KÖHNƏ VERSİYA            

Məzələnmək- YUNUS OĞUZ yazır

Image

Felyeton

Bu məzələnmək var ha, başqa aləmdir. Adam ya zarafat edir, ya da hirsini, qəzəbini sətiraltı mənayla qarşısındakı adama bildirir. Adam məzə qurur, atmaca atır ki, hər kəs payını götürsün. Xalq bizdə əsasən sosial-məişət səviyyəsində məzələnir. Camaatın siyasi məzələnməklə işi yoxdur, ora qırmızı çizgidir, ora girsən başın ağrıyar, səndə ağrımayan başına niyə yaş dəsmal qoyasan? Amma, bu, o demək deyil ki, başqa sahələrdə məzələnmək mövcud deyil. Əlbəttə, var, məsələn məmur, dini və sairə sahədə məzələnmələr. Lökbatanda Ağa Lökbatanlı TV var, o da xalqın məzəsindən danışır, mərifətdi də danışır. Onsuz da hamı bir-birilə məzələnir. Bu da hamıyla.

Adam tanıyıram, həmişə zibili  -"bura zibil atan eşşəkdi" yazısı olan yerə atır. Soruşanda deyir ki, neyləyim, o biri divara da var-yox söyüşü yazıblar. Bax, adam eşşəkliyini qəbul edir, amma var-yox məsələsini özünə yaxın buraxmır. Elə eşşəkdi ki, eşşək. Olmazmı eşşəkliyi də özünə yaxın buraxmayasan?!


Eşşək yazdım, yadıma bir lətifə düşdü: "Bir gün şir iş axtarır, buna meşədə iş tapılmır. Deyirlər yalnız dovşan ştatı boşdur. Şir əlacsız qalıb dovşan kimi işləməli olur. İşə başlayandan sonra görür ki, zürafə dələ, ayı meymun, canavar kirpi, dəvə kərtənkələ vəzifəsində çalışır. Bir ara Avropadan meşəyə yoxlama gəlir, vəziyyəti öyrənib çox təəccüblənirlər. Deyirlər, gedək, kadrlar şöbəsilə danışaq, görək bu nə məsələdir. Gedib görürlər ki, kadrlar şöbəsi vəzifəsində eşşək işləyir. Hə, belə kadrlar bizdə kifayət qədərdir; atın qabağına ət, itin qabağına ot qoyurlar. Hər ikisi də ac qalır. Udan kim olur, əlbəttə məmur. Vəzifəyə "təyin" olunandan sonra bildi-bilmədi, hikkəsini həyata keçirmək istəyir.

O gün bir tədbirdə eks "qaişnik"lə, Vaqif Əsədovla söhbət edirəm. Fotoqraf  Bayram əvvəl şəklimizi çəkir, sonra yaxında dayanan şairəni göstərib deyir ki, Vaqif müəllim, o şairəni tanıyırsan? O da məzə ilə deyir ki, əgər radara düşübsə, hökmən tanıyıram. Neyləsin, ona xahişlə ən çox müxbir və şairlər müraciət edir. Deməli Vaqif Əsədov pensiyada olsa da, sevimli işini davam etdirir.

Binanın divarında elan yazılıb: "Boz rəngli, baha qiymətə alınmış pişik evdən gedib. Görənə, ya yerini deyənə mükafat nəzərdə tutulur". Elandan aşağıda bir qeyd yazılıb: "Bu hələ başlanğıcdır. Qaz pulunu ödəyin! Qaz İdarəsi".

Rəhmətliyin oğlu, bahalı pişik alırsan, pul mükafatı vəd edirsən, amma qaz pulu ödəmirsən. "Bu hələ başlanğıcdır" deməklə, işarə vurur ki, evdə qaz olmasa sən də çıxıb gedəcəksən.

Bu qaz məmurları xalqla hər ilin sonunda əməlli-başlı məzələnirlər. Dekabr ayında elan verirlər ki, bəs filan vaxtda, filan rayonda qaz olmayacaq, lap yaxşı. Bəs bunu dekabr ayında niyə edirsən, axı indi havalar soyuqdur?!  Bu təmiri yay aylarında niyə etmirsiniz?  O zaman xalq, demək olar ki, qazdan istifadə etmir. Hə, xoruzun quyruğu burada görünür. Saat altıda guya qaz verirlər. Düz dörd saat qaz plitəsindən hava gəlir. Sayğac da fırlanır. 

