Ağ Ev rəsmən etiraf etdi - Rusiyaya qarşı sanksiyalar səmərəsiz olub...
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan CBS News telekanalına müsahibəsində etiraf edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səmərəsiz olub və Moskva Ukraynada hərbi əməliyyatlarını davam etdirir.
Sallivanın sözlərinə görə, Rusiyanın, sanksiyaların sərtləşdirilməsinə baxmayaraq əməliyyatlarını davam etdirə bilməsi Qərbin iqtisadi və maliyyə təzyiqlərinin Moskvanın müharibə qabiliyyətini dayandırmaq üçün yetərli olmadığını göstərir.
Sallivan həmçinin bəyan edib ki, Ukraynaya göndəriləcək bütün resurslar və yardımlar 2025-ci il yanvarın 20-nə qədər fasiləsiz davam edəcək, Bu isə ABŞ-ın Kiyevə dəstəyinin Trampın vəzifəsinin icrasına rəsmən başlayana qədər davam edəcəyi anlamına gəlir.
Xatırladaq ki, Rusiyaya qarşı sanksiyalar bank, ticarət və enerji sektorlarını əhatə etməklə genişləndirilib, Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq ehtiyatları dondurulub.
TAHİR