KÖHNƏ VERSİYA            

Azərbaycanla OPEK+ bu dəfə də əlverişli mövqeni qoruya bilir... Neft uğrunda mübarizə kəskinləşir...

Image

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerikanın ən böyük ticarət tərəfdaşlarına əlavə rüsumlar tətbiq etməyi planlaşdırır. O, bu barədə “NBC News”a müsahibəsində bildirib. 

Tramp ABŞ-ın ən böyük ticarət tərəfdaşlarına idxal tariflərinin tətbiqi ilə bağlı seçkiqabağı vədini yerinə yetirəcəyini söyləyib: “Düzgün istifadə edildikdə, rüsumlar təkcə iqtisadiyyatda deyil, həm də qeyri-iqtisadi sahələrdə çox güclü alətdir”.

Eyni zamanda, seçilmiş prezident bu cür tədbirlərin amerikalıların xərclərinə təsir etməyəcəyinə söz verməyib: “Mən heç nəyə zəmanət verə bilmərəm. Mən hətta sabaha zəmanət verə bilmərəm”. Ekspertlər qeyd edir ki, Trampın hakimiyyəti dönəmində dünya iqtisadiyyatında ciddi yeniliklər olacaq.  Düzdür, bu fonda Donald Trampın dünya bazarında neftin qiymətini bir barrel üçün 40 dollara endirməklə bağlı son hədələrini ciddi qəbul etmək çətindir. Lakin onlara məhəl qoymamaq ehtiyatsızlıq olardı. Beləliklə, neft istehsalçıları öz hesablamalarına neftinin qiymətinin arzuolunmaz həddə düşməsi riskini də daxil edirlər.  Lakin  ekspertlər indilikdə OPEC+ nazirlərin son toplantısında qəbul edilən qərarlar sayəsində indi hər hansı yeni şok gözləmirlər. Söhbət neftin qiymətini məqbul səviyyədə saxlamaq üçün nəzərdə tutulan məhdudiyyətlərin uzadılmasından gedir. OPEC+ üzv ölkələrinin videokonfrans vasitəsilə keçirilən nazirlər toplantısının nəticəsi olaraq alyans tərəfindən əvvəllər razılaşdırılmış neft hasilatının kvotalarının 2025-ci ilə qədər uzadılması barədə qərar qəbul edilib. İclasda əsas kvotalarla yanaşı, neft hasilatının bir neçə əlavə könüllü azaldılmasının da taleyi müzakirə olunub. OPEC+ neft hasilatının könüllü əlavə azaldılmasını 2,2 milyon barrel həcmində razılaşdırıb. Bu razılaşma 2025-ci ilin birinci rübünün sonuna qədər qüvvədə olacaq.Hazırda alyansın səkkiz ölkəsi hasilatı könüllü azaldıb: Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman. Bu rejimdən mərhələli çıxış zamanla - 2025-ci ilin aprelindən 2026-cı ilin sentyabr ayının sonuna qədər olan dövrü əhatə edir. Bu, yeganə könüllü əlavə hasilatın azaldılması deyil. Belə ki, müvafiq könüllü məhdudiyyət 2025-ci ilin sonuna qədər qüvvədə idi; indi əsas kvotalarla birlikdə 2026-cı ilin sonuna qədər uzadılıb. Bəzi məhdudiyyətləri digərlərinin üzərinə gəlməklə OPEC+ üzv ölkələri neft qiymətlərini məqbul səviyyədə saxlamağa ümid edirlər. Baxmayaraq ki, əslində bəzi məhdudiyyətlər hələ də müvəqqəti olaraq pozula bilir: alyansda hasilatı azaltmayan və buna görə OPEC+ birləşməsinə “borclular” var. Belə ölkələr üçün az azaldılmış neft hasilatına görə kompensasiya müddətini 2025-ci ilin sentyabrından 2026-cı ilin iyun ayının sonuna qədər uzatmaq qərara alınıb. Bu ölkələr OPEC katibliyinə yenilənmiş təzminat cədvəllərini təqdim edəcəklər. Həmin ölkələr arasında Rusiya, İraq və Qazaxıstan da var. Rusiya baş nazirinin müavini Aleksandr Novakın jurnalistlərə verdiyi açıqlamaya görə, ümumilikdə, 2024-cü ildə Rusiyada neft və kondensat hasilatı təxminən 518-521 milyon ton təşkil edəcək.