Yayda işlətmədiyin qazın pulunu bizdən belə çıxırlar. Hava da soyuq, "mıqq" eləyə bilmirsən. Bir gün bir kişinin qarnı ağrıyır, arvadına deyir ki, qarın ağrısı dərmanı ver. Kişi dərmanı atıb, gedir işə. Qadının sonradan yadına düşür ki, bəs kişiyə əsəb sakitləşdirən dərman verib. Tez ərinə zəng vurub soruşur ki, kişi, necəsən? Kişi də cavab verir: "Arvad, batırmağına batırdım, amma heç vecimə deyil". Bəli, bəli, düz tapdınız, yolun ortasına parkinq, avtobus dayanacağı qoymaqla əməlli-başlı batırıblar, amma heç veclərinə də deyil. A kişilər, sənə cərimə göndərirlər ki, bəs maşını evinin qabağında saxlamısan, İndi də velosiped yolu çəkiblər. Vallah, bizim tərəfdə o yoldan  hələ bir velosiped də keçməyib. Bizdə mentalitet var e. Velosiped sürənə birtəhər baxırlar. Onu sürənlərə, heç qızlar da ərə getməzlər. Bax, buna mayanı batırmaq deyirlər.

Hələ bir buna baxın! Bəzi hakimlər qanunlarla məzələnirlər. Qanunu istədikləri qədər rezin kimi dartırlar, təki ədaləti yox, istədiklərini yekunda yazsınlar. Onlara ayrıca yazı həsr etmək lazımdır.

Hələ gör, "Azərişıq" necə məzələnir, yazmaqla qurtarmır. Bütün magistral yollarda, müştəri cəlb etmək üçün kafe və restoranların önündə yüz-iki yüz lampa asıblar. Zalımın oğlu, buna işıq pulu çatdırmaq olar? Əlbəttə, subsidiya hökmən lazımdır. İşıq da qaranlıqla belə məzələnir.

Liftlərə baxan  "Tross Qüdrət" var idi. Yerindən duran ona döşəyirdi, zatən düz də edirdilər, çünki, o da liftlərlə məzələnirdi, axırın da bilən olmadı.

Məmurlar haqqında hələlik bu qədər. Keçək din məsələsinə. Oxucularımız yazır: "Kənddə araq çəkən bir seyid vardı. Hamı arağı ondan alırdı ki, bəs, seyid adamdı, haram qatmaz". Pah, atonnan! Seyid ha! Hələ bu yaxşıdır. Ət məhsulları istehsal edən bir şirkət kolbasa və sosislərə "Cənnət" adı qoyub. Belə çıxır ki, bunları yeyən cənnətə düşəcək. Ayə, mən ölüm, lotusunuz! Belə çıxır, orda da kolbasa, sosis yeyəcəyik. Bunlar birbaşa cənnətlə məzələnirlər. Cəhalət bax budur. Qonşu kənddə bir nəfər oturur taksiyə. Taksi sürücüsü də ön şüşənin kənarlarına seyidlərin şəkillərini vurubmuş. Müştəri də qayıdıb sürücüyə deyib ki, qardaş, bunlar axtarışdadır? Bax, belə, o qurban olduğum seyidlərin şəkillərini maşının şüşəsinə vurmaqda məqsəd nədir?  İki variant var; ya sürücü seyidlərlə (əstəğfurullah), ya da müştərilərlə məzələnir, o yanı, bu yanı yoxdur.

Birini də deyim, yazını bitirim. Dığ-dığ qadınlar da olur. Ərinin başını sözlə partladır... Biri arvadının əlindən bezir, gedib dükandan oğurluq edir. Düşünür ki, bəlkə arvaddan bir müddət canım belə qurtarar. Hakim də oğurluğa görə kişiyə üç il ev dustağlığı verir. Di get, canını qurtar.

Ümumiyyətlə, dünya bir-birilə məzələnir; Amerika dünya ilə, Paşinyan Putinlə, İsrail İranla, Avropa üçüncü dövlətlərlə və sairə. Məzəsiz dünya ötüşməz. Bir azdan dünyada bütün insanlardan karbon vergisi alacaqlar. Çünki onlar da qoz ağacları kimi oksigen alıb, ətrafa karbon buraxırlar.

Telefonuma zəng gəldi. Mən də məzələndim. Dedim ki, sənə təmiz türk dilində deyirəm ki, beş dəqiqəyə çatıram. Hər yarım saatdan bir niyə zəng edirsən?

P.S. Elzaya deyiblər ki, bir də millətin ağzını tikmə. O da yeni şeir yazıb. "Söküm sizin ağzınızı". İndi də tikdiyini sökməyə başlayıb.

Di gedin, məzələnin...

Yunus Oğuz







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

SON XƏBƏRLƏR

14.01.2025 | 00:13
Ukrayna Avropaya qaz nəqlini dayandırmaq üçün bu dəfə “Türk axını”nı hədəf aldı – Avrokomissiya Kiyevdən izahat istədi...

13.01.2025 | 23:48
Rusiya XİN-dən Lavrovun Bayramova yazdığı iddia edilən saxta məktubla bağlı açıqlama - siyasi sifarişdir...

