Şuşa barədə çoxdankı şayiələrə belə son qoyuldu...
Fatimə Hacıbəyli: “Prezident İlham Əliyev hər kəsə göstərdi ki, Şuşa şuşalılara aiddir”
Mayın 10-da Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərin açarlarını təqdim edib. Bununla da şuşalıların 30 illik yurd həsrətinə son qoyuldu. Onlar sevinc və qürur hissilə öz evlərinə geri qayıdır.
Xatırladaq ki, Şuşa işğaldan azad olunandan sonra bəzi qüvvələr belə məlumat yaymışdı ki, hökumət o bölgənin insanlarını aldadır. Şuşa qapalı zona olacaq, orda daha çox xaricilər yaşayacaq. Ancaq 10 may tarixində İlham Əliyevin Şuşaya qayıdan yerli sakinlərə mənzillərin açarlarını təqdim etməsi bu söz-söhbətə son qoydu. Hər kəs gördü və bildi ki, Şuşa şuşalılarındır.
“Azərbaycanın göz bəbəyı sayılan Şuşada şuşalılar yaşayacaq, uşaqlar orda məktəbə gedəcək...”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli baki-xeber.com-a açıqlamasında bildirdi ki, Şuşaya ilk qayıdış tarixi bir hadisədir: “Bu tarixi günü bizə yaşadan Prezidentimiz və müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Həqiqətən, çox sevincli və qürurlu günlər yaşayırıq. Dövlət başçımız xalqımızı sevindirməkdə davam edir. Bundan sonra daha sevincli günləri görəcəyik.
Şuşa işğaldan azad olunan ərəfədə müxtəlif fikirlər dolaşırdı. Qeyd edilirdi ki, guya Şuşada yaşayış olmayacaq, ancaq istirahət mərkəzləri, istirahət yeri olacaq. Şuşalılar işğaldan azad olunan digər bölgələrə köçürüləcək. Bu tip şaiyələri bəzi qüvvələr bilərəkdən yayırdı. Ancaq Prezident İlham Əliyev hər kəsə göstərdi ki, Şuşa şuşalılara aiddir. Azərbaycanın göz bəbəyı sayılan Şuşada şuşalılar yaşayacaq, uşaqlar orda məktəbə gedəcək, böyüyəcək və s. Bir sözlə, Şuşada həyat yenidən başlayır”.
Günel CƏLİLOVA