"Biz yaşadığımız adada çox çətinliklərə məruz qalmışıq" - Bonayrenin radio rəhbəri
Biz yaşadığımız adada çox çətinliklərə məruz qalmışıq. Əvvəllər pulsuz stomatoloji xidmətdən istifadə imkanımız var idi, sonradan onu aradan qaldırdılar. Mütəxəssislərimiz xaricdən gəlir, üç aydan bir onların sayı azaldılır, bu da xəstə ilə səhiyyə sistemi arasında əlaqənin kəsilməsinə gətirib çıxarır.
Bu fikirləri Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının nümayəndə heyətinin üzvü, “Radio Vision FM”in rəhbəri Albertiko Canqa avqustun 22-də Bakıda keçirilən “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfransda səsləndirib.
O bildirib ki, adadakı təhsil sistemi onların övladlarını doğma torpaqlarını tərk etmək məcburiyyətində qoyur. Qurulan sistem gəncləri o həddə çatdırır ki, onların hamısı təhsil almaq üçün xaricə gedirlər.
A.Canganın sözlərinə görə, tələbələrin əksəriyyəti Niderlanda gedir. Həmin gənclər müqəddəs torpaqlarına qayıdanda belə, onlara öz adalarında deyil, Niderland iqtisadiyyatına dəstək olmaq üçün xaricdə iş təklif olunur.
ZÜMRÜD