KÖHNƏ VERSİYA            

Azərbaycanın demoqrafik həyatında narahatlıq yaradan təzahürlər var...

Image

Azərbaycanda demoqrafik durumla bağlı son illərdə ekspertlər tərəfindən həyəcan təbili çalınır. Məsələ burasındadır ki, ölkədə doğulanların sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk yarımilində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb.

Nətcələr yeni tədris ilində də özünü göstərir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə, 2024-2025-ci tədris ili üzrə I sinfə 132 min 261 uşaq qəbul olunub. Bu, ötən ilin göstəriciləri ilə müqayisədə azdır. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-2024-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 137 min 862 uşaq qəbul olmuşdu. Statistika göstərir ki, ildən-ilə ölkədə şagirdlərin sayında azalma var. 2022-2023-cü tədris ilində 151 min 560 uşaq I sinfə qəbul olunubsa, 2019-2020-ci tədris ilində bu rəqəm 159 min 644 nəfər təşkil etmişdi. Beləliklə, beş il ərzində I sinfə gedən məktəblilərin sayı 27 min azalıb. Ötən ilin sonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov da bildirmişdi ki, region məktəblərində şagird sayının azalması hiss olunur: “Bu, müəllimlərin müraciətlərində, eləcə də şagird yerdəyişmələrində müşahidə edilir. Kənd məktəblərində şagird sayının azalması ölkə üzrə doğum saylarındakı nisbətin aşağı düşməsi ilə müşahidə olunur”. Bir neçə il əvvəl elm və təhsil naziri Emin Əmrullayev də I sinfə gedən şagirdlərin sayının azalmasını demoqrafik məsələlərlə izah etmişdi. Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov “Turan”a bildirib ki, şagirdlərin sayında azalma çox aktual məsələdir və onun üzərinə düşmək lazımdır: “Müvafiq proqramlar qəbul olunmalıdır və ciddi addımlar atılmalıdır. Bu istiqamətdə maarifləndirməyə də çox ciddi ehtiyac var”. O vurğulayır ki, əvvəlki dövrdə ailələrdə beş-altı uşaq olubsa, bu gün ailələr iki və ya hətta bir övlada üstünlük verirlər: “Bu da cəmiyyətimizdə bir aktual problem kimi özünü göstərir”. Deputatın sözlərinə görə, səbəblərdən biri boşanmalardır: “Digər səbəb gənclərin artıq nikaha o qədər də meyl göstərməmələridir. Onlar düşünür ki, ailə qurub məsuliyyət götürməkdənsə, qurmamaq daha yaxşıdır. Bu da ciddi bir amildir və biz bunu nəzərdən keçirməliyik, çünki gənclərin bu yanaşması gələcəkdə bizə çətinliklər yaradacaq”. Təhsil eksperti Nabatəli Qulamoğlu “Azadlıq” radiosuna bildirib ki, həyat inkişaf etdikcə insanın tələbatları çoxalır: “Bunun üçün də ailəyə gəlir lazımdır. Əgər ailə bunu əldə edə bilmirsə, övlad planlaşdırmasını ixtisara salır. Çoxuşaqlılıq valideynlər üçün qayğıdır və onlar bu qayğının öhdəsindən gələ bilmir. Buna görə də uşaqların sayı, paralel də şagirdlərin sayı azalır”. Ekspertin fikrincə, şagirdlərin sayının azalması təkcə demoqrafik deyil, həm də sosial prosesdir: “Sosial mühitlə ayaqlaşmaq arzuları həyata keçmədiyi üçün valideynlər belə planlaşdırma aparırlar. İndi uşağı məktəbə göndərmək üçün çoxlu maddi vəsait lazımdır. Ailədə üç-dörd uşaq varsa, bu, artıq ciddi qayğıya çevrilir. Ona görə də valideynlər istəyir ki, uşaqları az olsun, qayğıları da azalsın. Getdikcə bu tendensiya davam edəcək”. N.Qulamoğlu hesab edir ki, bu tendensiyanın qarşısını almaq üçün Azərbaycanda maddi nemətlərin bolluğu olmalıdır.

