KÖHNƏ VERSİYA            

Saxta erməni “tarixşünaslığının” ifşası və azərbaycançılıq ideyası...

Image

Azərbaycan əraziləri Ermənistanın işğalında olduğu 30 il müddətində şəhər, rayon və kəndlərimizdə tarixdə analoqu olmayan vandalizm aktları, vəhşiliklər, ekosid, kultsid cinayətləri törədilib. 

Ermənilər ərazilərimizdə kəndlərin, qəsəbələrin, rayonların, şəhərlərin adlarını dəyişdilər, toponimlərimizi, yer-yurd, dağ, çay, göl adlarını erməniləşdirdilər, abidələrimizi, tariximizin, mədəniyyətimizin hər sahəsinə, istiqamətinə qarşı təcavüz etdilər. Elə abidəmiz yoxdur ki, onun üzərində erməni vandalizminin təzahürü olmasın. 

Məlum olduğu ki, Ağdam, Füzuli kimi şəhərlərimizdə daşı-daş üstə qoymadılar, dağıdıb viran qoydular. Bu gün Ağdama, Füzuliyə yolumuz düşəndə oradakı dəhşətli mənzərəni ürəkağrısı ilə seyr edirik. Vəhşi erməni qəbiləsinin törətdiyi kultsid cinayətlərinin, xüsusən də xristainlıq dövrü abidələrimizi, məbədlərimizi mənimsəmək məqsədilə həyata keçirdiyi saxtalaşdırma işləri tamamilə ifşa edilib. Beynəlxalq birlik buna hələ reaksiya verməyə tələsməsə də, Azərbaycan öz tərəfindən lazımı mövqeyi açıqlayıb. O abidələrin, o maddi-mədəni irsin hər birinin Azərbaycan xalqının əcdadları tərəfindən ərsəyə gətirildiyi məlum olsa ada,  amma təəssüf ki, ermənilər onu başqa şəkildə təbliğ etdilər. Bu gün isə artıq dörd ildir ki, ərazilərimiz işğaldan azaddır və o torpaqlarda mədəni dirçəliş prosesi gedir. 

Ermənizmə qalib gələn azərbaycançılıq...

Azad ərazilərimiz tarixən azərbaycançılığın bütün izlərini, elementlərini əks etdirən ərazilər olub və indi də o cürdür. Tarixi ədalətin bərpa olunması onu göstərdi ki, azərbaycançılıq ermənizmə qalib gəldi və saxta erməni “tarixşünaslığını” məğlub etdi. Azərbaycançılıq mütərəqqi bir ideyadır, bütün xalqlara, dinlərə, mədəniyyətlərə hümanizm nöqteyi-nəzərindən yanaşır və eyni zamanda xalqımızın dəyərlərini, tarixini müdafiə edir, qoruyur.      

Bildiyimiz kimi, azad ərazilərimizdə İşğal və Zəfər muzeyləri inşa olunur. Heç şübhəsiz ki, bu muzeylərdə Azərbaycan tarixinin faciəvi səhnələri eksponatlarla əks olunacaq. Həm yaradılan bu muzeylər, həm bərpa olunan abidələr Azərbaycançılıq ideyasının təbliğində mühüm rol oynayan numunələrdir. O abidələr xalqımızın milli ideologiyasını, məfkurəsini canlandırır. 

Zəfər və İşğal muzeyləri azərbaycançılığın ünvanı olacaq...

Bildiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə azad ərazilərdə erməni vəhşiyini əyani təcəssüm etdirən İşğal, qələbəmizi ifadə edən Zəfər muzeyləri inşa olunur. Bu muzeylər Ağdamda, Zəngilanda, Kəlbəcərdə, Laçında və başqa azad rayonlarımızda yaradılır. Zəfər və İşğal Muzeyləri sözün həqiqi mənasında tariximizin, xüsusən də tariximizdə yer tutan qanlı hadisələrin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün əsas ünvanlardan biri olacaq. Dünya bu muzeylərin təqdim etdiyi canlı nümunələrə baxıb görəcəklər ki, erməni vəhşiliyi hansı formadadır. Təbii ki, bu muzeylər özündə Azərbaycan xalqının tarixini, qələbə hadisəsini, başlıcası isə Azərbaycançılığı ifadə edəcək.

