İrəvan sülh müqaviləsinə dair növbəti təkliflər paketini Bakıya göndərib...
Ermənistanın baş naziri Paşinyan bildirib ki, İrəvan sülh müqaviləsi layihəsi ilə bağlı növbəti təkliflər paketini Bakıya verib.
O, deyib ki, sülh razılaşmasının yekun variantında mündəricat da daxil olmaqla, mövcud 17 maddədən 13-ü artıq razılaşdırılıb. Ermənistanın hökumət başçısının sözlərinə görə, sənəddəki maddələrdə yer alan bir çox mətnlər üzrə də razılıq əldə olunub:
“Bizim təklifimiz ondan ibarətdir ki, razılaşdırılan bütün maddələr əsasında sülh müqaviləsini imzalayaq. Bunu ona görə vacib hesab edirik ki, bu maddələrdə müqavilənin bütün əsas prinsipləri razılaşdırılıb. Ona görə də təklif edirik ki, sənədi imzalayıb ratifikasiya edək, digər məsələləri isə daha sonra razılaşdıraq”.
TAHİR