KÖHNƏ VERSİYA            

Ermənilərin Qarabağdan könüllü köçüb getmələri tədricən təsdiqlənir...

Image

2023-cü ildə Qarabağda keçirilən lokal antiterror tədbirlərindən sonra ermənilərin buranı kütləvi olaraq tərk etdiyi məlumdur. Ermənilər 19-20 sentyabr hadisələrindən sonra bizim ərazilərimizi könüllü tərk etdilər. Azərbaycan dövlətinin çağırışlarına baxmayaraq, onlar getməyə üstünlük verdilər. Köçüb gedərkən erməni əsilli şəxslərin hamısı müsahibələrində bildirirdilər ki, Azərbaycan tərəfi onlara qalıb Azərbaycan vətəndaşı kimi yaşamaqlarını təklif edir, amma onlar çıxıb getmək yolunu tutublar.

Bilirik ki, həm  44 günlük Vətən müharibəsindən və həm də  24 saatlıq antiterror tədbirlərindən sonra ermənilər bu torpaqların onların tarixi vətəni olmadığını anlayıb çıxıb getməyə üstünlük verdilər. Əslində, ermənilərin kütləvi köçündən həm separatçılar, həm də Ermənistan hakimiyyəti və müxalifəti, eləcə də diasporu Azərbaycana qarşı sui-istifadə etməyə çalışdı. Hətta Fransa, ABŞ, Almaniya və bəzi bu kimi dövlətlər də bu kampaniyaya qoşuldular.

19-20 sentyabr hadisələrindən sonra Qarabağı tərk edən erməni əsilli şəxslərin ətrafında şou, oyun qurmaq istəyənlər yalandan dünyaya yaydılar ki, guya ermənilər "etnik təmizləmə" ilə üzləşdikləri üçün Qarabağı tərk ediblər. Ən müxtəlif təşkilatlarda təxribatçı davranışlar sərgilədilər, Azərbaycana qarşı olmazın iftiralarını atdılar. Onlar nə qədər çalışsalar da, erməni əsilli şəxslərin Azərbaycan torpağını könüllü tərk etdiklərini ört-basdır edə bilmədilər. "Qarabağı biz özümüz könüllü tərk edirik", yaxud "etmişik" deyənlərin sayı kifayət qədərdir. 

Ermənilər Qarabağdan könüllü getdiklərini təsdiqləyirlər... 

Ermənistan hökümətinin və erməni diasporunun, Fransanın, o cümlədən də başqa ölkələrin təkidi ilə Qarabağı tərk edən ermənilərin özləri öz davranışları ilə hər şeyi təsdiqləyirlər. 

Ermənistan Qarabağdan ermənilərin kütləvi köçüb getmələri ilə bağlı nə qədər çalışsa da ki, dünyaya onları Azərbaycanın  qovduğunu və sairi sübut etsin, amma alınmır. Paşinyan rejimi, erməni diasporu, separatçı tör-töküntüləri Qarabağdan gedən ermənilər barədə nə qədər şişirdilmiş yalanlar danışırlarsa bir o qədər də ifşa olunurlar. Özləri özlərini ifşa edirlər. 

Ermənilərin bur qismi İrəvana çatar çatmaz xarici ölkələrə çıxış arayırdılar, əli-ayağı tutanlar müxtəlif xarici ölkələrə gedirdilər. Keçən ilin oktyabr ayının ortalarında  Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuata verdiyi açıqlamada qeyd edirdi ki, Qarabağdan könüllü çıxmış erməni əsilli şəxslərdən 3 mindən çoxu Ermənistanı tərk edib. Oktyabrın sonunda isə o, 10 mindən çox ermənin  xaricə getdiyini açıqladı. Qarabağdan köçənlərin hesabına xüsusilə Zəngəzur vilayətində son illər kəskin şəkildə azalan əhalinin artımını təmin etməyə çalışan Paşinyan onlara ölkəni tərk etməmək barədə çağırış edirdi, amma onlar Paşinyanın çağırışına əhəmiyyət vermədilər. Son bir neçə ayda  görün nə qədər insan bu yolu seçib və xaricə üz tutub.

