KÖHNƏ VERSİYA            

Makron Fransanın siyasi və maliyyə sistemini çökdürdü - ölkə hökumətsiz qaldı...

Image

Parlamentin ona etimad göstərməməsindən sonra Fransa hökuməti istefa verib. Bu, 1962-ci ildən bəri ölkədə ilk etimadsızlıq səsverməsidir. 62 il əvvəl də deputatlar baş nazir Jorj Pompidunu istefaya göndərmişdilər. Bu dəfə Mişel Barnier hökuməti Marin Le Penin ifrat sağçı Milli Birlik Partiyasından büdcəyə dəstək ala bilmədiyi üçün istefaya göndərilib. 

Etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib, 289 deputat bunun əleyhinə çıxıb.

Beləliklə, Mişel Barnier hökuməti cəmi 74 gün işləyərək ən qısa hökumət olub. İndi  prezident Emmanuel Makron yeni baş nazir təyin edə bilər, lakin Milli Assambleyanın deputatları onun təklif etdiyi namizədi təsdiq etməlidirlər. Bu da mümkünsüz görünür. Xüsusən də o fonda ki,  heç bir partiyanın parlamentdə çoxluğa malik olmadığını nəzərə alsaq, bu missiyaya nail olmaq çətindir. Bir çox fransız şərhçinin qeyd etdiyi kimi, Barnierin kabinetinin süqutu Fransada prezident Makronun parlamenti buraxmasından və növbədənkənar seçkilərdən sonra yayda başlayan onsuz da ciddi siyasi böhranı gücləndirəcək. Hökumətin istefası həm də ölkəni büdcə problemləri və ola bilsin ki, ciddi maliyyə böhranı ilə hədələyir, çünki hökumətin 2025-ci il üçün hazırladığı büdcə qüvvədən düşür. Yeni ildə dövlət orqanlarının və sosial sığorta sisteminin maliyyələşdirilməsi ötən ilin büdcəsi əsasında, ancaq dövlətin fəaliyyətini təmin etmək üçün lazım olan məbləğdə davam etdiriləcək. Digər tərəfdən Mişel Barnierin kabinetinin istefası gözlənilirdi. Hökumətə etimadsızlıq səsverməsi onların ən ifrat qanadı - Jan-Lük Melenşonun “Fəth olunmamış Fransa” partiyasının rəhbərlik etdiyi sol koalisiyanın deputatları tərəfindən təklif edilib. Onların təşəbbüsünü ifrat sağçı düşərgədən olan Marin Le Penin partiyası dəstəkləyib. Mötədil sağçı baş nazirin istefası baş nazir postuna namizədliyini irəli sürmək istəyən hər iki partiya üçün faydalı oldu.  Etimadsızlıq səsverməsinə səbəb hökumətin 2025-ci il üçün sosial və tibbi sığorta sisteminin büdcəsi haqqında təklif etdiyi qanun layihəsi olub. Onu qəbul etmək üçün Mişel Barnier qanunun parlamentdə səsvermə olmadan təsdiqlənməsinə imkan verən Konstitusiyanın 49.3-cü maddəsindən istifadə etmək qərarına gəlib. Büdcə tibb sektorunda dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını, pensiya indeksasiyalarının ləğvini və digər qeyri-populyar tədbirləri nəzərdə tuturdu. Buna da sərt etiraz olundu.  Beləliklə, Fransa həqiqətən də görünməmiş bir vəziyyətlə üzləşib. Mişel Barnierin hökumətinin istefasından sonra Makron parlamentin təsdiqi üçün yeni baş naziri təklif etməli olsa da, çıxılmaz duruma düşüb. Çünki onun namizdənin təsdiqlənməsi mümkünsüzdür. Parlamentin aşağı palatasında heç bir partiyanın mütləq çoxluğa malik olmadığını nəzərə alsaq, yeni siyasi “kamikadze”nin təsdiqlənməsi çox çətin olacaq. Bu yay baş nazirin seçilməsi və onun təsdiqi prosesi iki ay yarım çəkdi. Beşinci Respublika tarixində ilk dəfə olaraq prezident Makronun manevr imkanı son dərəcə dardır. Müxalifət deputatları onun istefaya getməsini təklif edirlər. Belə olan halda ölkəni yeni prezident seçkiləri gözləyir.

