İngiltərə futbolunda qalmaqal: keçmiş futbolçular federasiyanı məhkəməyə verdilər
"Daily Mail" nəşri maraqlı məlumat dərc edib. Nəşrin yazdığına görə, 25 nəfər keçmiş futbolçu İngiltərə Futbol Assosiasiyasını məhkəməyə verib. İngiltərə ali futbol qurumu keçmiş futbolçuları beyin zədələrinə qarşı kifayət qədər qorumamaqda ittiham olunur.
Onların arasında Premyer Liqada çıxış etmiş oyunçular da var. İlk məhkəmə iclası 2024-cü ilin əvvəlinə təyin edilib. Kompensasiya tələb edənlər beyin sarsıntısından sonra nevroloji zədələrdən əziyyət çəkdiklərini bildiriblər. İddiaçılar hazırda anonimliklərini saxlamaq istəyirlər. Məlumata görə, sabiq futbolçuların əksəriyyətinin 60-70 yaşı var. Lakin 30 yaşından etibarən bu problemlə üzləşənlər də mövcuddur.
Mətləb