KÖHNƏ VERSİYA            

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşüb - FOTO/YENİLƏNDİ

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən Denis Beçiroviç Azərbaycan Prezidentinin Sarayevoya rəsmi səfərini məmnunluqla xatırladı və Bosniya və Herseqovinanın Azərbaycan ilə qarşılıqlı səmərəli əməkdaşlığı bundan sonra da davam etdirmək əzmində olduğunu dedi.

Qonaq qeyd etdi ki, son dövrlərdə nümayəndə heyətlərinin səfərləri intensivləşib.

Denis Beçiroviç Azərbaycana parlament sədri qismində səfərini xatırladı və vurğuladı ki, həm o vaxt, həm də bu dəfə şahidi olduğu kimi ümumiyyətlə ölkəmiz böyük inkişaf yolu keçib.

O, spiker olduğu dövrdə Bosniya və Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamənin qəbul edildiyini xatırladı, bunun ölkələrimiz arasında dostluğun nümayişi olduğunu dedi.

Hazırkı dövrdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Denis Beçiroviç dedi ki, özü və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç bu səfər zamanı ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafı və dostluq əlaqələrini möhkəmləndirmək istəyi ilə bağlı mesajlarını bir daha çatdırırlar. O, ölkəsinin iqtisadiyyatının müxtəlif sahələrinə Azərbaycan investisiyasını cəlb etmək marağında olduqlarını bildirdi və bu baxımdan Bosniya və Herseqovinanın infrastruktur və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqla bağlı təkliflərinin olduğunu dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Denis Beçiroviç ölkəmizə səfərinin ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsi işinə də töhfə verəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirak etdiklərinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviçə minnətdarlığını ifadə etdi.

Bosniya və Herseqovinanın bizim üçün yaxın dost və tərəfdaş olduğunu, tarixi əlaqələrin mövcudluğunu vurğulayan dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında həmrəylik, qarşılıqlı hörmət prinsipləri əsasında tərəfdaşlıq inkişaf edir.

Bosniya və Herseqovinaya səfərini və Denis Beçiroviç ilə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin uğurlu inkişafının davam etdirilməsi işinə xidmət etdiyini vurğuladı.

Dövlətimizin başçısı torpaqlarımızın işğal altında olduğu zaman Bosniya və Herseqovina tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi məsələsinə görə bir daha minnətdarlığını bildirdi, Bosniya və Herseqovina parlamentinin bununla bağlı qəbul etdiyi qətnaməni dostluq əlaqələrimizin nümayişi kimi qiymətləndirdi.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin fəal əməkdaşlıq etdiyini deyərək, siyasi əlaqələrimizin də yaxşı səviyyədə olduğunu vurğuladı. Hələ sovetlər dövründə Bakı ilə Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən dövlətimizin başçısı, o zaman Sarayevodan çoxlu sayda nümayəndə heyətlərinin ölkəmizə gəldiyini, sərginin də təşkil edildiyini məmnunluqla xatırladı.

Söhbət zamanı Cənubi Qafqaz və Balkan regionları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, bərpaolunan enerji, sərmayə və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.


 







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

SON XƏBƏRLƏR

05.12.2024 | 00:59
Fransa parlamenti hökuməti devirdi... Makrona da "istefa ver" mesajı göndərildi - indi növbə sənindir...

04.12.2024 | 23:57
Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi...

04.12.2024 | 22:16
"Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq" - Cahit Bağçı

04.12.2024 | 21:37
Gürcüstana bütün təzyiqlər bir “mərkəzdən” idarə olunur...

04.12.2024 | 21:22
Faşist Njdenin İrəvandakı heykəlinin götürülməsi məsələsi BMT-də qaldırıldı...

04.12.2024 | 21:08
İran Suriyaya qoşun yeridir - Əsədlərin ölkəsinin pay-puş edildiyi təsdiqlənir...

04.12.2024 | 20:55
Suriyadan böyük erməni köçü İrəvanı təşvişə salıb...