Uşaqlarla bağlı xüsusi diqqət cəlb edən daha bir məsələ isə gender bərabərsizliyinin davam etməsidir. Selektiv abortların yaratdığı fəsadlar indi özünü daha aydın göstərir. Oğlanlar bioloji normadan daha çox doğulduğu halda, qızlar az doğulur ki, bu da selektiv abortun nəticəsidir. Bütün bunlar uzunmüddətli planda Azərbaycanda demoqrafik vəziyyətə mənfi təsir göstərə bilər. Şübhə yoxdur ki, doğum sayının azalması, əhalinin yaş tərkibinin dəyişməsi, yəni yaşlı əhali sayının gənc əhalinin sayına nisbətən artması, eyni zamanda kişilərin sayının qadınlardan çox olması kimi ciddi problemlər ortaya çıxa bilər. Demoqrafiya sahəsində olan ekspertlərin fikrincə, Azərbaycanda tədricən təbii artım azalacaq və gələcəkdə hətta problemə də çevriləcək. O da faktdır ki, insanlar mədəni-psixoloji dəyişikliklər nəticəsində ailə institutuna əvvəlki kimi yanaşmırlar. Çünki 90-cı illərin əvvəllərində insanların gəliri bundan aşağı olsa da, demoqrafik artım müşahidə edilirdi. Amma indi durum fərqlidir. Indiki halda tək və ikiuşaqlı ailələrin çoxalma səbəblərindən biri insanların şəxsi inkişaflarının daha ön plana çəkilməsidir. Xüsusilə də qadının cəmiyyətdə rolunun, təhsil və karyeraya marağın artması ailə planlaşdırılması, doğuşların sayının tənzimlənməsi məqamına bilavasitə təsir göstərən səbəblərdəndir. Bununla yanaşı, uşaq doğulduqdan sonra onun sağlam və savadlı vətəndaş kimi boya-başa çatdırılması üçün ailənin müvafiq maliyyə-iqtisadi, sosial dayanıqlığının olması tələb olunur. Daha dəqiq desək, ailələrin sabitliyi, ailədaxili münasibətlərin dayanıqlılığının artırılmasında sosial-psixoloji səbəblərlə yanaşı, maddi və sosial-iqtisadi amillər də həlledici rola malikdir. Hesab edilir ki, qeyd olunan məqamlara artıq xüsusi diqqət edilməsinin əhəmiyyəti böyükdür.

Samirə SƏFƏROVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

Təyyarə qəzasına görə Azərbaycana nə qədər kompensasiya ödəniləcək?..

SON XƏBƏRLƏR

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

30.12.2024 | 23:45
Təyyarə qəzasında xəsarət alan daha üç vətəndaşımız ölkəyə gətirildi...

30.12.2024 | 23:08
Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib - FOTO

30.12.2024 | 22:52
"AZAL-ın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub" - Qazaxistan rəsmisi

30.12.2024 | 21:10
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib - FOTO

30.12.2024 | 20:36
DİN azad ərazilərə səfər edən şəxslərə müraciət etdi

30.12.2024 | 19:44
Finlandiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

30.12.2024 | 18:07
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlandı

30.12.2024 | 17:41
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub - FOTO

30.12.2024 | 17:33
Bakıda 5000-dən artıq pirotexniki vasitə satan şəxs saxlandı...

30.12.2024 | 16:56
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluqdan yeni açıqlama - istintaq davam etdirilir...

30.12.2024 | 16:25
IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...

30.12.2024 | 15:55
Litva Prezidenti Prezident İlham Əliyevə zəng edib

30.12.2024 | 15:28
Bakı və bölgələrdə pirotexniki vasitələr satan 11 nəfər saxlandı

30.12.2024 | 14:42
Suraxanıda ödəmə terminalını soyub 5 min manata yaxın pul apardılar...

30.12.2024 | 13:52
İrandan Azərbaycana 68 kq narkotik keçirilməsinin qarşısı alındı

30.12.2024 | 13:12
"BakuBus" Naxçıvana sərnişin daşımağa başlayır...

