Monqolustana müraciət olundu: "Putini həbs edəcəksiniz?.."
Sentyabrın 3- də Rusiya prezidenti Putinin Monqolustana səfəri ərəfəsində gərginlik yaşanır. Məsələ belədir ki, Putin Monqolustanda həbs oluna bilər.Belə ki , bu ölkə 2002- ci ildən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu imzalayıb və statutun 9- cu bəndi ilə Putini həbs etmək öhdəliyi daşıyır.BBC radiosu Monqolustan hökumətinə müraciət edib və "Putini həbs edəcəksinizmi" sualına hələ cavab alınmayıb.
Məlumdur ki, Putin bir neçə ölkəyə səfərini bu səbəbdən təxirə salıb və hətta BRİKS- in Cənubi Afrika Respublikasında zirvə görüşünə onlayn qatıldı. Peskov deyib ki, Monqolustan dost ölkədir və belə təhlükə gözləmirik.Əslində Putinin həbs olunacağı təqdirdə onun Monqolustandan hansı yolla çıxarılacağı da problemlidir.Çünki Monqolustan yalnız Rusiya və Çinlə həmsərhəddir, bu ölkələr isə......
Namiq Quliyev