İran Rusiyaya Ukraynada istifadə etməsi üçün yüksək texnologiyalı yeni PUA göndərir - Britaniyadan ŞOK İDDİA...
Ukraynada və Qəzza zolağında müharibə şiddətlənməkdə davam edir. Ukrayna müharibəsində Rusiyaya daha yaxın olan İran Qəzzada İsrail və onun ən böyük dəstəkçisi olan ABŞ-ın qarşısında dayanır.
Yaxın Şərq və Avropada müharibənin yayılması dünya üçün kabus ssenarisi olmaqda davam edir.
Bu arada Böyük Britaniyanın SKY News telekanalı Tehranın Rusiyanın Ukraynada istifadə etməsi üçün yeni silah hazırladığını iddia edib. Sky news “İranın Rusiyanın Ukraynadakı müharibəsi üçün hazırladığı yeni hücum PUA-sı” başlıqlı məqaləsində adını gizli saxladığı təhlükəsizlik mənbəsinə istinadən bildirir ki, İran Rusiya üçün yeni yüksək texnologiyalı hücum PUA-sı hazırlayıb.
Xəbərdə yeni İHA-nın unikal V formalı quyruğu olan Şahed-101 İHA ailəsinin bir hissəsi olduğu bildirilir.
Mənbə, təxminən 2,5 metr uzunluğunda və 3 metr qanad genişliyinə malik olan İHA-nın hərbi maşından atıla biləcəyini və 1500 kilometrə qədər mənzilə sahib olacağının təxmin edildiyini söyləyib. Həmçinin yeni İHA-nın canlı yayım ötürücü ilə təchiz ediləcəyi də qeyd edilir.
Bu cür kəşfiyyat imkanları o deməkdir ki, PUA Ukraynanın cəbhə xəttində digər İHA və ya silah sistemlərinin vurulması üçün hədəfləri müəyyən etmək üçün istifadə edilə bilər.
Rusiya Ukraynanın Qərb tərəfindən dəstəklənən hava hücumundan müdafiə sistemlərinə nüfuz etməyə çalışmaq üçün əsasən pilotsuz təyyarələr və raket zərbələri kombinasiyasından istifadə edir, son günlər ölkə daxilində mülki və hərbi hədəflərə ölümcül hücum dalğaları da güclənir.
Ukrayna və onun Qərb müttəfiqləri əvvəllər Tehranı Moskvanı Şahed-131 və Şahed-136 kimi tanınan yüzlərlə hücum PUA-ları ilə təmin etməkdə ittiham ediblər.
Ukraynalı mənbə bildirib ki, yeni tip PUA-nın hazırlandığı iddiası böyük ehtimalla doğrudur. “Bizi qeyd olunan tipli PUA-ların mümkün tədarükü ilə bağlı çox narahatıq”, - mənbə bildirib.
TAHİR