çərşənbə axşamı günü, 28 aprel 2026
     

ABŞ və PKK Suriyada müqavimət göstərir, Azərbaycanla Türkiyə çox şeyləri dəyişə bilər...

Image


Türkiyənin dəstəklədiyi Suriya üsyançılarının sürətli qələbələri Suriyada 13 ildir davam edən vətəndaş müharibəsində əsas xarici oyunçular arasında münasibətlərə də təsir edib.  Türkiyə, ABŞ başda olmaqla Qərb, İran və Rusiya arasında yeni vəziyyət formalaşır.   Belə vəiyyətdə tərəflərin güclü dəstəkçilərə də ehtiyacı yaranır.

Hazırda Türkiyə üçün belə mühüm dəstəkçilərdən biri qismində Azərbaycan çıxış edir. Bu fonda prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə səfərdə olan Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edərkən bir daha Azərbaycanın Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bildirib. Dövlət başçısı  bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da bu məsələyə toxunub. Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Ankara ilə məsləhətləşmələr aparaq Suriyada humanitar vəziyyətlə bağlı məsələlər üzərində işlədiklərini qeyd edib. Hazırda Suriya nümunəsi bir daha təsdiq edi rki, Azərbaycan və Türkiyə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər. indi müşahidə edilən həm də odur ki, Bəşər Əsəd rejiminin mövcudluğuna həyati əhəmiyyət verən Rusiyada və İranda anti-Türkiyə ritorikası geniş xarakterə malik deyil. Amma əvəzində Türkiyənin uğuru Qərb tərəfindən həzm olunmur. Qərb cəbhəsi hazırda Bəşər Əsəd rejiminin tarixin arxivinə qovuşmasını və burada mövqeyinin zəifləməsini həzm və qəbul edə bilmir. Söhbət ilk növbədə ABŞ-dan gedir. Xüsusən də Türkiyənin kürd terrorçularına qarşı sərt mövqeyi ABŞ-ı ciddi narahat edir. ABŞ Türkiyə və müttəfiqlərinin sərhəd yaxınlığında mövcudluğunu artırdığı üçün Suriyada hərbi əməliyyat planlaşdıra biləcəyindən narahatlığını ifadə edib. "Voll Strit Jurnal" nəşri mənbələrə istinadən bildirir: "Türkiyə və silahlılar Suriya ilə sərhəddə qüvvələr toplayır və Vaşinqton Ankaranın suriyalı kürdlərin əlində olan ərazilərə genişmiqyaslı hücuma hazırlaşa biləcəyi barədə həyəcan təbili çalır. Toplanan qüvvələrə Türkiyə ilə şimal sərhədində yerləşən Ayn əl-Ərəb (Kobani) şəhəri yaxınlığında çoxlu sayda cəmləşmiş silahlılar, Türkiyə xüsusi təyinatlıları və artilleriya daxildir". Qeyd olunur ki, Türkiyə əməliyyata yaxın vaxtlarda başlaya bilər. Bu arada yayılan məlumata əsasən, Türkiyənin dəstəklədiyi qruplar Suriyada və kürd qüvvələrinə qarşı döyüşləri bərpa edib. Belə vəziyyət ABŞ prezidenti Cozef Bayden administrasiyasının vasitəçiliyi ilə şifahi atəşkəs razılaşmasının pozulmasından sonra baş verib. Ankara hesab edir ki, Suriyanın şimal-şərqində fəaliyyət göstərən düşmən qüvvələr silahlarını yerə qoymalı və ölkəni tərk etməlidir. Vaşinqton üçün bu, hərbi kontingentinin həmin ərazilərdən çıxarılması ilə bağlı ssenari demək olacaq. Ekspertlərin fikrincə, indi ABŞ hakimiyyəti Ankaranın bu arenada artan təsirini gözardı edə bilməz. Türkiyənin dəstəklədiyi fraksiyaların koalisiyası olan Suriya Milli Ordusu şimal-şərqdə hücumlarını bərpa edib. Bayden administrasiyasının dəstəyi ilə razılaşdırılan müvəqqəti atəşkəs ötən həftə bölgədə tətbiq edilib. Bununla belə, indi kürd qüvvələrinin üstünlük təşkil etdiyi birlik olan Suriya Demokratik Qüvvələri toqquşmaların qaynar fazasına qayıtdığını elan edib. "Al-Monitor" nəşrinin məlumatına görə, Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri ətrafında döyüşlər alovlanır.

