Mirzoyan Bakıya gəlmək niyyətindədir...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək niyyətindədir.
"Qraparak" nəşri bu barədə Ermənistanın rəsmi mənbələrinə istinadən xəbər verib.
Mənbə iddia edir ki, xarici işlər naziri bu hadisəni danışıqlar üçün fürsət hesab edir.
Xatırladaq ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 konfransına dəvət alıb.
ZÜMRÜD