"Avropalılar bizi “Maydan”la hədələyirdi, ancaq bu ideya iflasa uğradı, Gürcüstanda “Maydan” olmayacaq" - İrakli Kobaxidze
"Artıq çox aydındır ki, bu ideya iflasa uğradı, Gürcüstanda “Maydan” olmayacaq". Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir bildirib ki, bu, ölkədə “Maydan” təşkil etmək istəyənlərin artıq dördüncü cəhdidir.
“Bəzi avropalı siyasətçilər və bürokratlar bizi birbaşa gürcü “Maydanı” ilə hədələyirdi. Bu ideyanın bəxtinə həyata keçirilmək yazılmayıb! Gürcü “Maydanı”nın təşkil edilməsinin dördüncü cəhdi də iflasa uğradı. Beləliklə, ölkəmiz üçün çox ciddi risq görmürük. Küçələrdə etirazlar davam edir, lakin insanların sayı xeyli azalıb. İndi 5-6 gün əvvəlkindən dörd dəfə az insan küçəyə çıxır” – deyə baş nazir Kobaxidze bildirib.
TAHİR