"Al-Monitor" mənbələri qeyd edir ki, ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs Türkiyə və onun nəzarəti altında olan qüvvələrin Suriya Milli Ordusunun bir hissəsi kimi Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olan muxtariyyət ərazisinə irəliləməyəcəyi anlayışına əsaslanırdı. Lakin onların fikrincə, indi Türkiyə, görünür, ABŞ-da gedən administrasiya ilə razılaşmalara əməl etmək istəmir. Dəməşqin süqutundan bəri Ankaradakı rəsmilər Suriya Demokratik Qüvvələri ilə bağlı ritorikalarını sərtləşdiriblər. İndi onlar Suriyanın faktiki lideri, "Həyat Təhrir əl-Şam" qruplaşmasının  komandiri Əbu Məhəmməd əl-Culaninin mövqeyini də önə çəkirlər. Əbu Məhəmməd əl-Culani özü qeyd edir: "Hər kəs qanuna tabe olacaq. Biz məsələlərə institusional və hüquqi məntiqlə yanaşırıq. Bizdə müxalifət düşüncəsi yox, dövlət təfəkkürü olmalıdır". Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 17-də Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib: "Suriya kontekstində ölkənin terror yuvasına çevrilməsinin qarşısını almaq lazımdır.Mübarizə davam etməlidir". Kürd muxtariyyətinin Xarici Əlaqələr Departamentinin həmsədri İlham Əhməd  ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məktub göndərərək Türkiyənin Suriyanın şimal-şərqinə hərbi hücumunun qaçılmaz göründüyü barədə xəbərdarlıq edib. O, respublikaçıları müdaxilə etməyə və hər cür güc tətbiqini dayandırması üçün Ərdoğana təzyiq göstərməyə çağırıb. Bununla belə, Trampın mətbuat konfransındakı son şərhləri onun islamçı qruplarla sıx əlaqədə olmasına baxmayaraq, Türkiyənin yanaşmalarını bəyəndiyini açıq şəkildə göstərir. Yaxın Şərq üzrə rus ekspert Anton Mardasov qeyd edir ki, hazırda Vaşinqtonla Ankara arasında sövdələşmə gedir. O xatırladıb ki, Hələb əyalətinin şimal-qərbindəki kürd anklavları Vaşinqtonun təzyiqi ilə Suriya Milli Ordusuna  təslim olub və onlar bu ərazi itkilərini atəşkəslə kompensasiya etməyə cəhd ediblər: "Amma terror təhlükəsi qaldığıdan hərbi əməliyyatlar davam edə bilər. Suriya Milli Ordusunun fəaliyyəti Türkiyənin bu bölgədə artilleriya və hava dəstəyi ilə hücumu, bufer zonalar yaratması mümkündür". Ekspertin fikrincə, bu, öz növbəsində ABŞ qoşunlarının Suriyadan çıxarılmasına səbəb ola bilər: "Baxmayaraq ki, Dəməşqin süqutundan sonra Vaşinqton çox güman ki, hərbi mövcudluğunu saxlamaqda qərarlıdır. Düşünürəm ki, Türkiyə və ABŞ hələ də daha təmkinli bir kompromis tapacaqlar. Ankaranın son həftələrdə bölgə üçün əhəmiyyətini kəskin şəkildə artırdığını nəzərə alaraq, deyə bilərik ki, Vaşinqton çox güman ki, daha ciddi güzəştlərə getməli olacaq". Yuxarıda qeyd edildiyi kimi bu prosesdə Azərbaycan Türkiyənin yanındadır. Ölkəmizin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdan da bu, aydın görünür. Sənəddə bildirilib ki, Azərbaycan Suriyada baş verənləri izləyir. Bu çərçivədə, eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Suriyada Bəşər Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunmasının, vətəndaş qarşıdurmasına son qoyulmasının mütləq dərəcədə vacibliyinin vurğulandığı bəyanatda, həmçinin  rəsmi Bakının Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi bir daha ifadəsini tapıb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiya ABŞ və Azərbaycana xoş gəlmək üçün Zəngəzur dəhlizini özü inşa etmək niyyətinə düşüb...

Xəzər dənizi fəlakətli dərəcədə dayazlaşır, su hövzəsinin xilası üçün vaxt daralır...

Latviya Bakı-İrəvan sülhünə böyük önəm verdi...

SON XƏBƏRLƏR

27.04.2026 / 23:57
Putinin uzun yaşamaq arzusu... Qocalmanın qarşısı alınır, 150 il yaşamaq mümkün olacaq...

27.04.2026 / 22:16
Prezident İlham Əliyev Andrey Babişin Azərbaycana səfəri ilə bağlı paylaşım edib

27.04.2026 / 22:12
Brüsseldə 5 min casusun gizli metodu ifşa edildi - küçə işıqları ilə AB prezidentini izlədilər...

