KÖHNƏ VERSİYA            

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

Image

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. İclasda dekabrın 25-də təyyarə qəzasında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. 

Əvvəlcə İdarə Heyətinin ötən iclasından bəri MŞ-nin gördüyü işlərə dair məlumat dinlənildi. R.Məcid bildirdi ki, hesabat dövründə Şuranın təşəbbüsü ilə “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans təşkil olundu. Toplantıda Prezident İlham Əliyevin bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı informasiya savaşı və ideoloji müharibə apardıqlarına dair fikirləri üzərində dayanıldı, ölkə mediasının və jurnalistlərin qlobal çağırışlara, ölkəmizdəki sabitliyi və əminamanlığı pozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşmalarının, hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyət göstərmələrinin zəruriliyi vurğulandı. 

Hesabat dövründə, həmçinin, Mətbuat Şurasında ömürünü-gününü peşəsinə sərf etmiş jurnalistlərin yubileyləri ilə bağlı 5 toplantı reallaşdırıldı ki, bu tədbirlər Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən təşkil olundu. MŞ 3 müxtəlif media orqanının yubileyi ilə əlaqədar təbrik mətni yaydı, Şurada xaricdən gələn media təmsilçiləri ilə 3, o cümlədən Vətən müharibəsi qaziləri ilə görüş keçirildi. 

R.Məcid onu da bildirdi ki, Mətbuat Şurası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsini başa çatdırıb. Layihə çərçivəsində, ümumən, 5 toplantı keçirildi ki, onların dördündüsü və beşincisi hesabat dövrünə təsadüf etdi. Layihə çərçivəsində, həmçinin, MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradıldı. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, məqalələri və keçirilmiş tədbirlərin icmallarını birləşdirdi.  

MŞ sədri rəhbərlik etdiyi qurumun COP29-la bağlı fəaliyyətinin də müstəsna önəm daşıdığını bildirdi. Belə ki, noyabrın 6-da Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda dəyirmi masa keçirildi. 

Habelə, Şura dekabrın 17-də Bakı Dövlət Universitetində görkəmli alim və mətbuat tədqiqatçısı, ustad Şirməmməd Hüseynovun 100 illik yubiliyenə həsr olunmuş “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi-praktik konfransın, Milli Kitabxanada “Şirməmməd Hüseynov Biblioqrafiya” kitabının təqdimat mərasiminin təşkilində yaxından iştirak etdi. Bundan başqa, MŞ-nin İdarə Heyətinin üzvləri Bakı Dövlət Universitetində Medianın İnkişafı Agentliyinin otağının, “Xalq qəzeti”nin debat otağının açılışına qatıldılar. BDU Jurnalistika fakültəsində Mətbuat Şurasının da otağı var. Hesabat müddətində bu auditoriyada MŞ İdarə Heyətinin üzvlərinin tələbələrlə görüşləri gerçəkləşdirildi. 

R.Məcid hesabat dövründə Şuraya ünvanlanmış iki şikayətlə bağlı müvafiq tədbirlərin də reallaşdırıldığını diqqətə çatdırdı. Mövcud xüsusdakı müzakirələr zamanı ayrı-ayrı media orqanlarının tənqid obyektlərini hədəfə götürmələrinin, onlarla bağlı silsilə yazılar təqdim etmələrinin və bununla da medianın ictimai missiyasına zidd davranmalarının, qərəzli mövqe tutmalarının yolverilməzliyi vurğulandı. 

Toplantıda İH üzvləri - APA Holdinqin rəhbəri Vüsalə Mahirqızına APA-nın 20 illiyi, BDU-nin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliyə 70 illik yubileyi ilə əlaqədar Şuranın təbrik plaketləri təqdim olundu. Q.Məhərrəmliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Prezident sərəncamı bütövlükdə ölkə jurnalistikasına verilən növbəti dəyər nümunəsi kimi dəyərləndirildi, buna görə dövlət başçısına təşəkkür edildi.

MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun, Şuranın İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları – Vüqar Rəhimzadənin və Elçin Mirzəbəylinin, həmçinin “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin və başqalarının çıxışlarında dekabrın 25-də baş vermiş təyyarə qəzasının işıqlandırılması məsələlərinə də toxunuldu. Bildirildi ki, MŞ-nin, ümumən, ekstremal şəraitlərdə jurnalistlərin davranışları ilə əlaqədar tövsiyələr hazırlamasının, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na müvafiq əlavələrin edilməsinin zəruriliyi üzərində dayanıldı. 

Vurğulandı ki, media təmsilçilərinin bədbəxt hadisə nəticəsində zərər çəkmiş şəxslərlə münasibətlərində ikincilərin düşdükləri durumu mütləq qaydada nəzərə almaları şərtdir. Onlara sual xatirinə sual verilməməli, vəziyyətlərinə həssas yanaşılmalı, cavablarının ictimai maraqlara, cəmiyyətin informasiya almaq hüququnun təminatına nə dərəcədə adekvat ola biləcəyi barədə düşünülməli, ajiotaj yaratmamalıdırlar. Habelə, ekstremal situasiyaların işıqlandırılmasında zərərçəkənlərin yaxın qohumlarının, doğmalarının yayılmış informasiyaları emalında sarsıntı keçirə bilmə ehtimallarına da ciddi şəkildə diqqət yetirilməlidir. 

Toplantıda Medianın İnkişafı Agentliyinin start verdiyi media savadlılığı həftəsinin əhəmiyyəti vurğulandı. Bildirildi ki, mövzuya kompleks yanaşılması mütləqdir və Mətbuat Şurası da mövcud istiqamətdə fəal olmalıdır. Çünki “Media haqqında” Qanundakı media savadlılığı anlayışı geniş mahiyyət daşıyır, bütövlükdə ölkənin informasiya təhlükəsizliyini də özündə ehtiva edir. 

İH üzvləri çıxışlarında informasiyanın artan qlobal mahiyyətinə də toxundular, bununla əlaqədar misallar gətirdilər. Bu baxımdan peşəkar kadrların hazırlanmasının vacibliyi üzərində dayanıldı və diqqətə çatdırıldı ki, Azərbaycanın ayrı-ayrı təhsil ocaqlarında jurnalistika fakültələri fəaliyyət göstərirlər. Ancaq məsələyə daha sistemli yanaşılması üçün media sahəsində ayrıca ali məktəbin formalaşdırılması günün təxirəsalınmaz tələbidir. Çünki həm media özü dinamik struktura malikdir, həm də informasiya amili ölkələrin milli təhlükəsizlik məsələsi kimi özünü daha qabarıq formada göstərməkdədir.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Rostovdan gəlmiş bir məlumat Qroznıdakı təyyarə qəzası məsələsini dolaşdırdı...

Mən bilirəm Rusiya niyə dərhal üzr istəmədi...

Təyyarə qəzasında Rusiyanın "Xalça" planı xəbəri yanlış çıxdı...

SON XƏBƏRLƏR

29.12.2024 | 10:30
Slovakiyalı basketbolçunun evi qarət olundu - 30 min dollarını apardılar...

29.12.2024 | 10:15
Lavrov Ukrayna ilə danışıqların şərtini açıqlayıb

29.12.2024 | 10:05
Naxçıvanda yol polisi dumanlı hava ilə bağlı sürücülərə və piyadalara müraciət etdi

29.12.2024 | 10:00
Bu gün bu qəsəbə qazsız qalacaq - əhaliyə XƏBƏRDARLIQ

29.12.2024 | 09:47
Qərbdən Putinin "mərc təklifinə" cavab- "Azərbaycanın təyyarəsini sənə bu cür vurdurduq"...

29.12.2024 | 09:30
Putindən ekstremizmlə bağlı fərman

29.12.2024 | 09:25
Yeni il şənlikləri ləğv olunacaq? Beynəlxalq təcrübə artıq var...

