KÖHNƏ VERSİYA            

26 azərbaycanlımın əsl QATİLİ KİMDİR?

Image

Putinmi, Kadırovmu, yoxsa başqaları?
 
2024-ün son günləri bizi əməllicə kədərə boğdu. 26 Azərbaycan vətəndaşı Çeçenistandakı cinayətkar cəlladların bilərəkdən təyyarəmizi hədəfə alması ilə faciəli şəkildə həyatla vidalaşdılar.  Bəli, məhz CİNAYƏTKAR CƏLLADLAR! Məhz bu cəlladlar böyük arzuları olan gəncləri, yeni ili yaxınları ilə keçirmək üçün, doğmalarına baş çəkmək istəyi ilə yola çıxan insanları yandırıb məhv etdilər... Bu günahsız, məsum insanlar Qroznudakı cinayətkar, özbaşına hərəkət edən cəlladların “qəhrəmanlıqlarının” qurbanı oldular. Bilmirəm, müki Azərbaycan təyyarəsinin Qroznu üzərində vurulmasını hansı alçaq, insanlıq düşməni olan birisi əmr edib - mənim üçün artıq 26 nəfər vətəndaşımı itirəndən sonra bu cəlladın kimliyi o qədər də önəmli deyil. Mənim üçün vacib məqam şəxsən Vladimir Putinin məsələyə susqunluğu, sanki heç nə olmayıbmış kimi hərəkət etməsidir. Dünyanın iki supergücündən biri sayılan Rusiyanın rəhbəri Kremldəki kabinetində otura-otura mülki Azərbaycan təyyarəsinin necə vurulmasını əla bilir.
 O, hər şey haqqında dəqiq məlumata sahibdir. Yoxsa bircə saat belə Rusiyada hökmranlıq edə bilməz.
 Amma V.Putinin MDB Sammitində özünü gülünc şəkildə “soyuqqanlı” aparması, 26 nəfər dinc insanın qanına qəltan edildiyi təyyarə cinayətini sanki sıradan bir qəza kimi ciddiyə almaması, bir neçə versiyanı da göz önünə gətirir. Ya V.Putin artıq illərdir hakimiyyət sistemində bəsləyib formalaşdırdığı cinayətkar qruplaşmalara nəzarət etmək imkanını itirib, ya Rusiyanın federasiya subyektlərində “it yiyəsini” tanımır, ya Ukrayna Rusiyanı elə küncə sıxıb ki, artıq normal dövlət imicindən çıxıb hava səmasında qaranquşlara da güllə atacaq həddə çatıb. Bəlkə keçmiş KQB generalı sadəcə Azərbaycandan üzr istəyib hesab verməyi özünə “yaraşdırmır”? Amma ən vacibi - bəlkə Kreml sahibindən Azərbaycana şifrəli xəbərdarlıq?. Gəlin bütün bu versiyalara səbrlə nəzər yetirək.
 Neçə illərdir mətbuatda olan, ictimai-siyasi prosesləri izləyən biri kimi bu qənaətdəyəm ki, hazırda Qərbin topunun ağzında olan V.Putin şəxsən bu addıma razılıq verə bilməz. Hə, əgər Azərbaycana qarşı şəxsən şifrəli XƏBƏRDARLIQ “ehtiyacı” duymayıbsa! Çünki  Gürcüstan və Ermənistanın anti-Rusiya etirazları ilə çalxalandığı, Cənubu Qafqazda Rusiya əleyhinə nifrətin od püskürdüyü bir vaxtda Kreml sahibinin MDB-də tək-tük mehriban münasibətlərə sahib olduğu Azərbaycanın mülki təyyarəsini məhv etmək tapşırğı ağlabatan deyil. Bu, ilk növbədə V.Putinin özünün siyasi intiharı olardı. Onsuz da nüfuzlu dünya mediasında minlərlə dinc ukraynalının qətlində ittiham olunaraq “Ukrayna cəlladı” kimi ad çıxaran V.Putinin belə bir vaxtda bu addımı atması mümkünsüz görünür. Heç bir səbəb olmadan mülki təyyarəni vurub onsuz da üzərində olan beynəlxalq təzyqləri daha da artırmaq heç vaxt Rusiya liderinə sərf edəsi variant deyil. Praqmatik siyasətlə düşünsək, onda bu qəsdli faciənin qatilini V.Putin komandasında axtarmalı olacayıq. Özü də Çeçenistanda! Bəs, Qroznu üzərində Azərbaycan mülki təyyarəsini vurandan sonra heç olmasa onun eniş etməsinə belə icazə verməyən, 67 günahsız insanı bilə-bilə, QƏSDLİ şəkildə ölümün ağuşuna atan o CƏLLAD KİMDİR?
 Əlbətdə, əsas versiya illərdir V.Putinin “ərköyün övladı” kimi Çeçenistanda at oynadan, böyük çeçen xalqının dəyərlərini məhv edən, şəxsi düşmənlərini Qroznudakı vəhşi pələnglərinə yedizdirən, adı Rusiyada bir sıra sifarişli qətllərdə hallandırılan Ramzan Kadırov üzərində cəmləşir. Çeçenistanda feodal cəngəllik yaradan, daima etdiyi mənfi hərəkətlərlə Rusiyada qıcıq yaradan bu şəxs, Rusiyanın ən kiçik federasiya subyektində özünü ən böyük “padişah” kimi aparır, Rusiyanın nazirlərini ələ salır, təhqir edir, istədiyi qanunsuzluğu icra edir, bu azmış kimi digər ölkələrə belə “dil uzadır”.
 Bölgədə V.Putinin “silləvuranı” kimi ad çıxaran bu adam belə görünür ki, artıq idarəolunmaz həddə çatıb və birbaşa arxalandığı, güvəndiyi V.Putinin özü üçün ciddi başağrısına çevrilməkdədir. Çünki Azərbaycan mülki təyyarəsinin vurulduğu gün Qroznu səmasında daha bir neçə hədəf vurulub və daha sonra Çeçenistanın hava təhlükəsizliyinə məsul olan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov mükafatlandırılıb. Özü də şəxsən R.Kadırov tərəfindən. Məgər feodal ailə təsərüfatı kimi idarə olunan bu federasiya subyektində mülki təyyarə ilə Ukrayna PUA-larını ayırd edən orta səviyyəli savad sahibi yox idi? Heç olmasa nədən qəzalı təyyarənin Qroznı və ətraf ərazilərə eniş etməsinə icazə verilməyib? Məgər həmin gün mülki aviareys barədə Qroznu aeroportunda “məlumatsız” olublar? Yoxsa 26 nəfər dinc azərbaycanlı R.Kadırovun Çeçenistanda yaratdığı ailə rejiminin ərköyünlüyünün qanlı qurbanı olub? Bu təyyarə faciəsi şəxsən V.Putin üçün böyük başağrısı olacaq, burası qaçılmazdır. Amma təkcə V.Putin üçünmü? Qətiyyən! Bu hadisə həm də bütün Rusiyanı boğaza yığan R.Kadırovun da sonunu gətirəcək. Çünki hazırda Rusiya elitasında bu adama şəxsi nifrət bəsləyən arzulamadığı qədər məmur var və üstəlik Rusiya cəmiyyəti də bu adamdan cana doyub. Bu gün R.Kadırov həm də V.Putin səltənətini corab kimi sökür. Bu həm də o deməkdir ki, V.Putinin illərdir əl üstündə saxladığı və bu gün Rusiyanı məhv edən kriminal məmur ünsürləri onun rejimini çökdürən “motora” çevrilir...

