Lavrovdan Paşinyanın KTMT bəyanatına reaksiya - o, bu mövzuda çox danışıb...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərin geridönülməz nöqtəni keçdiyi barədə bəyanatına münasibət bildirib.
O, deyib ki, Ermənistan təşkilatından çıxmaq üçün sənədlər təqdim etməyib: "Bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb, müzakirə edib. Biz heç kimə heç nəyi məcbur etmirik. Biz əminik ki, KTMT-yə üzvlükdən maksimum istifadə etmək Ermənistanın təhlükəsizliyinin maraqlarına uyğundur”.
İrəvanın KTMT-dən çıxmasına gəlincə, rusiyalı nazir deyib ki, bu indiki Ermənistan rəhbərliyinin suveren hüququdur. “Rusiya və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıb və atmaq niyyətində deyilik”, - deyə Lavrov əlavə edib.
Bundan əvvəl Paşinyan Ermənistanın KTMT çərçivəsində qəbul edilən sənədlərdə maraqlı olmadığını bildirib. O, əlavə edib ki, İrəvanla təşkilat arasında münasibətlər “geri dönüşü olmayan həddi keçib”.
TAHİR