Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana səfərə gəlib
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, ölkəmizin Efiopiyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.