KÖHNƏ VERSİYA            

“Müasir dövrdə media savadlılığının artırılması günümüzün əsas tələbləri sırasındadır” - Vüqar Rəhimzadə

Image

Azad medianın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsi kimi   diqqətdədir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki,  müasir dünyada azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın müstəqillik tarixinin 1993-cü ildən bu günə qədərki dövrünün təhlili belə bir  reallığı təsdiqləyir ki, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar prosesi mediada da geniş şəkildə özünün aydın ifadəsini tapır. 

Bütün dövrlər üçün aktuallığını qoruyan əsas hədəflərdən biri jurnalist peşəkarlığının  və məsuliyyətinin artırılmasıdır. Nəzərə alsaq ki, ictimai fikrin  formalaşmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür, bu halda onların ictimaiyyətin informasiya tələbatını hansı səviyyədə, daha dəqiq desək, informasiyaların dəqiqliyinin yoxlanılması şəraitində ödəmələri daha böyük önəm daşıyır. Digər tərəfdən, bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. Bu mühüm statistik rəqəm də jurnalist peşəkarlığının və məsuliyyətinin aktuallığını təsdiqləyir. Azərbaycan dövlətinin mətbuatın inkişafına yönələn addımları davamlılığı ilə diqqətdədir. Əgər mətbuat da öz növbəsində, üzərinə düşən missiyanı  sözün həqiqi mənasında söykəndiyi prinsiplər əsasında  yerinə yetirərsə, bu halda  həmin mətbu orqana cəmiyyətdə  inam da böyük olar, KİV-lər əhalinin informasiya tələbatını daha dolğun şəkildə ödəyər.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki,  ölkəmizdə “Media savadlılığı” Həftəsinin keçirilməsi də jurnalist peşəkarlığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Media savadlılığı özündə mühüm çağırışları ehtiva edir. Təbii ki, bu tələb jurnalistin əldə etdiyi informasiyanın dəqiqliyini araşdırmadan cəmiyyətə təqdim etməsinin mümkünsüzlüyünü ortaya qoyur. Dezinformasiyanın hansı problemlərə yol açdığını unutmamalıyıq. Dövlətimizin başçısı İlham Əliyevin hələ 2016-cı ildə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimindəki çıxışında  dezinformasiyaların yaratdığı problemlərdən bəhs edərək bu məqamı vurğulamışdır ki, bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir: “Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Yəni,  burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir”. Prezident İlham Əliyev sözügedən tədbirdə medianın rolu ilə  yanaşı, məsuliyyətinin də artdığını diqqətə çatdırmışdır. Azərbaycanın belə tədbirlərə ev sahibliyini   müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi   kimi dəyərləndirən dövlətimizin başçısı bildirmişdir ki, hamımız azad medianın tərəfdarıyıq. Hamımızın, xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev bütün çıxışlarında ölkəmizdə azad mətbuatın inkişafından bəhs edərkən daim informasiyanın dəqiqliyinin vacibliyini xüsusi vurğulayır. Səsləndirilən hər bir çağırış mətbuatın qarşısında mühüm vəzifələr qoymaqla yanaşı, qarşıdakı dövrdə hədəflərə yüksək səviyyədə nail olmaq üçün yol xəritəsidir.

Milli Məclisin deputatı diqqəti  “Media savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə  keçirilən “Media savadlılığı” konfransına yönəldərək qeyd edib ki, Medianın İnkişafı Agentliyinin yaradılması da dövlətimizin müasir çağırışları özündə əks etdirən islahatlar prosesinin tərkib hissəsidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin tarixi Zəfərimizin reallıqları əsasında imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında da qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə,  qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranır. O da bildirilir ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda həyatın hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac var. Həmin sənədə uyğun olaraq Medianın İnkişafı Agentliyinin yaradılması və son üç ildə həyata keçirdiyi layihələr, atdığı addımlar  azad medianın inkişafına, jurnalist peşəkarlığının artırılmasına böyük töhfələrdir.  Keçirilən “Media savadlılığı” mövzusunda konfrans da bunun bariz nümunəsidir. 

Vüqar Rəhimzadə bildirib ki, media savadlılığının artırılması davamlı prosesdir. Jurnalistin dövrün tələblərinə uyğun olaraq daim təkmilləşməsi mütləqdir. Təbii ki, bu kimi təkmilləşmələr,   peşəkarlığın artırılması mediada  yayılan məlumatın dəqiqliyini, yaxud reallığı əks etdirmədiyini müəyyənləşdirməyə yardımçı ola bilər. Dövlətimizin başçısı İlham Əliyev bu ilin iyulunda yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusunda keçirilən  2-ci Şuşa Qlobal Media Forumunda “Sizcə, biz nə dərəcədə çətin vəziyyətdəyik, böhran nə dərəcədə ağırdır” sualını cavablandırarkən bildirdi ki, təəssüflər olsun  bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilib. Bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilib. Bəzən   təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur: “Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.”

Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, demokratik inkişafın mühüm göstəricilərindən biri kimi çoxsaylı mətbu orqanların fəaliyyəti, eyni zamanda, yayılan informasiyaların bolluğu fonunda məlumatların dəqiqliyinin müəyyənləşdirilməsi təbii ki, bacarıq tələb edir. Bu da öz növbəsində  media savadlılığının artırılmasını aktuallaşdırır. 2022-ci ildə qəbul olunan yeni “Media haqqında” Qanunda da bu, əsas tələb kimi irəli sürülür.







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi - niyə?..

Media savadlılığı niyə vacibdir?..

SON XƏBƏRLƏR

18.12.2024 | 21:17
Türkiyə və ABŞ Suriyada toqquşma həddinə çatdılar...

18.12.2024 | 21:03
“Amaras” monastırı üstündə saxta erməni tarixi bir az da "dərinləşdirildi"...

18.12.2024 | 20:47
Azərbaycanda 188 min kommersiya qurumunun üçdə biri fəaliyyətsizdir...

18.12.2024 | 20:34
Azərbaycan və Gürcüstanla bağlı eyni yanlış siyasət - Qərb Cənubi Qafqazı itirir...

18.12.2024 | 20:20
ABŞ və PKK Suriyada müqavimət göstərir, Azərbaycanla Türkiyə çox şeyləri dəyişə bilər...

18.12.2024 | 20:04
Ölkəmizdə hər min nəfərə düşən nikahların sayı azalmaqdadır...

18.12.2024 | 19:51
Əliyevdən Makrona sərt mesaj - "Biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik"...

18.12.2024 | 19:38
“Bəyaz gecələr”in müəllifi belə müğənni idi...

18.12.2024 | 19:26
Mask Azərbaycanla müharibədə(?) Ermənistana dəstək vəd etdi...

18.12.2024 | 19:18
“Müasir dövrdə media savadlılığının artırılması günümüzün əsas tələbləri sırasındadır” - Vüqar Rəhimzadə

18.12.2024 | 19:14
TƏBİB-in təşkilatçılığı ilə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” keçirilib - FOTO

18.12.2024 | 19:05
Milli adət və ənənələr uğura gedən yolda əsas təməl daşlarından biridir

18.12.2024 | 18:51
Ermənistan Qarabağda tutulmuş hərbi caniləri azad etdirə bilmədi...

18.12.2024 | 18:44
“Peşəyönümlü təhsilin inkişafına yardım” İB “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda tədbir keçirib

18.12.2024 | 18:38
Trampdan Zelenskiyə qarşı daha bir jest - "gəlir gəlsin, özü bilər" dedi...

18.12.2024 | 18:24
Ermənistan parlamenti 44 günlük müharibəyə dair araşdırmaların nəticələrini gizlətdi...

18.12.2024 | 18:14
Sahibə Qafarova Ankarada Ərdoğanla görüşdü - FOTO

18.12.2024 | 18:10
Rusiya Ermənistanın xarici ticarətində 1-ci yeri tutur - baş nazir açıqladı...

18.12.2024 | 18:06
Qerasimov Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışdı

18.12.2024 | 17:57
Ermənistan müharibə canilərinin işi üzrə Bakı ilə əməkdaşlıqdan qaçır...

18.12.2024 | 17:43
Azərbaycan QHT-ləri YUNESKO-ya qarşı daha sərt addımlar atacaqlar....

18.12.2024 | 17:31
İsveçrə parlamentindən absurd qərar - “Bakı Dağlıq Qarabağla dialoq qursun”...

18.12.2024 | 17:18
Azərbaycanda media savadlılığı üzrə vahid Strategiya hazırlandı...

18.12.2024 | 17:07
Sumqayıtda 127 min manatlıq quldurluq - şirkət avtomobilinin qarşısını kəsib sürücünü soydular... - VİDEO

18.12.2024 | 16:55
Rus qazı Avropanı parçaladı - Mərkəzi Avropa ölkələri Ukrayna dəstəkçiləri ilə üz-üzə gəldi...

18.12.2024 | 16:47
Bələdiyyə seçkilərində namizədliyini irəli sürənlərin sayı açıqlandı - 263 nəfər qeydə alınıb...

18.12.2024 | 16:42
Yaxın günlərdə Ermənistan-Azərbaycan delimitasiya komissiyasının iclası keçiriləcək

18.12.2024 | 16:22
Eşqi, məhəbbəti Vətən olan qəhrəman Vüsal... - FOTO

18.12.2024 | 16:10
Zaxarova Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumamağı tövsiyə etdi - xəstələnə bilərsiniz...

18.12.2024 | 16:04
Prezident “Şahdəniz”lə bağlı sərəncamda dəyişiklik etdi

18.12.2024 | 16:03
“Yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” - Azərbaycana qarşı qərəzli kampaniyaya başladılar" - Prezident

18.12.2024 | 15:57
Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrıldı

18.12.2024 | 15:51
Milli Məclis İsveçrə Parlamentinin qərəzli mövqeyini tamamilə yolverilməz adlandırdı

18.12.2024 | 15:37
"Borrel bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı" - Prezident

18.12.2024 | 15:30
Prezident İlham Əliyev Gürcüstandakı etirazlar haqqında: "Yenə də Makronun qulaqları görünür"

18.12.2024 | 14:49
Ankarada Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub

18.12.2024 | 14:46
HTŞ ilə Rusiya arasında gizli danışıqlar gedir - Suriyadakı rus bazaları masada... Əsəd təhvil veriləcəkmi?