Qeyd edək ki, Zəfər Muzeyi  Azərbaycan   Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulan abidə-kompleksidir. Əlbəttə, bu muzey 44 günlük Vətən müharibəsində ordumuzun və xalqımızın qəhrəmanlığını, birliyini özündə ifadə edəcək.

Məlumat üçün bildirək ki, təcavüzə məruz qalan ölkələrin çoxunda İşğal muzeyləri də yaradılıb və onlar həmin ölkələrin işğal tarixini əks etdirir. Dediyimiz kimi, Azərbaycanda da bu istiqamətdə işlər görülür. 

Bildirək ki, 2022-ci il iyunun 26-da Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub.

Qeyd edək ki, Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarından sonra Kəlbəcər rayonunda da Zəfər və İşğal muzeyləri yaradılır. 

2023-cü il may ayının 28-də Prezident İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak etdi.

Qeyd olunur ki, Azərbaycanın otuzillik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə-yeksan edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır.

Laçın rayonunda yaradılan kompleks İşğal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir.

Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Məlum olduğu kimi, Ağdam erməni vandalizmindən daha çox əziyyət çəkən bir rayondur və bu rayonda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılır. Ağdamda erməni vandalizminin izinə hər adımda rast gəlinir və açıq hava altında İşğal Muzeyinin fəaliyyətə başlaması bu vandalizm aktlarının dünyaya yayılmasında mühüm rol oynayacaq. Ağdamda yaradılan bu muzeydə əsas diqqət şəhərin məhvinə yönəldiləcək. 

Bütün hallarda bu muzeylər erməni işğalçılığını, vandalizmini, erməni saxtakarlığını ifşa etmək sahəsində çox mühüm rol oynayacaq. 

Əlbəttə, burada gerçək tariximiz təbliğ olunacaq. Bu isə azərbaycançılığın tariximizdə, həyatımızda, muzeylərimizdə tərənnüm edilməsi demək olacaq.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı niyə vacibdir?

Azərbaycanda media savadlılığı üzrə vahid Strategiya hazırlandı...

Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNDİ

SON XƏBƏRLƏR

19.12.2024 | 22:01
BDU-da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib

19.12.2024 | 21:38
Ermənistan həm BMT-də faşizmə qarşı qətnaməyə səs verir, həm də İrəvanda faşistlərə heykəl qoyur…

19.12.2024 | 21:25
NATO-Rusiya müharibəsi yaxınlaşır - Azərbaycanın rolu ilə bağlı ən dəqiq mövqe...

19.12.2024 | 21:20
Azərbaycan Taekvondo Federasiyası hakimlər üçün kurs və seminar keçirib

19.12.2024 | 21:09
Azərbaycanda Türkiyənin də, Rusiyanın da hərbi bazasına ehtiyac yoxdur...

19.12.2024 | 20:56
Qarabağda 20 erməni yox, hamısı qalıb yaşaya bilərdilər...

19.12.2024 | 20:41
NATO-Rusiya müharibəsi - İlham Əliyev qlobal apokalipsisə qarşı üsul təklif etdi...

19.12.2024 | 20:27
Gürcüstan hadisələrində "Makronun qulağı" - bu dəfə “qulaq qanı” Gürcüstanda axır...

19.12.2024 | 20:14
Müttəfiqlik bəyannaməsi 2 ildə Bakı və Moskvanı hansı risqlərdən qorudu...

19.12.2024 | 20:03
Prezident İlham Əliyev Azərbaycanın D-8-ə üzv qəbul edilməsindən yazdı... - FOTO

19.12.2024 | 19:59
Azərbaycan-Rusiya tandemi - Qafqaza müdaxilə cəhdlərinə qarşı böyük maneə...

19.12.2024 | 19:46
Makronun Fransaya baş nazir axtarışları - İlham Əliyevin öldürücü məsləhəti...

19.12.2024 | 19:33
“Yalançı dördlük” Azərbaycana çox ziyanlar vurmağa çalışır...