OPEC+ tərəfindən açıqlanan məlumatlara əsasən, bütün məhdudiyyətlər və sonra onların tədricən yumşaldılması nəzərə alınmaqla, Rusiyada neft hasilatı 2025-ci ilin yanvar-mart ayları üçün nəzərdə tutulan 8,978 milyon barreldən 2026-cı ilin sentyabr-dekabr aylarında 9,449 milyon barrelə qədər artmalıdır. Səudiyyə Ərəbistanında isə eyni dövrdə hasilatı  8,978 milyon barreldən 9,978 milyon barrelə qədər artırmaq öhdəliyi götürüb.  Beləliklə, son bir ildə qlobal neft bazarı nisbətən balanslaşdırılmış görünür: “Brent” neftinin qiyməti 70-80 dollar diapazonunda qalır. Bir çox ekspertlər bu dəhlizdə köklü dəyişikliklər üçün ilkin şərtləri görmürlər, ən azı hələlik. Onlar xüsusilə neftin qiymətinin bir barrel üçün 40 dollara düşməsi ehtimalına şübhə ilə yanaşırlar. “Finam” qrupundan olan rus analitik Nikolay Dudçenko qeyd edir ki, Donald Trampın son bəyanatlarından və neft hasilatını artırmaqla hədələmələrindən sonra bir barrel üçün 40 dollar qiyməti geniş  müzakirə olunmağa başlayıb: “Kotirovkalara mümkün təzyiqin başqa bir səbəbi Trampın Çinə qarşı proteksionist siyasəti ola bilər ki, bu da Çin iqtisadiyyatının zəifləməsi və buna görə də Çin tərəfindən neftə tələbatın azalması ilə nəticələnir”. Bununla belə, Dudçenkonun aydınlaşdırdığı kimi, əslində neftin belə aşağı qiymətləri təkcə OPEC və OPEC+ ölkələri üçün deyil, həm də Amerika neft sənayesinin özü üçün əlverişsizdir: “ Qiymətlərin bir barrel üçün 40 dollara enməsi şok ssenari olacaq, bu səbəbdən nəinki OPEC+ ölkələri, hətta ABŞ-ın özünün də buna imkan verməyəcəyi ehtimalı yükskdir”. “Freedom Finance Global”ın aparıcı analitiki Natalya Milçakova isə əlavə edib ki, qlobal neft tələbi hələ pik həddə çatmayıb: “Axı, Çin, Hindistan və bir çox digər inkişaf etməkdə olan ölkələr aktiv şəkildə yanacaq almağa davam edir. Hibrid və elektrik avtomobillər isə bahadır, bu nəqliyyat növünə kütləvi keçid gözləmək lazım deyil”. O da nəzərə alınmalıdır ki, hazırda dünyanın bir çox nöqtələrində silahlı münaqişələr gedir. Yaxın Şərqdə İsraillə HƏMAS, şimal qonşumuz Rusiya ilə Ukrayna arasında müharibə gedir. Suriyada rejimdəyişikliyi baş verib. Bunlar dünya siyasətinə və iqtisadiyyatına təsirsiz ötüşmür və neftin qiymətinin də yüksək həddə qalmasını təmin edir. Münaqişələrin coğrafiyası kifayət qədər genişdir. Müharibələr dövlətlərin kifayət qədər maliyyə və iqtisadi resurslarını özünə cəlb edir. Bu baxımdan da neftin qiymətinin enmə ehtimalı azdır.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

SON XƏBƏRLƏR

23.01.2025 | 17:58
Məhkəmə Köçəryanla Sarkisyanın Bakıya gətirilməsini tələb edə bilər...

23.01.2025 | 17:45
Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır... Niyə?

23.01.2025 | 17:32
Bakıda 5-ci sinif rus bölməsində qalmaqal...

23.01.2025 | 17:20
Azərbaycan sahibkarları növbəti 1 il də rahat "nəfəs alacaqlar"...

23.01.2025 | 17:08
Trampdan daha bir radikal qərar - ABŞ qoşunları Avropadan çıxarılır...

23.01.2025 | 16:55
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər yaxalandı

23.01.2025 | 16:43
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınadı

23.01.2025 | 16:36
Ceyhun Bayramov Cahit Bağcını qəbul etdi

23.01.2025 | 16:26
Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

23.01.2025 | 16:08
Trampdan Putinə təhdid kimi xəbərdarlıq - müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

23.01.2025 | 15:58
MOK Makronun saxta medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

23.01.2025 | 15:24
Polis Nəsimidə əməliyyat keçirdi, 16 kiloqram narkotik tutuldu

23.01.2025 | 15:16
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişdirildi

23.01.2025 | 14:55
"Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək" - Baş katib

23.01.2025 | 14:30
Gəncədə 10-dan çox avtomobili soyan şəxslər yaxalandı...

23.01.2025 | 13:57
Suraxanıda mağazadan oğurluq edən şəxs saxlandı

23.01.2025 | 13:42
Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

23.01.2025 | 13:28
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası - "Biz o terrorçunun edamını istəyirik"

23.01.2025 | 13:14
Личный враг Путина на инаугурации Трампа. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.01.2025 | 13:06
Xaçmazda dələduzluq edənlər yaxalandı

23.01.2025 | 12:43
Prezident İlham Əliyev Ərdoğana zəng edib

23.01.2025 | 12:15
Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir

23.01.2025 | 12:05
Deputatlar Qarabağ yolçusudur - azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar

23.01.2025 | 12:00
Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 | 11:30
“Fənərbağça” “Lion”a, “Mançester Yunayted” “Reyncers”ə qarşı