29.12.2024 | 09:20
Başından güllə yarası alan reper 15 gün sonra vəfat etdi

29.12.2024 | 09:10
Bu gün Gürcüstanın yeni prezidentinin inauqurasiyası olacaq

29.12.2024 | 09:05
Daha bir təyyarə qəzası 179 can aldı - bu dəfə Cənubi Koreyada... (YENİLƏNİB)

29.12.2024 | 09:00
Bu gün Zabratın bir hissəsində su olmayacaq - XƏBƏRDARLIQ

29.12.2024 | 08:40
Bütün estetik cərrahların sənədlərini toplayırlar - 2025-də çoxlu həbslər olacaq...

29.12.2024 | 00:06
Təyyarə qəzasında həlak olan 21 sərnişin və 3 ekipaj üzvünün cənazəsi Bakıya gətirildi

28.12.2024 | 22:08
Öcalan İmralı türməsindən Türkiyə hökumətinə hansı mesajları göndərdi? Pərvin Buldanın "insafının ümidinə" qaldıq....

28.12.2024 | 21:43
Ceyhun Bayramov təyyarə qəzasının araşdırılması ilə bağlı Azərbaycanın gözləntilərini Lavrova bildirdi

28.12.2024 | 21:36
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO

28.12.2024 | 21:12
Qərb Gürcüstanda İvanişvilinin "məhvinə" qərar verdi...

28.12.2024 | 20:57
Rusiya-Ukrayna müharibəsindən Türkiyə çıxdı, daha doğrusu, Rusiya onu çıxardı...

28.12.2024 | 20:56
Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alan vətəndaşlarımızı ziyarət etdi - FOTO

28.12.2024 | 20:43
Rostovdan gəlmiş bir məlumat Qroznıdakı təyyarə qəzası məsələsini dolaşdırdı...

28.12.2024 | 20:30
Putin və Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər

28.12.2024 | 20:27
Rusiya bazasına yaxın ərazilərdə Əsəd tör-töküntülərinin silahlı üsyanı başlanır...

28.12.2024 | 20:14
Müəmmalı şəkildə vurulmuş təyyarə ilə bağlı yeni şübhələr yaradılır... Dəhşət...

28.12.2024 | 19:59
"Dini təhsil adı altında uşaqlara nələr aşılanır"? - Nazirin şübhələri əsassız ola bilərmi?..

28.12.2024 | 19:44
Tanınmış alim “şagirdlər üçün pulsuz ictimai nəqliyyat” təşəbbüsü qaldırdı...

28.12.2024 | 19:31
Rusiyanın “Şimal axını” qaz kəməri ABŞ-a verilir - sensasiya...

28.12.2024 | 19:27
Vyetnam Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

28.12.2024 | 19:25
Rumıniyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 19:19
Mən bilirəm Rusiya niyə dərhal üzr istəmədi...

28.12.2024 | 19:14
Təyyarə qəzasında Mahaçqala müəmması - enişə niyə icazə verilməyib?

28.12.2024 | 19:06
İtaliyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 19:00
Rusiya rəsmiləri təyyarə qəzasına susduqca batır...

28.12.2024 | 18:52
Portuqaliyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

28.12.2024 | 18:46
Təyyarə qəzasında Rusiyanın "Xalça" planı xəbəri yanlış çıxdı...

28.12.2024 | 18:41
Yakov Milatoviç Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 18:37
Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

28.12.2024 | 18:32
Təyyarə qəzasına görə Rusiya Kiyevi suçlayır, Kiyev ədalətli araşdırma tələb edir...

28.12.2024 | 18:26
Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir

28.12.2024 | 18:20
“Azərbaycan möhtəşəm uğurları ilə “Konstitusiya və Suverenlik ili”nə qədəm qoyur” - Vüqar Rəhimzadə

28.12.2024 | 18:15
Milli təhsil proqramlarında süni intellekt və media-informasiya savadlılığı...

28.12.2024 | 18:01
Bu qiymətlərə satılan alkoqollu içkilər təhlükəlidir - cərimə olunacaqlar...