13.01.2025 | 22:33
13 ədədi həyəcan rəmzidir

13.01.2025 | 21:24
Ermənistan Azərbaycanın bu tələbini yerinə yetirməyə necə məcbur edildi...

13.01.2025 | 21:09
Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

13.01.2025 | 20:55
Avroittifaqda heç kim Ermənistanı gözləmir, ölkə Rusiyanın liderlik etdiyi təşkilatlardan da qovulur

13.01.2025 | 20:41
Serbiya və Bolqarıstana Azərbaycandan qaz ixracı niyə dayandı - boruya kənar müdaxilə ehtimalına ekspert izah verir...

13.01.2025 | 20:28
Türk Dövlətləri Təşkilatı Rusiyaya qarşı anqlo-sakson layihəsidir?

13.01.2025 | 20:14
Avropa İttifaqının Ermənistandakı missiyasını ABŞ generalı idarə edir - TƏFƏRRÜATLAR...

13.01.2025 | 19:59
Azərbaycan Avropadan Mərkəzi Asiyaya keçidi bağlaya bilər - qitənin daha bir çətin sınağı...

13.01.2025 | 19:46
Çayçılığın inkişafı üzrə 10 illik Dövlət proqramı iflasa gedir - Kənd Təsərrüfatı Nazirliyi hara baxır?

13.01.2025 | 19:32
Müəllimlərin maaşını vahid dövlət əmək haqqı cədvəlinə daxil etmək olmaz?

13.01.2025 | 19:18
Fransa Əlcəzair xalqına qarşı müharibəni hələ davam etdirir...

13.01.2025 | 19:05
İctimai və dövlət maraqlarının vəhdət şəklində qorunması Azərbaycanda uğurla həyata keçirilir

13.01.2025 | 18:52
Syerra-Leone Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

13.01.2025 | 18:50
SOCAR-ın 3-cü "partiya dollar istiqrazı"nı alanlar nə qazana, nə itirə bilər...

13.01.2025 | 18:37
Rəqəmsal valyutaların qanuniləşdirilməsi Azərbaycana böyük ziyanlar vuracaq(?)...

13.01.2025 | 18:23
Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

13.01.2025 | 18:20
Əbu-Dabidə Prezident İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

13.01.2025 | 18:09
Ermənilərin qədim dedikləri dövlət tarixindən bir sərkərdənin qəbri yoxdur - niyə?

13.01.2025 | 18:06
Səfirlik təkzib etdi - yeni səfir Birol Akgün Bakıya gəlməyib

13.01.2025 | 17:55
Şabranda hadisə - şagirdi məktəbdən qovmaq çıxış yoludur?...

13.01.2025 | 17:42
Tramp Putinlə görüşə hazırlaşır - Ukrayna üzrə nümayəndə isə belə sözlər danışır...

13.01.2025 | 17:30
Ucarda uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirildi

13.01.2025 | 17:29
Kilsənin bir addımlığında Azərbaycan əleyhinə hərbi istehkam - ermənilər köhnə taktikanı davam etdirir...

13.01.2025 | 17:26
Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

13.01.2025 | 17:15
Ukrayna 2022-ci ildə Gürcüstandan nə istəyib? - "Sonradan münasibətlər gərginləşdi..."

13.01.2025 | 17:03
Makronun dövlət vəsaitini mənimsəyən nazirinə iş açıldı

13.01.2025 | 16:50
Ukraynada 300-ə yaxın şimali koreyalı döyüşçü öldürülüb - Cənubi Koreya kəşfiyyatı açıqladı...

13.01.2025 | 16:35
Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başladı

13.01.2025 | 16:30
Qarabağla bağlı əlyazmalar daha geniş tədqiq olunacaq

13.01.2025 | 16:06
Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər tarix məlum oldu

13.01.2025 | 15:53
Pentaqon ABŞ-ın müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif etdi

13.01.2025 | 15:22
Erməni nazir: "Hökumət Avrasiya İqtisadi İttifaqından çıxmağı nəzərdən keçirmir"

13.01.2025 | 15:09
Sabirabad sakini 6 kiloqram narkotik və odlu silahla tutuldu

13.01.2025 | 14:47
Bilgəh sahilində suiti və quşların ölümü ilə bağlı araşdırma başladı

13.01.2025 | 14:17
Bakıda oğurluq edən şəxslər saxlandı

13.01.2025 | 14:11
Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər

13.01.2025 | 14:00
İxrac pullarını ölkəyə qaytarmayanların işi məhkəməyə göndərildi

13.01.2025 | 13:46
İran Fransaya nota verdi

13.01.2025 | 13:30
Ötən il itkin düşmüş kişini arvadı yox, oğlu öldürüb - Baş Prokurorluq açıqladı

13.01.2025 | 13:16
İsrailin yeni səfiri təyinatı ilə bağlı paylaşım etdi...