27.04.2026 / 21:37
Bakı və Kiyev birgə hərbi-sənaye istehsalını gücləndirməyə qərar verdi...

27.04.2026 / 21:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Çexiyanın Baş naziri ilə görüşünün görüntüləri paylaşılıb - VİDEO

27.04.2026 / 21:12
Zelenskinin Bakı səfərinin mümkün iki nəticəsi - Rusiya ilə yeni gərginlik, ya...

27.04.2026 / 20:48
Münhendən sonra Bakıda görüşdülər - Əliyev-Zelenski görüşünün deyilməyən tərəfləri...

27.04.2026 / 20:32
İctimai mövqe və dövlətçilik: sabitlik, ləyaqət və sədaqətin çağırışı

27.04.2026 / 20:21
Rusiya rəsmiləri Bakıda Ukrayna ilə üçtərəfli görüşün təhlükəsizliyinə şübhə edir?...

27.04.2026 / 20:04
Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir

27.04.2026 / 19:52
Çexiyanın Azərbaycan üçün çox önəmli olduğu bu iki sahə də var...

27.04.2026 / 19:43
Vüqar Rəhimzadə: Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ

27.04.2026 / 19:33
İsrailin iki eks baş naziri Netanyahuya qarşı birləşir

27.04.2026 / 19:29
Prezident: "Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk"

27.04.2026 / 19:26
"Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir" - Prezident

27.04.2026 / 19:23
Bəhreyn 69 nəfərin vətəndaşlığını ləğv etdi - “İranı dəstəklədiyinə görə”…

27.04.2026 / 19:08
Avropa-Cənubi Qafqaz əməkdaşlığında Latviyanın rolu

27.04.2026 / 18:38
Merts Ukraynanın ərazisinin bir hissəsini itirilməsi ilə barışacağını deyir...

27.04.2026 / 18:22
Alman kanslerdən Trampı özündən çıxaracaq açıqlamalar - İran ABŞ-ı rüsvay etdi...

27.04.2026 / 18:04
Əli Əsədov benzin və dizel yanacağı ilə bağlı qərar imzaladı

27.04.2026 / 17:31
Zaxarova Aİ-nin "maliyyə monitorinqi" adı ilə Ermənistanda seçkiyə müdaxilə edəcəyini bildirdi...

27.04.2026 / 17:21
Alman deputat Əhməd Zakayevlə görüşdü – Moskva Berlinə nota verdi...

27.04.2026 / 17:06
Tramp Britaniyanı "Folklend adaları kartı" ilə vuracaq - NATO-ya qarşı planın şok detalları...

27.04.2026 / 17:04
Qlobal neft qiymətlərində yeni şok başladı...

27.04.2026 / 16:57
İran imtina etdi, Tramp isə ləğv etdi...

27.04.2026 / 16:56
Zavod direktorunun videosu Putin iqtidarını silkələdi - Solovyov efir qonağına "fahişə" dedi...

27.04.2026 / 16:50
Rusiya-ABŞ, Türkiyə-İsrail, İsrail-Suriya vasitəçiliyindən sonra Azərbaycan üçün yeni şans...

27.04.2026 / 16:40
Məzahir Pənahov yenidən MSK sədri seçildi...

27.04.2026 / 16:35
Ermənistanda seçki çəkişməsi qızışır - hakimiyyət sülh, müxalifət müharibə deyir...

27.04.2026 / 15:52
“Bərpa enerjisi olmayan binalarda kombiyə icazə verilməyəcək - MTK-ın bazarı öldü...

27.04.2026 / 15:48
Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib - FOTO

27.04.2026 / 15:45
Brüssel Rusiyaya görə Bişkeki cəzalandırdı, İrəvana "göz yumdu"...

27.04.2026 / 15:30
Ağdərədə “Prezident Kuboku” beynəlxalq reqatasına start verildi - FOTO

27.04.2026 / 15:21
ABŞ-da "terrorun" Trampın daxili və xarici siyasəti ilə bağlılığı...

27.04.2026 / 15:10
Qaçqın "şahzadə" müharibə istəyir - Rza Pəhləvi atəşkəsi pislədi...

27.04.2026 / 15:06
Yazıçılar Birliyinin mətbuat katibi qəzaya düşdü

27.04.2026 / 14:52
QMİ-dən Eçmiədzin Kilsəsinə tutarlı cavab - bunlara birdəfəlik son qoyulmalıdır...

27.04.2026 / 14:39
Tramp “ona güllə atanın İranla əlaqəsini” niyə xüsusi inkar edir?...

27.04.2026 / 14:27
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi - FOTO/YENİLƏNDİ

27.04.2026 / 14:11
Onlar artıq MSK üzvü deyillər...