30.12.2024 | 11:16
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü -FOTO

30.12.2024 | 09:29
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

30.12.2024 | 09:10
Nazirlər Kabinetindən benzin və dizellə bağlı YENİ QƏRAR

30.12.2024 | 09:00
Ukrayna mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

30.12.2024 | 08:44
34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…

30.12.2024 | 08:10
60 yaşında "Beşiktaş"ın prezidenti oldu

30.12.2024 | 08:00
Cimmi Karter vəfat edib - 100 yaşında...

29.12.2024 | 22:41
Azərbaycanın Dəməşqdəki səfirliyi 12 ildən sonra yenidən açılır...

29.12.2024 | 22:27
Azərbaycandan Suriyaya ilk rəsmi səfər - Diplomatımız Dəməşqə görüş keçirdi...

29.12.2024 | 21:34
Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

29.12.2024 | 21:18
Təyyarə qəzasına görə Azərbaycana nə qədər kompensasiya ödəniləcək?..

29.12.2024 | 21:04
Azərbaycanın Putindən gözlədiyi tək üzrxahlıq deyildi, həm də... Cəza...

29.12.2024 | 20:50
Konstitusiyamızın 30, suverenliyimizin 5 yaşı olacaq...

29.12.2024 | 20:35
Ermənistan Xankəndidə ölmüş erməni qadının tabutuna niyə sahib çıxmadı...

29.12.2024 | 20:21
Ermənistanda görünməmiş proses başladı...

29.12.2024 | 20:06
Təyyarə qəzasının səbəbləri məlum, ancaq ortada hələ də suallar var...

29.12.2024 | 19:53
2024 Ermənistanın delimitasiyaya məcbur edildiyi ildir...

29.12.2024 | 19:39
Gürcüstan prezidenti dünyadan "xəbərsiz" and içdi...

29.12.2024 | 19:25
İqtisadi inkişaf və ətraf mühitin mühafizəsi bir-biri ilə sıx bağlıdır...

29.12.2024 | 19:20
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib

29.12.2024 | 19:18
Ukraynanın ali müftisi Prezident İlham Əliyevə başsağlığı məktubu göndərdi

29.12.2024 | 19:15
Sankt-Peterburq qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

29.12.2024 | 19:12
Prezident Neft Fondunun investisiya siyasətini dəyişdirdi...

29.12.2024 | 18:59
Lukaşenko Prezident İlham Əliyevə başsağlığı verdi

29.12.2024 | 18:58
Azərbaycan-Rusiya münasibətləri barədə düşmən proqnozlar doğrulmadı...

29.12.2024 | 18:53
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 90 günə endirildi

29.12.2024 | 18:44
İran Ermənistanla hərbi təlimə niyə bu qədər can atır?..

29.12.2024 | 18:31
“İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?

29.12.2024 | 18:22
Kadırovun Çeçenistanda "matəmi" gecikmiş addımdır...

29.12.2024 | 18:09
Neft Fondumuzun xərcləri gəlirlərdən 188 milyon çox olacaq...

29.12.2024 | 17:56
Həmzət Kadırovun və Rostov aviasiya məmurlarının cinayətdə ayrıca rolu var...

29.12.2024 | 17:55
Prezident yüksəkixtisaslı miqrantlar üçün yeni güzəştlərlə bağlı qanunu təsdiqlədi

29.12.2024 | 17:53
Naxçıvanın Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürülür

29.12.2024 | 17:48
Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirildi

29.12.2024 | 17:46
Rusiyanın baş yepiskopu Prezident İlham Əliyevə başsağlığı verib

29.12.2024 | 17:42
Putinin Azərbaycan xalqından üzrxahlığının altında nələri oxumaq olar...

29.12.2024 | 17:40
Təyyarə qəzasında yaralanan ekipaj üzvləri 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi

29.12.2024 | 17:37
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

29.12.2024 | 17:32
Prezident İlham Əliyev qəzaya uğrayan təyyarənin ekipaj üzvlərini təltif etdi

29.12.2024 | 17:29
İnsanlar təyyarə faciəsində, Kadırov qohum-əqrəbasına orden paylayır - bağışlanmaz mənəvi cinayət....

29.12.2024 | 17:24
Almaniya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

29.12.2024 | 17:16
ABŞ-dan Zelenskiyə Kursk xəbərdarlığı - geri çəkilmə əmrini vaxtında verməlidir, yoxsa...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031