Mətləb Salahov








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Rostovdan gəlmiş bir məlumat Qroznıdakı təyyarə qəzası məsələsini dolaşdırdı...

Mən bilirəm Rusiya niyə dərhal üzr istəmədi...

Təyyarə qəzasında Rusiyanın "Xalça" planı xəbəri yanlış çıxdı...

SON XƏBƏRLƏR

29.12.2024 | 00:06
Təyyarə qəzasında həlak olan 21 sərnişin və 3 ekipaj üzvünün cənazəsi Bakıya gətirildi

28.12.2024 | 22:08
Öcalan İmralı türməsindən Türkiyə hökumətinə hansı mesajları göndərdi? Pərvin Buldanın "insafının ümidinə" qaldıq....

28.12.2024 | 21:43
Ceyhun Bayramov təyyarə qəzasının araşdırılması ilə bağlı Azərbaycanın gözləntilərini Lavrova bildirdi

28.12.2024 | 21:36
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO

28.12.2024 | 21:12
Qərb Gürcüstanda İvanişvilinin "məhvinə" qərar verdi...

28.12.2024 | 20:57
Rusiya-Ukrayna müharibəsindən Türkiyə çıxdı, daha doğrusu, Rusiya onu çıxardı...

28.12.2024 | 20:56
Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alan vətəndaşlarımızı ziyarət etdi - FOTO

28.12.2024 | 20:43
Rostovdan gəlmiş bir məlumat Qroznıdakı təyyarə qəzası məsələsini dolaşdırdı...

28.12.2024 | 20:30
Putin və Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər

28.12.2024 | 20:27
Rusiya bazasına yaxın ərazilərdə Əsəd tör-töküntülərinin silahlı üsyanı başlanır...

28.12.2024 | 20:14
Müəmmalı şəkildə vurulmuş təyyarə ilə bağlı yeni şübhələr yaradılır... Dəhşət...

28.12.2024 | 19:59
"Dini təhsil adı altında uşaqlara nələr aşılanır"? - Nazirin şübhələri əsassız ola bilərmi?..

28.12.2024 | 19:44
Tanınmış alim “şagirdlər üçün pulsuz ictimai nəqliyyat” təşəbbüsü qaldırdı...

28.12.2024 | 19:31
Rusiyanın “Şimal axını” qaz kəməri ABŞ-a verilir - sensasiya...

28.12.2024 | 19:27
Vyetnam Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

28.12.2024 | 19:25
Rumıniyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 19:19
Mən bilirəm Rusiya niyə dərhal üzr istəmədi...

28.12.2024 | 19:14
Təyyarə qəzasında Mahaçqala müəmması - enişə niyə icazə verilməyib?

28.12.2024 | 19:06
İtaliyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 19:00
Rusiya rəsmiləri təyyarə qəzasına susduqca batır...

28.12.2024 | 18:52
Portuqaliyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

28.12.2024 | 18:46
Təyyarə qəzasında Rusiyanın "Xalça" planı xəbəri yanlış çıxdı...

28.12.2024 | 18:41
Yakov Milatoviç Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 18:37
Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

28.12.2024 | 18:32
Təyyarə qəzasına görə Rusiya Kiyevi suçlayır, Kiyev ədalətli araşdırma tələb edir...

28.12.2024 | 18:26
Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir

28.12.2024 | 18:20
“Azərbaycan möhtəşəm uğurları ilə “Konstitusiya və Suverenlik ili”nə qədəm qoyur” - Vüqar Rəhimzadə

28.12.2024 | 18:15
Milli təhsil proqramlarında süni intellekt və media-informasiya savadlılığı...

28.12.2024 | 18:01
Bu qiymətlərə satılan alkoqollu içkilər təhlükəlidir - cərimə olunacaqlar...

28.12.2024 | 17:55
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

28.12.2024 | 17:51
Zelenski Prezident İlham Əliyevə zəng edib

28.12.2024 | 17:48
Təyyarə qəzasının araşdırılmasına Türkiyə uzmanları da qarışdı...

28.12.2024 | 17:47
Prezident özəl TV və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzaladı

28.12.2024 | 17:45
ARDNF-in valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalarda dəyişiklik edildi

28.12.2024 | 17:44
Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqlədi

28.12.2024 | 17:43
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışında... - FOTO

28.12.2024 | 17:42
Medvedev Prezident İlham Əliyevə başsağlığı verdi

28.12.2024 | 17:35
“İşsiz və faydasız bələdiyyələrə” daha bir şans açıldı...

28.12.2024 | 17:22
Rusiya məmuru açıq dedi ki, təyyarə qəzasını şərh etməyəcəyik - niyə?

28.12.2024 | 17:16
Almaniyanın Putinin “Oreshnik” raketlərilə bağlı məxfi hesabatı yayıldı - “Patriot” da qarşısını ala bilməyəcək...

28.12.2024 | 17:10
Vardanyanın cinayət işi məhkəməyə göndərildi

28.12.2024 | 17:00
Ukrayna Rusiyanın döyüşlərdə iştirakını inkar etdiyi Şimali Koreya əsgərlərindən birini Kurskda əsir aldı...

