Avropada Ukraynaya ordu göndərməklə bağlı qapalı müzakirələr başladı - 100 minlik ordu...
Avropa İttifaqı ölkələri Ukraynada atəşkəs və ya sülh sazişi imzalanacağı təqdirdə sülhməramlıların göndərilməsini müzakirə edir. Bu barədə məlumatı “Reuters” təhlükəsizlik mənbələrinə istinadən yayıb.
Avropa təhlükəsizlik xidmətlərindən adı çəkilməyən rəsminin sözlərinə görə, belə bir missiya 100 minə qədər əsgər tələb edə bilər. Hərbi analitik Frans-Stefan Qadi də bu proqnozu təsdiqləyib. Bəzi digər mənbələrə görə, Ukraynada yerləşdiriləcək əsgərlərin sayı 40 min civarında ola bilər.
“Reuters”in məlumatına görə, Ukraynada bir neçə on minlərlə əsgərdən ibarət sülhməramlı qüvvələrin olması ölkə üçün təhlükəsizlik təminatı ola bilər. Bu planın Aİ liderlərinə təqdim edilmək üçün hərbi rəsmilər tərəfindən hazırlandığı bildirilib.
Bildirilir ki, ən böyük hərbi birləşmələri Fransa, Almaniya, Polşa və Britaniya təmin edə bilər. “Reuters” bu planların hələlik pərdə arxasında müzakirə edildiyini bildirir.
TAHİR