04.12.2024 | 20:41
Ermənistan boşalır - məsuliyyəti öz hakimiyyətləri daşıyır...

04.12.2024 | 20:27
Qafqaz yanacaq - Qərbin Gürcüstan və Ermənistan planları baş tutsa...

04.12.2024 | 20:14
Nazirliklərin İctimai Şuralarını inhisara almış QHT-nin xarici casusluqları açılır...

04.12.2024 | 20:09
Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşmasını Avrokomissiyanın vitse-prezidenti ilə müzakirə etdi

04.12.2024 | 20:00
Gürcüstan azərbaycanlılarını hakimiyyətə qarşı qaldıran xüsusi missionerlər işləyir...

04.12.2024 | 19:47
İrəvan yola gəlmir, Rusiya Ermənistanı AİB-dən qovmalı olacaq...

04.12.2024 | 19:34
Qaz təhlükəsizliyi qaydalarına səhlənkar münasibət hələ davam edir, fəsadlar da artır...

04.12.2024 | 19:20
"Erməni njdeizmi" BMT-də sarsıdıcı zərbə aldı...

04.12.2024 | 19:11
İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib!

04.12.2024 | 19:11
Antalyanı Santa Klausun izi ilə kəşf edin

04.12.2024 | 18:59
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin növbəti təqdimatı keçirilib - FOTO

04.12.2024 | 18:44
Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

04.12.2024 | 18:35
"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

04.12.2024 | 18:31
Erməni katolikosu Qaregin italyan şəhər merilə xarici işlər naziri kimi danışdı...

04.12.2024 | 18:17
Məktəbliləri siyasi aksiyalara cəlb etmək Qərbdən gələn texnologiyadır...

04.12.2024 | 18:04
Azad rayonlarda yaşıl enerji istehsalı “ekoloji inqilabın” mühüm mərhələsidir...

04.12.2024 | 17:50
Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

04.12.2024 | 17:37
Qərbi azərbaycanlılarla bağlı BMT-də tarixi müzakirə keçirildi...

04.12.2024 | 17:25
ABŞ-dan Əsədə ilginc təklif - İrandan uzaqlaş, sanksiyaları ləğv edək...

04.12.2024 | 17:18
Bakıda məktəbli yoldaşını yaralayan şagird saxlandı

04.12.2024 | 17:14
Konstitusiya Məhkəməsi hakimiyyətin və müxalifətin müraciətlərini rədd etdi - sonra nə olacaq?..

04.12.2024 | 17:03
Nazir Vilayət Eyvazov Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO

04.12.2024 | 16:55
“Baydenin oğlu ilə bağlı qərarı amerikasayağı demokratiyanın növbəti təzahürüdür” - Vüqar Rəhimzadə

04.12.2024 | 16:50
Ukraynanın Əsədə qarşı Suriyaya əsgər göndərdiyi iddia edildi...

04.12.2024 | 16:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edildi

04.12.2024 | 16:30
Zəfər şəhidlərinə ehtiram...

04.12.2024 | 16:14
Şuşaya köçən daha 48 ailəyə evlərin açarları təqdim olundu

04.12.2024 | 16:06
"İrəvanın BCM-də iştirakı Rusiya ilə münasibətlərə zərər vurur" - Zaxarova

04.12.2024 | 15:50
Fransızların 63 faizi Makronun istefasını istəyir - hökumət getsə, o da getməlidir....

04.12.2024 | 15:27
Üç vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub - DİN

04.12.2024 | 15:00
Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib

04.12.2024 | 14:20
İran Suriyaya ordu göndərə bilər...

04.12.2024 | 13:52
Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir...

04.12.2024 | 13:36
Dələduzluqda şübhəli bilinən 5 nəfər saxlandı

04.12.2024 | 13:20
Rüşvət alarkən yaxalanan bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır...

04.12.2024 | 13:07
Messi və komanda yoldaşları Bakıya gəlir...

