəsində həmin izlərin olduğu müşahidə olunur. Bu izlər həm təyyarədə, həm də sərnişinlərin üzərində qalmalıdır. Bu faktları gizlətmək mümkün deyil”. Rusiyalı politoloq Aleksey Naumovun da məsələyə münasibəti olduqca maraqlı olub: “Şəxsən mən Rusiyanın Azərbaycan təyyarəsi məsələsində uzun müddət susqunluğunu həm ümumi çaşqınlıq hissi ilə, həm də mərkəzlə Çeçenistan arasındakı münasibətlərin xüsusiyyətləri ilə izah edirəm: aydınlaşdırmaq, nəzərə almaq və razılaşdırmaq. Qərarvermə sistemimiz böyük, mürəkkəb və ləngdir. Sülhməramlılarımız Azərbaycan ordusunun səhv atəşi nəticəsində həlak olanda dərhal üzrxahlıq, izahat və təzminat ödənilməsi prosesi oldu - bunlar prezidentin hər bir detala diqqət yetirdiyi kompakt qərar qəbuletmə sisteminin üstünlükləridir. Rusiya bu cür hərəkətlilik üçün çox böyükdür, inanıram ki, onun lideri hər gün daha çox problem həll etməlidir. Hər halda ümid edirəm ki, vəziyyət oxşar halların həll edildiyi kimi aydınlaşdırılacaq və həll olunacaq, hələ ki, Moskva susur, başqaları danışır. Və onlar eşidilir”.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Rostovdan gəlmiş bir məlumat Qroznıdakı təyyarə qəzası məsələsini dolaşdırdı...

Mən bilirəm Rusiya niyə dərhal üzr istəmədi...

Təyyarə qəzasında Rusiyanın "Xalça" planı xəbəri yanlış çıxdı...

SON XƏBƏRLƏR

29.12.2024 | 11:15
Bu ölkədə bütün uçuşlar ləğv edilib

29.12.2024 | 11:05
Azərbaycanda ovçuluq bileti ilə bağlı yeni qayda - Nazirlər Kabineti təsdiqlədi

29.12.2024 | 11:00
"Napoli" Ronaldonun həmyerlisinə qapını göstərdi

29.12.2024 | 10:30
Slovakiyalı basketbolçunun evi qarət olundu - 30 min dollarını apardılar...

29.12.2024 | 10:15
Lavrov Ukrayna ilə danışıqların şərtini açıqlayıb

29.12.2024 | 10:05
Naxçıvanda yol polisi dumanlı hava ilə bağlı sürücülərə və piyadalara müraciət etdi

29.12.2024 | 10:00
Bu gün bu qəsəbə qazsız qalacaq - əhaliyə XƏBƏRDARLIQ

29.12.2024 | 09:47
Qərbdən Putinin "mərc təklifinə" cavab- "Azərbaycanın təyyarəsini sənə bu cür vurdurduq"...

29.12.2024 | 09:30
Putindən ekstremizmlə bağlı fərman

29.12.2024 | 09:25
Yeni il şənlikləri ləğv olunacaq? Beynəlxalq təcrübə artıq var...

29.12.2024 | 09:20
Başından güllə yarası alan reper 15 gün sonra vəfat etdi

29.12.2024 | 09:10
Bu gün Gürcüstanın yeni prezidentinin inauqurasiyası olacaq

29.12.2024 | 09:05
Daha bir təyyarə qəzası 179 can aldı - bu dəfə Cənubi Koreyada... (YENİLƏNİB)

29.12.2024 | 09:00
Bu gün Zabratın bir hissəsində su olmayacaq - XƏBƏRDARLIQ

29.12.2024 | 08:40
Bütün estetik cərrahların sənədlərini toplayırlar - 2025-də çoxlu həbslər olacaq...

29.12.2024 | 00:06
Təyyarə qəzasında həlak olan 21 sərnişin və 3 ekipaj üzvünün cənazəsi Bakıya gətirildi

28.12.2024 | 22:08
Öcalan İmralı türməsindən Türkiyə hökumətinə hansı mesajları göndərdi? Pərvin Buldanın "insafının ümidinə" qaldıq....

28.12.2024 | 21:43
Ceyhun Bayramov təyyarə qəzasının araşdırılması ilə bağlı Azərbaycanın gözləntilərini Lavrova bildirdi

28.12.2024 | 21:36
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO

28.12.2024 | 21:12
Qərb Gürcüstanda İvanişvilinin "məhvinə" qərar verdi...

28.12.2024 | 20:57
Rusiya-Ukrayna müharibəsindən Türkiyə çıxdı, daha doğrusu, Rusiya onu çıxardı...

28.12.2024 | 20:56
Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alan vətəndaşlarımızı ziyarət etdi - FOTO

28.12.2024 | 20:43
Rostovdan gəlmiş bir məlumat Qroznıdakı təyyarə qəzası məsələsini dolaşdırdı...

28.12.2024 | 20:30
Putin və Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər

28.12.2024 | 20:27
Rusiya bazasına yaxın ərazilərdə Əsəd tör-töküntülərinin silahlı üsyanı başlanır...

28.12.2024 | 20:14
Müəmmalı şəkildə vurulmuş təyyarə ilə bağlı yeni şübhələr yaradılır... Dəhşət...

28.12.2024 | 19:59
"Dini təhsil adı altında uşaqlara nələr aşılanır"? - Nazirin şübhələri əsassız ola bilərmi?..

