Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris prezident seçkiləri ilə bağlı debatda iştirak ediblər. Debat ABC kanalı tərəfindən Filadelfiyada təşkil edilib. 90 dəqiqəlik debatda prezidentliyə namizədlər ilk dəfə üz-üzə gəliblər. Hər iki tərəf azı daha bir debatda iştirak etmək istəklərini ifadə ediblər. Lakin 2-ci görüşün detalları hələ ki, dəqiqləşməyib.
Debatda namizədlər abort, immiqrasiya və Amerika demokratiyası ilə bağlı kəskin fərqli baxışlarını təqdim ediblər. Kamala Harris Donald Trampa 2020-ci il seçkilərini uduzmasını xatırladıb.
Tərəflər xalqın bugünkü vəziyyəti və seçiləcəkləri təqdirdə bunu necə dəyişəcəkləri ilə bağlı zidd baxışlarını ortaya qoyublar. Keçmiş prezident Donald Tramp təxminən 42 dəqiqə 52 saniyə, vitse-prezident Kamala Harris isə təxminən 37 dəqiqə 36 saniyə danışıb.
Mətləb Salahov