04.12.2024 | 12:53
"Azərbaycan “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiqdir" – Muxtar Babayev

04.12.2024 | 12:40
Macar nazir Avropanın iç üzünü açdı - Gürcüstanda müxalifət qalib gəlsəydi...

04.12.2024 | 12:26
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salındı

04.12.2024 | 12:20
Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq - nazirdən AÇIQLAMA

04.12.2024 | 12:10
Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaradacaq - rusiyalı vitse-spiker

04.12.2024 | 12:00
Sumqayıtda piyada yol qəzasında ölüb

04.12.2024 | 11:35
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO

04.12.2024 | 11:30
Xətai rayonunda çayxana yanıb

04.12.2024 | 11:20
Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

04.12.2024 | 11:12
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin təqdimatı olub

04.12.2024 | 11:10
Bu Afrika ölkəsində ilk dəfə qadın Prezident seçildi

04.12.2024 | 11:05
Qətər Əmiri üçün Bukinqem sarayında ziyafət verilib

04.12.2024 | 10:30
Bu gün Qubada 5 saat işıq olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

04.12.2024 | 10:22
Makron ən azı etika xatirinə İlham Əliyevə müraciət etməli idi...

04.12.2024 | 10:20
47 dəfə elçilərə "yox" cavabı verən xalq artisti

04.12.2024 | 10:10
“Bu günü yaşamaq bəlkə də bir yuxudur" - Şuşa sakini

04.12.2024 | 10:05
"Bavariya" son çempiona uduzdu

04.12.2024 | 10:00
Britaniyada quş qripi ŞOKU - 5 milyon doza peyvənd alındı

04.12.2024 | 09:30
İllərdir küsülü idilər, artıq barışıblar...

04.12.2024 | 09:24
Muskul şişirdən dərmanların satışı qadağan olsa da, sosial şəbəkələrdə qızğın steroid alveri gedir...

04.12.2024 | 09:20
Paşinyanın xahişini rədd edən deputat partiyadan qovuldu!

04.12.2024 | 09:10
"İqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir"

04.12.2024 | 09:05
Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - AÇIQLAMA

04.12.2024 | 09:00
Daha 48 ailə Şuşaya köçürüldü

04.12.2024 | 08:45
İki asteroid yer kürəsinə yaxınlaşır - NASA-dan XƏBƏRDARLIQ

04.12.2024 | 08:37
Yasamal sakinləri sökülən mənzillərin hər kvadratına 2500 manata razı olmurlar - Abdulla Şaiq küçəsində mübahisə...

03.12.2024 | 23:13
Qərb səfirlikləri Azərbaycanda kimlərə və niyə maşın bağışlayıb? - İctimai şuralarla bağlı dəhşətli faktlar ortaya çıxdı...

03.12.2024 | 21:24
Şəhid mayorun xatirəsinə həsr olunan "SƏS" tamaşasının premyerası keçirildi

03.12.2024 | 21:22
“Yalquzaq” səhnəyə çıxır

03.12.2024 | 21:19
Musiqili Teatrda “Əliqulu bu gün evlənir” komediyasının premyerası olacaq

03.12.2024 | 21:10
Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

03.12.2024 | 20:54
Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

03.12.2024 | 20:39
Suriya xalqına Əsədin gedişi, ya qalması faydalıdır? - Müzakirələr gedir...

03.12.2024 | 20:24
Türkiyə və Rusiya ordusu Suriyada bir-biri ilə toqquşa bilər?

03.12.2024 | 20:10
Makron Netanyahudan qorxdu - əvvəlcə dedi həbs olunacaq, sonra isə...

03.12.2024 | 19:56
Ermənistan Tiflisə yüzlərlə diversant göndərib...

03.12.2024 | 19:41
"Ukrayna və Gürcüstandan sonra Rusiyanın hədəfi bizik" - Ermənistanı yeni qorxu bürüyüb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031