Utilizasiyaya verilmiş maşın sahiblərinə ödənişlər hansı qaydada həyata keçirilir? - Qurum rəsmisi açıqladı
Nəqliyyat vasitəsi utilizatora təhvil verilməzdən əvvəl aidiyyatı üzrə dövlət qeydiyyatından çıxarılmalıdır. Daha sonra NVU.gov.az portalı vasitəsilə sistemdə qeydiyyatdan keçməlidir.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə “Təmiz Şəhər” ASC-nin Nəqliyyat vasitələrinin utilizasiyalar şöbəsinin müdiri Mirzə Laçınov nəqliyyat vasitələrinin utilizasiyasının həyata keçirlidiyi məkana təşkil olunan mediatur zamanı məlumat verib.
O bildirib ki, bu portal istifadəçilərin rahatlığı üçün nəzərdə tutulub:
"Daha sonra utilizatorda növbəti tutulur, vaxt təyin olunur. Təyin olunan vaxtda nəqliyyat vasitəsi utilizatora təhvil verilir. Təhvil verildikdən sonra onlara təsdiqedici sənəd verilir. Bu sənəd imkan verir ki, şəxs öz istəyinə uyğun olaraq iki seçimdən birini etsin. Onlara yerli istehsal nəqliyyat vasitəsi əldə etmək istəyərlərsə, güzəşt edilir. Əgər nəqliyyat vasitəsi əldə etmək fikri yoxdursa, müvafiq güzəşt məbləğinin 70%-i həcmində birdəfəlik ödəniş əldə edə bilərlər. Hazırda birdəfəlik ödənişlərlə bağlı müraciətlər edilir. Yaxın zamanda ödənişlərin həyata keçirilməsi həyata keçiriləcək. Bu müraciətlər əsasında artıq 10-dan çox vətəndaşa birdəfəlik ödənişlər edilib".
"Utilizasiyaya verilən nəqliyyat vasitələri tullantıya çevrildiklərinə görə onların iqtisadi dəyəri yoxdur. Bu baxımdan onlara eyni yanaşılır. Məbləğlər də buna müvafiq olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib. Həmin təsnifatda əsasən, güzəşt 1500-2000 və 3 min manat məbləğində təsdiq edilib", - deyə qurum rəsmisi qeyd edib.