KÖHNƏ VERSİYA            

Yeni ATƏT yaranacaq - aktiv iş aparılır...

Image

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) təhlükəsizlik strukturu kimi Rusiya üçün heç bir əlavə dəyər vermir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında "Hökumət Saatı"nda çıxışında bildirib.

Onun sözlərinə görə, ATƏT heç vaxt təşkilata çevrilməyən bir struktur kimi, bütün funksiyalarını yerinə yetirməyi dayandırıb.

Rusiyalı nazir vurğulayıb ki, ATƏT-i asanlıqla manipulyasiya oluna bilən qeyri-müəyyən, amöb vəziyyətdə saxlamaq Qərb üçün sərfəli olub: “Silahlanmaya nəzarət, informasiya mübadiləsi, şəffaflıq, etimadın möhkəmləndirilməsi sahəsində çoxlu faydalı sazişlər var idi. Onların hamısı Qərb tərəfindən məhv edildi və ya zibilliyə göndərildi. Ona görə də təhlükəsizlik təşkilatı olaraq ATƏT bizə əlavə dəyər gətirmir”. Eyni zamanda Lavrov qeyd edib ki, Avrasiya qitəsinin qalan hissəsində Avrasiyanın təhlükəsizliyi ilə məşğul olmaq üçün şərait yetişib. Avrasiya təhlükəsizliyi üçün yeni təşəbbüslər haqqında danışan Rusiya XİN başçısı Qazaxıstanın təşəbbüsünü - Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair görüşü də xatırladıb. Bildirib ki, Qazaxıstan indi onu təşkilata çevirmək istəyir. Lavrov əmin edib ki, Moskva Astananın bu cür planlarını dəstəkləyir, ancaq bu, Avrasiya təşkilatı olmalıdır. Onun fikrincə, avropalılar Avrasiya qitəsinin bu təbii rəqabət üstünlüklərindən imtina etmək qərarına gəldilər və rəqabət qabiliyyətlərinin bunu gizlətməyən amerikalılar tərəfindən boğulmasına üstünlük verdilər: "Ona görə də biz çalışırıq ki, Avrasiyanın təhlükəsizliyi reallığa çevrilsin. Biz özümüz heç kimdən məsafə saxlamayacağıq. Sadəcə olaraq, öz təhlükəsizliyini başqalarının hesabına təmin etmək istəməyənlərlə, Avrasiya qitəsində ATƏT-dən fərqli olaraq təhlükəsizliyin bölünməsi prinsiplərini həyata keçirənlərlə təhlükəsizlik quracağıq. Hansı ki, həmin prinsiplər ATƏT tərəfindən elan olunub, sonra NATO tərəfindən tapdanıb. Bu proses Ukraynada bizə qarşı müharibənin başlaması ilə bitib". Lavrovun bu fikirlərindən belə bəlli olur ki, Rusiya ATƏT-in bir təşkilat olaraq artıq ömürünü başa vurduğunu hesab edir. Bu səbəbdən onun əvəzlənməsi istiqamətində iş aparılır. Açılış adı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olan ATƏT-in fəaliyyəti həqiqətən də ciddi tənqid obyektidir. Bu qurumun yaratdığı Minsk qrupu uzun illər ərzində Qarabağ münaqişəsini həll edə bilmədi. ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı, yaxud da oynamaq istəmədi. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Sonda Azərbaycan məsələni güc yolu ilə çözdü. Bu səbəbdən də ATƏT, onun Minsk qrupu 28 illik fəaliyyəti dövründə məsul olduqları işlə bağlı heç nə ilə yadda qalmadı. Onlar hər zaman Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə göz yumub, Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Fəaliyyəti ikili standartlar üzərində qurulan ATƏT-in Minsk qrupunun öz üzərinə götürdüyü missiyanı Azərbaycan 44 gün ərzində öz gücünə hərbi-siyasi yolla həll etdi. Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi fonunda müzəffər Azərbaycan ordusunun qüdrəti nəticəsində həll olundu.

Hazırda görünən odur ki, ATƏT bir beynəlxalq təşkilat olaraq özünü doğrultmur və üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirə bilmir. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ATƏT XİN Şurasının Skopye toplantısındakı çıxışında bu fonda qeyd edir:  “Bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstərmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi”. Məhz belə hallar indi ATƏT-in başqa qurumla əvəzlənməsi kimi məsələləri gündəmə gətirir.  Hazırda dünyada baş verən mürəkkəb proseslər və böhranlar beynəlxalq təşkilatların işinə də mənfi təsir göstərməkdədir. Bu baxımdan ATƏT-də olan vəziyyət də bunu deməyə əsas verir. Qeyd edək ki, qurum 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adı altında yaradılıb. Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə ilk görüş sözügedən tarixdə Finlandiya və şəxsən prezident Urho Kekkonenin təşəbbüsü ilə Helsinkidə keçirilib.  30 iyul - 1 avqust 1975-ci il tarixində keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktını, məhşur Helsinki müqaviləsini imzalayıblar. 1994-cü ildə keçirilən Budapeşt sammitində isə təşkilat Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlandırılmağa başlanıb. Hazırda 57 üzv dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT “soyuq müharibə”nin başa çatmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. Amma Rusiyanın yuxarıda qeyd edilən yanaşması artıq ATƏT-in də tarixin arxivinə qovuşa biləcəyini istisna etmir.

Nahid SALAYEV







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 23:55
"İqlim maliyyəsi ilə bağlı razılıq üçün imkanımız var" - Braziliyalı nazir

23.11.2024 | 22:46
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu

23.11.2024 | 22:06
COP29 Paris Sazişinin 6-cı maddəsinin 10 ildən sonra tam şəkildə işlək vəziyyətə gətirilməsinə nail oldu... - FOTO/YENİLƏNDİ

23.11.2024 | 21:30
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür qətnaməsi qəbul olundu...

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:51
"Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir" - Muxtar Babayev

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 19:14
COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

23.11.2024 | 19:01
Azərbaycançılıq mükəmməl milli ideologiya kimi ölkənin tərəqqisini daha dinamik hala gətirir

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:06
Azərbaycan mediasının COP29 sınağı…

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:41
Qarabağın rəmzi Xarıbülbül cənubda

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930