Konstitusiyaya görə, incimiş Makron parlamenti yenidən yalnız 2025-ci ilin yayında buraxa bilər. Bu, o deməkdir ki, o, yeni baş nazirin seçilməsi ilə bağlı bütün siyasi partiyalarla yorucu danışıqlar aparacaq. Makronun partiyasının Aİ seçkilərindəki sarsıdıcı məğlubiyyətindən və  yayda Milli Assambleyanı buraxdıqdan sonra keçmiş baş nazir Qabriel Attalın etdiyi kimi, Mişel Barnierdən də müvəqqəti hökumət olaraq qalması istəniləcək. Müvəqqəti hökumət cari işlərlə məşğul olacaq və yeni qanunlara səs verə bilməyəcək. Siyasi məsləhətçi Emmanuel Rivierə görə, gələcək baş nazirin seçimi konkret bir şəxsə deyil, layihəyə yönəlməlidir: "Bizə şəxsiyyət yox, layihə və razılaşma lazımdır. Kastinqi aparan Makron deyil. Büdcə maneəsini aradan qaldırmaq üçün razılaşma lazımdır. Bu, konkret missiyası olan saf texnokrat ola bilər.  Fransanı 2025-ci il üçün büdcə ilə təmin etmək lazımdır”. Yuxarıda qeyd olunduğu kimi Makronun prezidentlik müddəti 2027-ci ilin yazına qədər davam etsə də, bəzi partiyalar dövlət başçısının parlamenti buraxmaq qərarından sonra yaranmış siyasi xaos səbəbindən istefaya getməyə çağırır. Rivierə görə, bu, siyasi böhran səbəbindən həm ölkə daxilində, həm də xaricdə nüfuzu aşağı düşən Makrona növbəti zərbədir. Dekabrın 20-nə qədər büdcə təsdiq edilməsə, hökumət öz konstitusiya səlahiyyətlərindən istifadə edərək büdcəni fərmanla qəbul edə bilər. Amma bu, sosial təminat büdcəsi vəziyyətində olacaq. Bu hal 50 günlük çıxılmaz vəziyyətdən sonra sərəncam, 70 günlük müzakirədən sonra isə milli büdcə qəbul edilə bilər. Başqa bir hal 2024-cü ilin büdcəsinin 2025-ci ilə qədər uzadıla biləcəyidir. Lakin bu, yalnız müvəqqəti həll yoludur. Fransanın ABŞ kimi iqtisadi dayanma riski olmasa da, siyasi qeyri-sabitlik investorları qorxuda bilər. Fransa hazırda xərclərinə görə Avropa İttifaqının   təzyiqi altındadır. Ölkənin büdcə kəsiri ÜDM-in 6%-i səviyyəsində qiymətləndirilir, Aİ-nin fiskal qaydalarına görə isə borc 3%-lik həddi keçməməlidir.

Samirə SƏFƏROVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

SON XƏBƏRLƏR

23.01.2025 | 18:55
Avropa Şurasında Azərbaycana qarşı növbəti düşmənçilik edildi...

23.01.2025 | 18:41
Azad rayonlarda enerji istehsalı regionların inkişafında mühüm mərhələdir...

23.01.2025 | 18:28
Kreml rəsmiləri Trampla görüş üçün əldən-ayaqdan gedir - Trampdan hələ uyğun cavab yoxdur...

23.01.2025 | 18:23
İrana casusluq edən gəmi kapitanının cəzası dəyişmədi - 16 il...

23.01.2025 | 18:14
Azərbaycanın xarici ticarətində narahatlıq yaradan göstərici - üç dəfə azalıb...

23.01.2025 | 17:58
Məhkəmə Köçəryanla Sarkisyanın Bakıya gətirilməsini tələb edə bilər...

23.01.2025 | 17:45
Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır... Niyə?

23.01.2025 | 17:32
Bakıda 5-ci sinif rus bölməsində qalmaqal...

23.01.2025 | 17:20
Azərbaycan sahibkarları növbəti 1 il də rahat "nəfəs alacaqlar"...

23.01.2025 | 17:15
Narkotiklərin satışında ittiham edilən tiktokerə 5 il 1 ay iş verildi

23.01.2025 | 17:08
Trampdan daha bir radikal qərar - ABŞ qoşunları Avropadan çıxarılır...

23.01.2025 | 16:55
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər yaxalandı

23.01.2025 | 16:43
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınadı

23.01.2025 | 16:36
Ceyhun Bayramov Cahit Bağcını qəbul etdi

23.01.2025 | 16:26
Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

23.01.2025 | 16:08
Trampdan Putinə təhdid kimi xəbərdarlıq - müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

23.01.2025 | 15:58
MOK Makronun saxta medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

23.01.2025 | 15:24
Polis Nəsimidə əməliyyat keçirdi, 16 kiloqram narkotik tutuldu

23.01.2025 | 15:16
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişdirildi

23.01.2025 | 14:55
"Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək" - Baş katib

23.01.2025 | 14:30
Gəncədə 10-dan çox avtomobili soyan şəxslər yaxalandı...

