Paşinyanın "Dünya kəsişməsi" layihəsi" şokolad kimi təqdim olunan zibilə bənzədildi...
Paşinyan özünün "Dünya kəsişməsi" layihəsini təqdim etmək və inandırmaq üçün yeni ideyalar quraşdırıb. Dünən İrəvanda "Dünya kəsişməsi: inkişaf və demokratiyanın birləşdirilməsi" forumunda çıxışı zamanı öz yeni ideyalarını təqdim edib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
O deyib ki, "Dünya kəsişməsi" Ermənistanın inkişaf sistemidir, sərhədlərimizin 70 faizi statikdir, yəni əmtəə axınına imkan vermir, halbuki bütün sərhədlərimizi milyardlarla maliyyənin axınına imkan verən həddə gətirməliyik, Azərbaycanı qorxudan həmin milyardların Ermənistana gəlməsidir və Azərbaycan 2 nöqteyi-nəzərdən bu milyardlardan qorxur:
1. Əgər Azərbaycan bizim onlara hücum edəcəyimizə səmimi şəkildə inanırsa, bu milyardların hesabına güclü ordumuzun olacağından narahatdır.
2. Əgər Azərbaycan bizə hücum hazırlayırsa, həmin milyardların hesabına çox güclü müqavimətlə rastlaşacağından narahatdır.
Adicə söz oyunundan ibarət olan bu "sxemin" əsil məqsədi erməni cəmiyyətini və kənar dostları "Dünya kəsişməsinin" "dahiyanəliyinə" inandırmaqdır. Açıq görürlər ki, layihə ciddi uğur qazana bilmir və Azərbaycanla saziş olmayınca, onun uğur qazanmaq şansı mütləq şəkildə yoxdur. Çünki Paşinyanın "Dünya kəsişməsi" layihəsində açılmasına ümid etdiyi azı 10 ədəd sərhəd qapısının 8-i birbaşa, 2-si Türkiyənin vasitəsilə Azərbaycanın əlindədir. Azərbaycanın razılığı olmasa, Paşinyanın nəzərdə tutduğu o milyardlar Ermənistana əsla axa bilməz.
Təsadüfi deyil ki, Paşinyanın hətta öz ölkəsində bu layihə lağa qoyulur. Respublika partiyasının sədr müavini layihəni "brendləşdirilərək şokolad kimi təqdim olunan" p...xa bənzədib. Başqa bir tanınmış erməni siyasətçi rişxəndlə deyib ki, əgər bu həqiqətən bir kəsişmədirsə, bəs onun zəriri olan "svetoforu"nu kim qoyacaq?!
Görürsünüz, Paşinyanın layihəsi Azərbaycanda "nağıl" adlandırılır, Ermənistanda isə lağa qoyulur...
Tahir TAĞIYEV