27.04.2026 / 13:58
Fizik alim apellyasiya məhkəməsindən nə gözləyir?

27.04.2026 / 13:55
Milli Məclis Prezident İlham Əliyevi təbrik etdi

27.04.2026 / 13:49
Tramp ölüm hökmünü bərpa etdi-müxalifətçilər öldürüləcək?...

27.04.2026 / 13:45
"Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir" - Çexiyanın Baş naziri

27.04.2026 / 13:31
Paşinyan Ermənistan-Azərbaycan sərhədində dəyişikliklərin anonsunu verdi

27.04.2026 / 13:17
"Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir" - Prezident

27.04.2026 / 13:15
İstanbulda, İsveçrədə alınmadı, Bakıda alınar?...

27.04.2026 / 13:04
"Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir" - Prezident

27.04.2026 / 13:00
Prezident: "Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır"

27.04.2026 / 12:59
"Çexiya ilə çox fəal siyasi dialoqumuz var" - Prezident

27.04.2026 / 12:58
Pentaqon rəsmisi tanışlıq saytında məlumat sızdırdı, işdən atıldı

27.04.2026 / 12:55
Prezident İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

27.04.2026 / 12:44
ABŞ FTB direktoru da postunu itirə bilər - alkoqol aludəçiliyi…

27.04.2026 / 12:41
Prezident İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

27.04.2026 / 12:26
Trampın mətbuat katibindən sensasiya: "Bu axşam bir neçə atəş açılacaq?"

27.04.2026 / 12:08
Tramp oteldəki atışma zamanı təxliyəsini özü gecikdirib…

27.04.2026 / 12:05
Mərkəzi Seçki Komissiyasının yeni tərkibi müəyyənləşdi

27.04.2026 / 12:01
Məleykə Abbaszadə xarici dillə bağlı əvvəlki mövqeni səhv saydı - "Mikayıl Cabbarovun təkidi ilə..."

27.04.2026 / 11:53
Prezident İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTO

27.04.2026 / 11:41
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub - FOTO

27.04.2026 / 11:37
Trampdan barəsindəki rüsvayçı ittihama sərt reaksiya - “…pedofil deyiləm!”

27.04.2026 / 11:32
Dubay şirkəti hərəkətə keçdi - Hörmüz boğazına alternativ yol... “Birlik boğazı” layihəsi elan edildi...

27.04.2026 / 11:17
Prezident İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

27.04.2026 / 11:08
May ayında 14 gün iş olmayacaq...

27.04.2026 / 10:54
Amnistiya aktının icrası başa çatdı

27.04.2026 / 10:30
"COP29 zamanı Azərbaycan mediasına çoxsaylı istinad edilib" - Natiq Məmmədli

27.04.2026 / 10:22
Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılır

27.04.2026 / 10:07
İran Hörmüzlə bağlı ABŞ-a yeni təklif göndərdi - nüvə danışıqları təxirə salına bilər...

27.04.2026 / 09:52
İran Azərbaycanın sərhəd əməkdaşlığını alqışlayır...

27.04.2026 / 09:07
Ukrayna AB-dən 90 milyardı aldıqdan sonra “Drujba”nı yenidən bağlaya bilər - Slovakiya narahatdır...

27.04.2026 / 08:45
ABŞ ordusu narkotik daşıyan daha bir gəmini vurdu - 3 ölü...

26.04.2026 / 23:23
ABŞ-dan ŞOK iddia - İranın 11 tonluq “gizli kozırı”… 100 atom bombası hazırlaya bilərlər…

26.04.2026 / 22:16
Vaşinqton Hilton Otelindəki atışmanın detalları bəlli oldu

26.04.2026 / 21:53
Trampdan İrana təhdid kimi mesaj – partlayışa üç gün qaldı…

26.04.2026 / 19:35
İran ABŞ-a “yaşıl işıq” - Arakçi yenidən Pakistana qayıtdı...

26.04.2026 / 17:50
Nazir Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirdi - FOTO/VİDEO

26.04.2026 / 17:22
Gərginliyə baxmayaraq ABŞ-la İran arasında danışıqlar davam edir...

26.04.2026 / 16:04
Prezident: "Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır"

26.04.2026 / 15:56
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir" - Prezident

26.04.2026 / 15:53
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət etdi

26.04.2026 / 15:21
Vaşinqtondakı Hilton Otellə bağlı ŞOK FAKT - Trampa atəş açılan oteldə 45 il əvvəl də ABŞ prezidenti güllələnmişdi...

Lobbiçilər müharibə canilərinin Bakıda mühakiməsini dayandıra bilmədilər...

XƏBƏR ARXİVİ