18.12.2024 | 14:40
"Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri" adlı kitabın təqdimatı keçirildi

18.12.2024 | 14:38
“SABAHIN VİCDANI” ADLI KİTAB TƏQDİM OLUNUB

18.12.2024 | 14:36
Prezident AAYDA-ya 9 milyon 960 min manat vəsait ayırdı

18.12.2024 | 14:35
“Azərbaycan Atabəyləri”

18.12.2024 | 14:30
Respublika Perinatal Mərkəzinin təmiri nə vaxt başlayacaq? - TƏBİB sədri açıqladı

18.12.2024 | 14:24
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNDİ

18.12.2024 | 14:03
General Kirillovun qətlinə görə Özbəkistan vətəndaşı saxlandı - qətlin təfərrüatları açılır...

18.12.2024 | 13:54
Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan qohumlar saxlandı

18.12.2024 | 13:27
Saatlıda pirotexniki vasitələrin satışını təşkil edən şəxs yaxalandı

18.12.2024 | 13:15
"Özəl tibb müəssisələri inkişaf etdikcə xəstələrin müalicə üçün xaricə üz tutması azalır" - Vüqar Qurbanov

18.12.2024 | 13:03
Почему армяне боятся тюрков? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

18.12.2024 | 12:50
Binəqədidə evdən 10 min manat dəyərində əşyalar oğurlayan şəxslər saxlandı

18.12.2024 | 12:27
"Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir" - Prezident İlham Əliyev

18.12.2024 | 12:12
Yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb

18.12.2024 | 12:07
Cəlilabadda məsciddən oğurluq edən keçmiş məhkum tutuldu

18.12.2024 | 11:48
Prezident Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışdı

18.12.2024 | 11:42
"İkinci Dünya müharibəsi nəticəsində müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir"

18.12.2024 | 11:37
Prezident İlham Əliyev: Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır

18.12.2024 | 11:20
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

18.12.2024 | 11:20
Zurabişvili bu gün Avropa Parlamentində çıxış edəcək

18.12.2024 | 11:12
Prezident İlham Əliyev: "Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır"

18.12.2024 | 11:10
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirib -nazir açıqladı

18.12.2024 | 11:10
Prezident İlham Əliyev Qətər əmirini təbrik edib

18.12.2024 | 11:07
"İstər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir" - Prezident

18.12.2024 | 11:05
Bakının bu ərazilərində yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək - Dövlət Komitəsi

18.12.2024 | 11:03
Azərbaycan erməni məsələsini necə həll etməlidir? - CANLI

18.12.2024 | 11:00
Ruanda soyqırımında ittiham olunan fransalı ömürlük həbs olundu

18.12.2024 | 10:29
"Regionlarda ciddi həkim çatışmazlığı var" - TƏBİB rəsmisi

18.12.2024 | 10:20
"ABŞ-ın köməyi olmadan Rusiya ilə danışıqlarda zəifləyəcək" - Ağ Ev-dən Ukraynaya XƏBƏRDARLIQ

18.12.2024 | 10:15
Dəm qazı yenə can aldı - bu dəfə Xaçmazda...

18.12.2024 | 10:10
Pirotexniki vasitələr satılan mağaza aşkarlanıb - DİN məlumat yaydı

18.12.2024 | 10:05
Bakı-Quba yolunda “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb

18.12.2024 | 10:02
Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

18.12.2024 | 10:00
İki amerikalı astronavt 6 aydır Yerə qayıda bilmir...

18.12.2024 | 09:30
Şabranda narkotika alverçiləri yaxalanıb

18.12.2024 | 09:23
Banklar kreditin ödəndiyi barədə arayışı da müştəriyə müftə vermirlər - anormallıq...

18.12.2024 | 09:20
Ukrayna təslim olmaq və ya müharibəni dondurmaq istəmir - Zelenksidən Trampa MESAJ

18.12.2024 | 09:05
FİFA ilin ən yaxşılarını açıqladı - siyahıda kimlər var?

18.12.2024 | 09:00
Bu gün Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

18.12.2024 | 08:40
Ehtiyac meyarı 15 manat artdı - ünvanlı yardımlar nə qədər çoxala bilər?...

18.12.2024 | 08:30
Cənubi Koreya bu ölkəyə xüsusi texnikalar göndərdi - 7 ədəd K2 tankı...

18.12.2024 | 00:30
Media savadlı olmaq üçün nə etməliyik?

17.12.2024 | 21:18
Paşinyan Konstitusiyanın preambula hissəsini dəyişməkdən imtina etdi - saziş məsələsi qapanır...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031