İrəvanda sosial gərginlik artır - avtobus sürücüləri tətilə başlayıblar
Ermənistanda sosial gərginlik durmadan artır. Belə ki, "İrəvan Avtobus" QSC-nin sürücüləri tətil elan ediblər və bu gün işə çıxmayıblar. Ermənistan mediasının yazdığına görə, ilkin məlumata əsasən, onlar iş şərtlərinə və əmək haqqına yenidən baxılmasını tələb edirlər. Eyni zamanda, İrəvanın müxtəlif inzibati rayonlarındakı dayanacaqlarda növbələr yaranıb, vətəndaşlar nəqliyyatı uzun müddət gözləyirlər. Paytaxt meriyası problem barədə məlumatlı olduqlarını və tezliklə bəyanatla çıxış edəcəklərini bildirib.
Mətləb Salahov