Ermənistan yalan danışıb dünyanı aldatmaq istəyir, amma getdikcə ortaya daha çox faktlar çıxır və ermənilər özləri sübut edirlər ki, Qarabağdan könüllü köçüb gediblər.

Xaricə üz tuturlar ki, bir daha geri qayıtmasınlar... 

Məlumdur ki,  köçənlərin əksəriyyəti heç Ermənistanda qalmır, başqa ölkələrə gedirlər. Onlar əgər Ermənistanın iddia etdiyi kimi, Azərbaycanın " təzyiqi" ilə gediblərsə bəs Ermənistanda niyə qalmırlar? Qaçırlar, qayıdıb gəlmək istəmirlər, heç biri qayıtmaq üçün müraciət etmir. Halbuki, Azərbaycan dəfələrlə bunu deyib ki, qayıtmaq istəyənlər qayıda bilərlər, onlara çağırış edib, lakin onlar qayıdıb gəlmək istədiklərini nümayiş etdirmirlər. Ermənistandan da köçüb gedirlər. Bir çox ekspertlərə görə, Qarabağdan gedən ermənilər təkrar Qarabağa qayıtmaq istəmirlər, onlar mühacirətə gedib, qalanlar da getməyə hazırlaşır. Burada onların ABŞ, Fransa kimi ölkələrə üz tutması diqqəti cəlb edir. Hələ ötən ilin sentyabrında belə fikirlər yayılırdı ki, Qarabağdan könüllü gedən ermənilər Fransada yaşamaq hüququ almaq istəyirlər. Həmin dövrdə də  Fransa rəsmiləri bəyan etdilər ki, ermənilərə sığnacaq vermək məsələsi gündəmdə deyil. 

Bu gün Ermənistan mediası bəyan edir ki, Qarabağdakı separatçı-terrorçu rejimin ləğvindən sonra Xankəndi və ətrafından könüllü olaraq gedən ermənilər Ermənistanda da qalmır, onlar başqa ölkələrə gedir. Bu ermənilər də xarici ölkələrdə müsahibə də verirlər, ictimaiyyət içinə də çıxırlar və aydın olur ki, onlar Ermənistanda da qalmaq istəmirlər. Qarabağdan könüllü köçüb gedən ermənilərin Ermənistanda qalmaq istəməməsi dünyanın obyektiv düşünə bilən insanlarının diqqətini cəlb etməyə bilmir. Dünya da bəzi obyektiv düşünən dairələrin fikirləri artıq yavaş- yavaş dəyişməyə başlayır ki, ermənilərin geri qayıtmaması daha yaxşıdır. Çünki onların bölgədə olması daim problem, müharibə, qan-qada deməkdir. Bu da bir həqiqətdir ki, Azərbaycan diplomatiyası da bu aylar ərzində lazım olan addımları atıb. Bəzi ermənipərəst gücləri, dairələri çıxmaq şərti ilə normal şəxslər anlayırlar ki, ermənlər heç bir etnik təmizləməyə məruz qalmayıblar, onlar Qarabağı könüllü tərk ediblər, bir daha ora qayıtmaq istəmirlər. Çünki Qarabağ onların tarixi vətəni deyil. Artıq dünya da dərk edir ki, erməni yalanları böyük təhlükədir...

İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində qeyd etdi ki, ermənilərin Qarabağı könüllü tərk etdiyi dünyaya məlumdur, onlardan çoxu illərlə buradan getmək üçün fürsət gözləyib: “İnan ki, xaricə köçən ermənilərin biri də geri qayıtmaz”.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 19:14
COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

23.11.2024 | 19:01
Azərbaycançılıq mükəmməl milli ideologiya kimi ölkənin tərəqqisini daha dinamik hala gətirir

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:06
Azərbaycan mediasının COP29 sınağı…

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:41
Qarabağın rəmzi Xarıbülbül cənubda

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930