Rus qazı Avropanı parçaladı - Mərkəzi Avropa ölkələri Ukrayna dəstəkçiləri ilə üz-üzə gəldi...
Mərkəzi Avropanın aparıcı qaz şirkətləri Aİ-nin Ukraynanı açıq dəstəkləyən qanadının etirazlarına baxmayaraq, Ukrayna ərazisindən qaz nəqlini 2025-ci ilə qədər davam etdirmək barədə birgə bəyannamə imzalayıb.
"Bloomberg" Slovakiyanın SPP şirkətinə istinadən xəbər verir ki, cari tranzit müqaviləsi 31 dekabr 2024-cü ildə başa çatır. Bəyannamə Slovakiyadan SPP və Eustream AS, Macarıstandan MOL Uzbek Oil and Gas Plc və MVM şirkətləri, Macarıstan, Avstriya, İtaliya və Slovakiyadan olan ticarət assosiasiyaları və sənaye müştəriləri tərəfindən dəstəklənib.
Şirkətin açıqlamasına görə, yeni tranzit müqaviləsi imzalanmadığı təqdirdə bölgə böyük iqtisadi çətinliklərlə üzləşəcək. Xüsusilə Slovakiya üçün bu, müxtəlif mənbələrdən qazın alınması və nəqli xərclərinə 220 milyon avrodan çox əlavə xərc deməkdir. Həmçinin bildirilib ki, tranzitin dayandırılması Ukraynanın qaz infrastrukturuna qarşısıalınmaz ziyan vuracaq.
Bəyannamə Avropa Komissiyasının sədri Ursula fon der Leyenə təqdim olunacaq. Bununla belə, Avropa Komissiyasının Rusiya qazının Ukrayna ərazisindən tranzitini davam etdirmək istəmədiyi bildirilir.
TAHİR