"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi həbs edildi...
"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
"Qafqazinfo" isə xəbər yayıb ki, Elgiz Alxanovun həbs olunmasının səbəbi mərkəzdə müalicə alan pasientlərdən birinin işgəncə nəticəsində ölməsidir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Həmçinin, Novxanı qəsəbəsindəki həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi araşdırılır.