Rusiya Finlandiyanı hədələdi - NATO ilə müharibə olsa ilk hədəf onlar olacaq...
“Rusiya ilə NATO arasında gərginlik artarsa, Finlandiya zərər çəkən ilk ölkə olacaq”. RİA xəbər agentliyi bildirir ki, bunu yüksək rütbəli rusiyalı diplomat deyib.
"Onlar illərdir sülh şəraitində yaşayırlar, lakin birdən-birə bu, NATO-ya üzvlüklə sona çatdı. Əgər Rusiya ilə NATO arasında gərginlik olarsa, bundan ilk olaraq Finlandiya zərər görəcək" - deyə rusiyalı diplomat Mixail Ulyanov bildirib.
Finlandiya bu il Rusiya-Ukrayna müharibəsindən sonra təhlükəsizlik səbəbindən NATO-ya üzv olub. Rusiya isə ABŞ-la yeni müdafiə sazişi ilə bağlı Finlandiyaya xəbərdar edib.
TAHİR