23.01.2025 | 13:57
Suraxanıda mağazadan oğurluq edən şəxs saxlandı

23.01.2025 | 13:42
Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

23.01.2025 | 13:28
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası - "Biz o terrorçunun edamını istəyirik"

23.01.2025 | 13:14
Личный враг Путина на инаугурации Трампа. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.01.2025 | 13:06
Xaçmazda dələduzluq edənlər yaxalandı

23.01.2025 | 12:43
Prezident İlham Əliyev Ərdoğana zəng edib

23.01.2025 | 12:15
Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir

23.01.2025 | 12:05
Deputatlar Qarabağ yolçusudur - azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar

23.01.2025 | 12:00
Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 | 11:30
“Fənərbağça” “Lion”a, “Mançester Yunayted” “Reyncers”ə qarşı

23.01.2025 | 11:20
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

23.01.2025 | 11:18
Tanınmış jurnalist vəfat edib

23.01.2025 | 11:15
ABŞ-da ATIŞMA - 4 polis yaralanıb

23.01.2025 | 11:05
Miqrantlara bəd xəbər - Tramp deportasiya üçün bu Nazirliyə səlahiyyət verdi

23.01.2025 | 11:03
Ermənistan Trampa gərək olacaqmı? - CANLI

23.01.2025 | 11:00
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23.01.2025 | 10:30
Naxçıvanda bu idarəyə yeni rəis təyin olunub

23.01.2025 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

23.01.2025 | 10:14
Bakıda "Tofaş" yolu keçən qadını vurub öldürdü

23.01.2025 | 10:05
"Qarabağ" bu gün Avroliqada növbəti oyununa çıxır

23.01.2025 | 10:00
Tramp durmaq bilmir - indi də "Husilər"i terror təşkilatı elan etdi

23.01.2025 | 09:25
Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi - bilirsiz bu nədir?..

23.01.2025 | 09:20
Qəzzada dağıntılar altından daha 212 nəfərin cəsədi çıxarılıb

23.01.2025 | 09:10
Bir ildə 83 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

23.01.2025 | 09:05
Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

23.01.2025 | 09:00
Tehranda Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

23.01.2025 | 08:39
Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır - QMİ-nin inhisarı...

22.01.2025 | 23:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrə səfərilə bağlı videoçarx paylaşılıb - VİDEO

22.01.2025 | 22:55
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzidir - İlin 22-ci gününə sözardı

22.01.2025 | 21:27
Tramp İranla iş görən ölkələri hədələdi - İranla münasibətlərimiz necə olacaq...

22.01.2025 | 21:15
Məktəblərdə 5 gün dərs olmayacaq

22.01.2025 | 21:14
Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

22.01.2025 | 20:59
Tramp 1-ci dönəmdə Azərbaycanın enerji siyasətinə necə dəstək verib - yaxın tarixin gerçəyi...

22.01.2025 | 20:44
Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

22.01.2025 | 20:30
Bakıda məhkəməsi gedən ermənilərin "ev dustaqlığına" çıxmaq planlarının məqsədi...

22.01.2025 | 20:15
Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

22.01.2025 | 20:02
Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

22.01.2025 | 19:53
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

22.01.2025 | 19:45
Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

22.01.2025 | 19:32
Naxçıvanda 640 baş donuz yoxa çıxıb...

22.01.2025 | 19:18
Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

22.01.2025 | 19:05
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi…

22.01.2025 | 18:53
Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşdü

22.01.2025 | 18:48
"RUSİYANI DAĞITMA!" - Trampın Putinə mesajı...

22.01.2025 | 18:33
Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

22.01.2025 | 18:19
Lavrovun Mirzoyanla görüşü çox gərgin keçdi - Rusiya ya ikibaşlı oynayır, ya da qorxur...

22.01.2025 | 18:05
Reyunyonda fransız vəhşiliyi - qadınlar mal dərmanları ilə abort olunub...

22.01.2025 | 17:52
Gəncləri siyasi təxribat alətinə çevirmək istəyən qüvvələr hələ də var...

22.01.2025 | 17:39
Rusiya Bakı-İrəvan danışıqlarının bütün formatlarından kənarda qaldı - Lavrov dilə gəldi, Mirzoyan “insafa” gəlmədi...

22.01.2025 | 17:27
Hərbi təcavüz cinayətinə görə Bakıda ittiham olunan ermənilərə İrəvanda təzə "status" tapıblar...

22.01.2025 | 17:14
Azərbaycan LGBT-çiləri Qərbdəki böyük dayaqdan məhrum oldular - Tramp imtina etdi...

22.01.2025 | 17:00
Almaniya və Rusiyadan qorxunc iddia… III Dünya Müharibəsi başlayır - konkret tarix də açıqlandı…

22.01.2025 | 16:57
Prezident İlham Əliyev Davosda AYİB-in prezidenti ilə görüşdü - FOTO

22.01.2025 | 16:43
Britaniya təyyarə qəzasının araşdırılmasında Azərbaycana dəstək təklif etdi

22.01.2025 | 16:35
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başladı

22.01.2025 | 16:30
“Mazımqara” gömrük postunda maşında gizlədilmiş 140 ədəd mobil telefon aşkarlandı

22.01.2025 | 16:21
"Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib" - Prezident İlham Əliyev

22.01.2025 | 16:18
Kreml Putin-Tramp görüşü üçün ABŞ-dan konkret təkliflər gözlədiyini açıqladı...

22.01.2025 | 16:15
Cahit Bağçı Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031