28.12.2024 | 19:44
Tanınmış alim “şagirdlər üçün pulsuz ictimai nəqliyyat” təşəbbüsü qaldırdı...

28.12.2024 | 19:31
Rusiyanın “Şimal axını” qaz kəməri ABŞ-a verilir - sensasiya...

28.12.2024 | 19:27
Vyetnam Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

28.12.2024 | 19:25
Rumıniyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 19:19
Mən bilirəm Rusiya niyə dərhal üzr istəmədi...

28.12.2024 | 19:14
Təyyarə qəzasında Mahaçqala müəmması - enişə niyə icazə verilməyib?

28.12.2024 | 19:06
İtaliyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 19:00
Rusiya rəsmiləri təyyarə qəzasına susduqca batır...

28.12.2024 | 18:52
Portuqaliyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

28.12.2024 | 18:46
Təyyarə qəzasında Rusiyanın "Xalça" planı xəbəri yanlış çıxdı...

28.12.2024 | 18:41
Yakov Milatoviç Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 18:37
Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

28.12.2024 | 18:32
Təyyarə qəzasına görə Rusiya Kiyevi suçlayır, Kiyev ədalətli araşdırma tələb edir...

28.12.2024 | 18:26
Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir

28.12.2024 | 18:20
“Azərbaycan möhtəşəm uğurları ilə “Konstitusiya və Suverenlik ili”nə qədəm qoyur” - Vüqar Rəhimzadə

28.12.2024 | 18:15
Milli təhsil proqramlarında süni intellekt və media-informasiya savadlılığı...

28.12.2024 | 18:01
Bu qiymətlərə satılan alkoqollu içkilər təhlükəlidir - cərimə olunacaqlar...

28.12.2024 | 17:55
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

28.12.2024 | 17:51
Zelenski Prezident İlham Əliyevə zəng edib

28.12.2024 | 17:48
Təyyarə qəzasının araşdırılmasına Türkiyə uzmanları da qarışdı...

28.12.2024 | 17:47
Prezident özəl TV və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzaladı

28.12.2024 | 17:45
ARDNF-in valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalarda dəyişiklik edildi

28.12.2024 | 17:44
Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqlədi

28.12.2024 | 17:43
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışında... - FOTO

28.12.2024 | 17:42
Medvedev Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 17:35
“İşsiz və faydasız bələdiyyələrə” daha bir şans açıldı...

28.12.2024 | 17:22
Rusiya məmuru açıq dedi ki, təyyarə qəzasını şərh etməyəcəyik - niyə?

28.12.2024 | 17:16
Almaniyanın Putinin “Oreshnik” raketlərilə bağlı məxfi hesabatı yayıldı - “Patriot” da qarşısını ala bilməyəcək...

28.12.2024 | 17:10
Vardanyanın cinayət işi məhkəməyə göndərildi

28.12.2024 | 17:00
Ukrayna Rusiyanın döyüşlərdə iştirakını inkar etdiyi Şimali Koreya əsgərlərindən birini Kurskda əsir aldı...

28.12.2024 | 16:55
"Sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələri təyyarəyə kənar fiziki-texniki müdaxilə faktını təsbit edib" - Prezident İlham Əliyev

28.12.2024 | 16:53
Prezident İlham Əliyev və Putin AZAL-ın təyyarəsinin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər

28.12.2024 | 16:44
Putin təyyarə qəzasından sonra 4 gündə hamının gözlədiyini etdi…

28.12.2024 | 16:37
Sosial şəbəkələrdə “Rusiya, Azərbaycandan üzr istə” kampaniyası başlayıb...

28.12.2024 | 16:29
Kuklaçıların bayram sovqatı

28.12.2024 | 16:28
XİN: "Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneədir"

28.12.2024 | 16:26
"Təyyarə qəzasının əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır" - Baş prokuror

28.12.2024 | 16:20
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib" - XİN

28.12.2024 | 16:03
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

28.12.2024 | 15:27
İşə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə dələduzluq edən şəxs yaxalandı

28.12.2024 | 15:05
Bəşər Əsədin əmisinin gəlini və qızı saxta pasportla qaçarkən Livanda yaxalandı...

28.12.2024 | 15:03
Minsk Qrupunu saxlamaq cəhdi gülünc bir hərəkətdir - Ramilə Dadaşova yazır...

28.12.2024 | 14:50
“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirildi

28.12.2024 | 14:47
Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edir

28.12.2024 | 14:29
Prezident “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım etdi - FOTO

28.12.2024 | 14:12
“TikTok”da oyunlar təşkil edən şəxs 20 sutka inzibati həbs olundu

28.12.2024 | 13:58
Külli miqdarda dövlət vəsaitini talayan mütəşəkkil dəstənin işi məhkəməyə göndərildi

28.12.2024 | 13:45
MEDİA onlayn və çap mediasına dəstək müsabiqəsinin nəticələrini açıqladı - FOTO

28.12.2024 | 13:34
26 azərbaycanlımın əsl QATİLİ KİMDİR?

28.12.2024 | 13:18
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi - SƏRƏNCAM

28.12.2024 | 12:56
Yanvarın 1-dən maaşlar 400 manatdan az ola bilməz - Nazirlik işəgötürənlərə müraciət etdi

28.12.2024 | 12:43
Azərbaycanda ilk dəfə “Tat dili” dərslikləri hazırlanıb

28.12.2024 | 12:30
Azərbaycan təyyarəsinin vurulmasından sonra ölkələr Rusiyaya uçuşları ard-arda dayandırır...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031