23.01.2025 | 11:20
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

23.01.2025 | 11:18
Tanınmış jurnalist vəfat edib

23.01.2025 | 11:15
ABŞ-da ATIŞMA - 4 polis yaralanıb

23.01.2025 | 11:05
Miqrantlara bəd xəbər - Tramp deportasiya üçün bu Nazirliyə səlahiyyət verdi

23.01.2025 | 11:03
Ermənistan Trampa gərək olacaqmı? - CANLI

23.01.2025 | 11:00
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23.01.2025 | 10:30
Naxçıvanda bu idarəyə yeni rəis təyin olunub

23.01.2025 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

23.01.2025 | 10:14
Bakıda "Tofaş" yolu keçən qadını vurub öldürdü

23.01.2025 | 10:05
"Qarabağ" bu gün Avroliqada növbəti oyununa çıxır

23.01.2025 | 10:00
Tramp durmaq bilmir - indi də "Husilər"i terror təşkilatı elan etdi

23.01.2025 | 09:25
Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi - bilirsiz bu nədir?..

23.01.2025 | 09:20
Qəzzada dağıntılar altından daha 212 nəfərin cəsədi çıxarılıb

23.01.2025 | 09:10
Bir ildə 83 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

23.01.2025 | 09:05
Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

23.01.2025 | 09:00
Tehranda Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

23.01.2025 | 08:39
Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır - QMİ-nin inhisarı...

22.01.2025 | 23:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrə səfərilə bağlı videoçarx paylaşılıb - VİDEO

22.01.2025 | 22:55
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzidir - İlin 22-ci gününə sözardı

22.01.2025 | 21:27
Tramp İranla iş görən ölkələri hədələdi - İranla münasibətlərimiz necə olacaq...

22.01.2025 | 21:15
Məktəblərdə 5 gün dərs olmayacaq

22.01.2025 | 21:14
Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

22.01.2025 | 20:59
Tramp 1-ci dönəmdə Azərbaycanın enerji siyasətinə necə dəstək verib - yaxın tarixin gerçəyi...

22.01.2025 | 20:44
Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

22.01.2025 | 20:30
Bakıda məhkəməsi gedən ermənilərin "ev dustaqlığına" çıxmaq planlarının məqsədi...

22.01.2025 | 20:15
Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

22.01.2025 | 20:02
Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

22.01.2025 | 19:53
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

22.01.2025 | 19:45
Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

22.01.2025 | 19:32
Naxçıvanda 640 baş donuz yoxa çıxıb...

22.01.2025 | 19:18
Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

22.01.2025 | 19:05
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi…

22.01.2025 | 18:53
Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşdü

22.01.2025 | 18:48
"RUSİYANI DAĞITMA!" - Trampın Putinə mesajı...

22.01.2025 | 18:33
Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

22.01.2025 | 18:19
Lavrovun Mirzoyanla görüşü çox gərgin keçdi - Rusiya ya ikibaşlı oynayır, ya da qorxur...

22.01.2025 | 18:05
Reyunyonda fransız vəhşiliyi - qadınlar mal dərmanları ilə abort olunub...

22.01.2025 | 17:52
Gəncləri siyasi təxribat alətinə çevirmək istəyən qüvvələr hələ də var...

22.01.2025 | 17:39
Rusiya Bakı-İrəvan danışıqlarının bütün formatlarından kənarda qaldı - Lavrov dilə gəldi, Mirzoyan “insafa” gəlmədi...

22.01.2025 | 17:27
Hərbi təcavüz cinayətinə görə Bakıda ittiham olunan ermənilərə İrəvanda təzə "status" tapıblar...

22.01.2025 | 17:14
Azərbaycan LGBT-çiləri Qərbdəki böyük dayaqdan məhrum oldular - Tramp imtina etdi...

22.01.2025 | 17:00
Almaniya və Rusiyadan qorxunc iddia… III Dünya Müharibəsi başlayır - konkret tarix də açıqlandı…

22.01.2025 | 16:57
Prezident İlham Əliyev Davosda AYİB-in prezidenti ilə görüşdü - FOTO

22.01.2025 | 16:43
Britaniya təyyarə qəzasının araşdırılmasında Azərbaycana dəstək təklif etdi

22.01.2025 | 16:35
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başladı

22.01.2025 | 16:30
“Mazımqara” gömrük postunda maşında gizlədilmiş 140 ədəd mobil telefon aşkarlandı

22.01.2025 | 16:21
"Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib" - Prezident İlham Əliyev

22.01.2025 | 16:18
Kreml Putin-Tramp görüşü üçün ABŞ-dan konkret təkliflər gözlədiyini açıqladı...

22.01.2025 | 16:15
Cahit Bağçı Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

22.01.2025 | 16:05
Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşdü

22.01.2025 | 15:56
Ermənistanın siyasəti Cənubi Qafqazda təhlükəsizliyi pozur

22.01.2025 | 15:43
BMU Çinin nüfuzlu universitetləri ilə ikili diplom proqramının icrasına başlayır

22.01.2025 | 15:37
Tehrandakı səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı qərar təsdiqləndi

22.01.2025 | 15:23
Şəmkirdə narkotik satışan şəxs tutuldu

22.01.2025 | 15:09
Gələn aydan bu müavinət məbləği də artacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031