28.12.2024 | 17:55
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

28.12.2024 | 17:51
Zelenski Prezident İlham Əliyevə zəng edib

28.12.2024 | 17:48
Təyyarə qəzasının araşdırılmasına Türkiyə uzmanları da qarışdı...

28.12.2024 | 17:47
Prezident özəl TV və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzaladı

28.12.2024 | 17:45
ARDNF-in valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalarda dəyişiklik edildi

28.12.2024 | 17:44
Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqlədi

28.12.2024 | 17:43
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışında... - FOTO

28.12.2024 | 17:42
Medvedev Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 17:35
“İşsiz və faydasız bələdiyyələrə” daha bir şans açıldı...

28.12.2024 | 17:22
Rusiya məmuru açıq dedi ki, təyyarə qəzasını şərh etməyəcəyik - niyə?

28.12.2024 | 17:16
Almaniyanın Putinin “Oreshnik” raketlərilə bağlı məxfi hesabatı yayıldı - “Patriot” da qarşısını ala bilməyəcək...

28.12.2024 | 17:10
Vardanyanın cinayət işi məhkəməyə göndərildi

28.12.2024 | 17:00
Ukrayna Rusiyanın döyüşlərdə iştirakını inkar etdiyi Şimali Koreya əsgərlərindən birini Kurskda əsir aldı...

28.12.2024 | 16:55
"Sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələri təyyarəyə kənar fiziki-texniki müdaxilə faktını təsbit edib" - Prezident İlham Əliyev

28.12.2024 | 16:53
Prezident İlham Əliyev və Putin AZAL-ın təyyarəsinin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər

28.12.2024 | 16:44
Putin təyyarə qəzasından sonra 4 gündə hamının gözlədiyini etdi…

28.12.2024 | 16:37
Sosial şəbəkələrdə “Rusiya, Azərbaycandan üzr istə” kampaniyası başlayıb...

28.12.2024 | 16:29
Kuklaçıların bayram sovqatı

28.12.2024 | 16:28
XİN: "Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneədir"

28.12.2024 | 16:26
"Təyyarə qəzasının əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır" - Baş prokuror

28.12.2024 | 16:20
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib" - XİN

28.12.2024 | 16:03
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

28.12.2024 | 15:27
İşə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə dələduzluq edən şəxs yaxalandı

28.12.2024 | 15:05
Bəşər Əsədin əmisinin gəlini və qızı saxta pasportla qaçarkən Livanda yaxalandı...

28.12.2024 | 15:03
Minsk Qrupunu saxlamaq cəhdi gülünc bir hərəkətdir - Ramilə Dadaşova yazır...

28.12.2024 | 14:50
“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirildi

28.12.2024 | 14:47
Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edir

28.12.2024 | 14:29
Prezident “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım etdi - FOTO

28.12.2024 | 14:12
“TikTok”da oyunlar təşkil edən şəxs 20 sutka inzibati həbs olundu

28.12.2024 | 13:58
Külli miqdarda dövlət vəsaitini talayan mütəşəkkil dəstənin işi məhkəməyə göndərildi

28.12.2024 | 13:45
MEDİA onlayn və çap mediasına dəstək müsabiqəsinin nəticələrini açıqladı - FOTO

28.12.2024 | 13:34
26 azərbaycanlımın əsl QATİLİ KİMDİR?

28.12.2024 | 13:18
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi - SƏRƏNCAM

28.12.2024 | 12:56
Yanvarın 1-dən maaşlar 400 manatdan az ola bilməz - Nazirlik işəgötürənlərə müraciət etdi

28.12.2024 | 12:43
Azərbaycanda ilk dəfə “Tat dili” dərslikləri hazırlanıb

28.12.2024 | 12:30
Azərbaycan təyyarəsinin vurulmasından sonra ölkələr Rusiyaya uçuşları ard-arda dayandırır...

28.12.2024 | 11:20
Biləsuvarda narkotika "alverçiləri" saxlanılıblar

28.12.2024 | 11:15
Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

28.12.2024 | 11:05
İsrail Qəzzada minaları kamikadze maşınlarla təmizləyir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031