13.01.2025 | 13:03
Теперь Платошкин угрожает Азербайджану - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.01.2025 | 12:20
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

13.01.2025 | 12:00
Ermənistana və havadarlarına SƏRT XƏBƏRDARLIQ!

13.01.2025 | 11:30
İki gündə 62,6 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polisdən AÇIQLAMA

13.01.2025 | 11:30
14 qələbə - "Atletiko"dan yeni REKORD

13.01.2025 | 11:20
"Ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək..." - DYP sürücülərə müraciət etdi

13.01.2025 | 11:15
İranda qadın hüquq müdafiəçisi həbsxanada ölüb

13.01.2025 | 11:05
Tərin tərkibində olan elementlər ən təsirli göz dərmanıdır

13.01.2025 | 11:03
Paşinyanın Azərbaycana qarşı 12 şərti - CANLI

13.01.2025 | 11:00
İranlı deputatlar İrəvandadır

13.01.2025 | 10:30
Yasamalda avtomobil piyadanı vuraraq öldürüb

13.01.2025 | 10:20
İki məşhur aktyor yeni serialda

13.01.2025 | 10:15
ABŞ-ın gələcək vitse-prezidenti Baydeni "BOMBALADI"

13.01.2025 | 10:10
“Qarabağ” - FCSB matçının biletləri satışda - ən ucuzu 5 manat, ən bahalısı 300 manat...

13.01.2025 | 10:05
Lənkəranda evdən kişi meyiti tapılıb

13.01.2025 | 10:00
NATO ölkələrinə hücum etməyəcəyik - Moskvadan AÇIQLAMA

13.01.2025 | 09:30
ABŞ-dakı yanğın faciəsi böyüyür - 8 milyon insan təhlükədədir...

13.01.2025 | 09:20
"Əsirləri qaytarıram, amma.." - Zelenski Koreya liderinə ŞƏRT QOYDU

13.01.2025 | 09:12
Sumqayıtda DƏHŞƏT - bir ailənin 5 üzvü dəm qazından zəhərləndi!

13.01.2025 | 09:05
Cəbrayıla daha 39 ailə köçürüldü

13.01.2025 | 09:00
"Barselona" "Real"ı əzdi, Superkubokun qalibi oldu!

12.01.2025 | 23:16
Tramp-Putin görüşünə hazırlıqlar başladı - ilk addım yaxın günlərdə atıla bilər...

12.01.2025 | 22:57
Polşa Moskvaya gedən Slovakiya deputatlarının təyyarəsinə yol vermədi...

12.01.2025 | 22:35
Slovakiya ilə Ukrayna arasında gərginlik artır - Fiko Zelenskini “dilənçi, şantajçı” adlandırdı...

12.01.2025 | 22:09
İranı korrupsiya qalmaqalı bürüdü - neft və əczaçılıq sahələrində milyardlarla dollar necə yoxa çıxıb...

12.01.2025 | 19:07
Co Bayden çərşənbə günü vida nitqi söyləyəcək

12.01.2025 | 14:35
Putin Trampdan NATO-nu şərq sərhədlərindən çəkməsini istəyəcək...

12.01.2025 | 14:14
"Şahdənizdən" Bolqarıstan və Serbiyaya qaz nəqlinin dayanması ətrafında çox həssas durum var...

12.01.2025 | 13:20
Biləsuvarda narkokuryer külli miqdarda narkotik və həblərlə yaxalandı...

12.01.2025 | 12:38
ABŞ-dakı yanğınlarla bağlı iddia - Xilasedicilər varlıların iqamətgahlarının yerləşdiyi ərazilərə yönəldilir...

12.01.2025 | 12:12
İrandan meşə yanğınları ilə bağlı ABŞ-a sürpriz təklif - yardım göndərməyə hazırıq...

12.01.2025 | 11:54
Sumqayıtda avtomobildə baş verən yanğında 1 nəfər yanaraq ölüb

12.01.2025 | 11:23
Bakıda avtomobillərə qənim kəsilən 2 oğru yaxalandı

11.01.2025 | 21:52
Türkiyə ordusu Suriyaya girir - geri sayım başladı...

11.01.2025 | 21:36
Şolts iki alman nazirin Ukraynaya 3 milyardlıq hərbi yardım paketini blokladı...

11.01.2025 | 21:09
Proses başladı - Türkiyədə 14 millət vəkilinin toxunulmazlığı ləğv edilir...

11.01.2025 | 21:04
Yazıçı Gülzar İbrahimovanın Ağdaş və Zərdab rayonlarının oxucuları ilə görüşləri keçirildi

11.01.2025 | 19:19
"Seymur Talıbov 3,1 milyon manat "şapka pulunu" cəzasız yeyə bilər"(?) - 144 milyonun kimə çatdığı hələ bir yana...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031