28.12.2024 | 16:55
"Sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələri təyyarəyə kənar fiziki-texniki müdaxilə faktını təsbit edib" - Prezident İlham Əliyev

28.12.2024 | 16:53
Prezident İlham Əliyev və Putin AZAL-ın təyyarəsinin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər

28.12.2024 | 16:44
Putin təyyarə qəzasından sonra 4 gündə hamının gözlədiyini etdi…

28.12.2024 | 16:37
Sosial şəbəkələrdə “Rusiya, Azərbaycandan üzr istə” kampaniyası başlayıb...

28.12.2024 | 16:29
Kuklaçıların bayram sovqatı

28.12.2024 | 16:28
XİN: "Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneədir"

28.12.2024 | 16:26
"Təyyarə qəzasının əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır" - Baş prokuror

28.12.2024 | 16:20
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib" - XİN

28.12.2024 | 16:03
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

28.12.2024 | 15:27
İşə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə dələduzluq edən şəxs yaxalandı

28.12.2024 | 15:05
Bəşər Əsədin əmisinin gəlini və qızı saxta pasportla qaçarkən Livanda yaxalandı...

28.12.2024 | 15:03
Minsk Qrupunu saxlamaq cəhdi gülünc bir hərəkətdir - Ramilə Dadaşova yazır...

28.12.2024 | 14:50
“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirildi

28.12.2024 | 14:47
Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edir

28.12.2024 | 14:29
Prezident “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım etdi - FOTO

28.12.2024 | 14:12
“TikTok”da oyunlar təşkil edən şəxs 20 sutka inzibati həbs olundu

28.12.2024 | 13:58
Külli miqdarda dövlət vəsaitini talayan mütəşəkkil dəstənin işi məhkəməyə göndərildi

28.12.2024 | 13:45
MEDİA onlayn və çap mediasına dəstək müsabiqəsinin nəticələrini açıqladı - FOTO

28.12.2024 | 13:34
26 azərbaycanlımın əsl QATİLİ KİMDİR?

28.12.2024 | 13:18
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi - SƏRƏNCAM

28.12.2024 | 12:56
Yanvarın 1-dən maaşlar 400 manatdan az ola bilməz - Nazirlik işəgötürənlərə müraciət etdi

28.12.2024 | 12:43
Azərbaycanda ilk dəfə “Tat dili” dərslikləri hazırlanıb

28.12.2024 | 12:30
Azərbaycan təyyarəsinin vurulmasından sonra ölkələr Rusiyaya uçuşları ard-arda dayandırır...

28.12.2024 | 11:20
Biləsuvarda narkotika "alverçiləri" saxlanılıblar

28.12.2024 | 11:15
Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

28.12.2024 | 11:05
İsrail Qəzzada minaları kamikadze maşınlarla təmizləyir

28.12.2024 | 11:00
Bu gün Naxçıvanın bir neçə kəndində işıq olmayacaq

28.12.2024 | 10:30
“ASAN xidmət” və “ASAN kommunal” bu günlərdə işləməyəcək - əhaliyə xəbərdarlıq

28.12.2024 | 10:20
Çin və İran XİN rəhbərləri görüşüblər

28.12.2024 | 10:15
Rusiya hava məkanı çöküşdə - Kazan aeroportu da fəaliyyətini dayandırdı

28.12.2024 | 10:08
Bayram günlərində bu qaydalara əməl edək - Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

28.12.2024 | 10:00
Pasportunu yandırdı, 5 il həbs cəzası aldı - Rusiyada "müğənni ovu" davam edir..

28.12.2024 | 09:34
Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub - FOTO/YENİLƏNDİ

28.12.2024 | 09:30
İctimai fəal Şahin Əhmədov Rusiya hava məkanındakı son vəziyyət barədə yazır

28.12.2024 | 09:25
Mərc oyunlarının məskəni Tik-Toka köçürüldü...

28.12.2024 | 09:20
"Fənərbağça" və "Barselona"dan məğlubiyyət

28.12.2024 | 09:10
Fransa portalı azərbaycanlı pilotlardan yazdı - "həqiqi möcüzə göstərdilər"

28.12.2024 | 09:05
Suriya hadisələri Türkiyə - Rusiya münasibətlərini soyutdu, Slovakiya meydana düşdü...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031