İlham Əliyev bu sözləri əsasən "3- cü ölkələrə" mesaj kimi söylədi....Qardaş Türkiyə ilə hər şey qaydasındadır...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində maraqlı paylaşım edib. A.Quliyev yazır: "Azərbaycanda Türkiyənin hərbi bazaları olmadan da hərbi,siyasi müttəfiqliyi lazımı səviyyədə yürütmək olar və yürüdülür. Prezident İlham Əliyev Rusiya televiziyasına məsələnin izahını tam anlaşılan formada verdi.Şuşa bəyannaməsi həqiqətən təhlükə və təcavüz halında qarşılıqlı hərbi yardımı mümkün edən maddələri özündə ehtiva edir. Məncə, Türkiyə rəhbərliyi də qarşılıqlı hərbi yardımı mümkün edən indiki hüququ sənədləri hərbi bazalar olmadan da yetərli sayır.
Prezident İlham Əliyevin Rusiya televiziyasına müsahibəsində Türkiyənin hərbi bazası barədə dediyi fikirlər daha çox 3- cü ölkələrə - həm də heç nəyə baxmadan Azərbaycanda özünə hərbi baza qurmaq üçün içində böyük iddialar bəsləyən ölkələrə (?) aiddir.Yəni...
Qısa desək, Azərbaycanda indi heç bir ölkənin hərbi bazasına ehtiyac yoxdur...Ancaq hələlikdə...Gələcəyi isə gələcək özü göstərəcək...."
Mətləb