19.12.2024 | 19:19
Roma Papasının Makrondan üz çevirməsinin kökünü prezident Əliyev açdı...

19.12.2024 | 19:06
Saxta erməni “tarixşünaslığının” ifşası və azərbaycançılıq ideyası...

19.12.2024 | 18:52
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər...

19.12.2024 | 18:44
Türkiyə Azərbaycanı D-8-ə üzv seçilməsi münasibətilə təbrik etdi

19.12.2024 | 18:38
Ermənistan məmuru Zəngəzur dəhlizi məsələsinə nöqtə qoydu - öz aləmində...

19.12.2024 | 18:31
Prezident İlham Əliyevin son müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

19.12.2024 | 18:25
Gerasimov Azərbaycan-Ermənistan normallaşmasına dair yanlış təsəvvürdədir...

19.12.2024 | 18:11
ABŞ Ermənistanı silahlandıran 3-cü ölkə olmasını niyə etiraf etmir...

19.12.2024 | 18:06
Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək

19.12.2024 | 17:58
Ermənistan KTMT ilə bağlı Amerikadan tapşırıq gözləyir...

19.12.2024 | 17:52
İntizam tənbehi verilmiş gömrükçülər bəraət alanadək xüsusi rütbələrə təqdim edilməyəcəklər

19.12.2024 | 17:45
Qriqoryan rəy azdırır - sülh sazişi və kommunikasiyalar barədə İrəvan nə təklif verib?..

19.12.2024 | 17:40
Prezident “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə fərman imzaladı

19.12.2024 | 17:36
ADA Universiteti özünün ilk doktorantura proqramınıvə Corc Vaşinqton Universiteti ilə birgə yeni magistr və doktorantura proqramlarını təqdim etdi - FOTO

19.12.2024 | 17:32
Azərbaycan mediasının xaricdən maliyyələşməsinə dair ilginc mülahizə - “əlaltı resurslar”...

19.12.2024 | 17:30
BAMF İsveçrə Parlamentinin Qətnaməsi haqqında Bəyanat yayıb

19.12.2024 | 17:23
Prezident bir sıra sənədlərdə dəyişikliyi təsdiqlədi

19.12.2024 | 17:23
“Smart Customs” ilin ən yaxşı mobil tətbiqi seçilib

19.12.2024 | 17:21
Rusiya mediasından ŞOK İDDİA - Əsəd qaçmazdan əvvəl Suriyadakı hərbi hədəflərin koordinatlarını İsrailə verib...

19.12.2024 | 17:20
Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi təsdiq edildi

19.12.2024 | 17:16
"Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstəyi əsirgəməyəcəyik" - Baş naziri

19.12.2024 | 17:11
Makron Azərbaycan-Fransa münasibətlərini “haradan-haraya götürdü”...

19.12.2024 | 17:06
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

19.12.2024 | 17:00
Colani Suriyada ABŞ-ın dəstəklədiyi terrorçuları hədələdi - iki yolları var, üçüncüsü yoxdur...

19.12.2024 | 16:51
"Azərbaycan regional sülh gündəliyi istiqamətində qəti addımlarını davam etdirəcək" - Əli Əsədov

19.12.2024 | 16:36
Tovuzda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin sayı 70-i keçdi... - YENİLƏNDİ

19.12.2024 | 16:22
İranın 4 min döyüşçüsünü Tehranın xahişi ilə Rusiya Suriyadan çıxarıb – Putin açıqladı

19.12.2024 | 16:15
“Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirlərin hər biri mühüm çağırışdır” - Vüqar Rəhimzadə

19.12.2024 | 16:10
Avropada Ukraynaya ordu göndərməklə bağlı qapalı müzakirələr başladı - 100 minlik ordu...

19.12.2024 | 15:55
Azərbaycan D-8 təşkilatının üzvü seçildi

19.12.2024 | 15:38
“Bu təzyiqlərin əsl səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir” - QAİ-dən ABŞ səfirliyinə cavab...

19.12.2024 | 14:38
İsrailin sabiq naziri Makronu sərt tənqid etdi - bunlar onu gülüş obyektinə çevirir...

19.12.2024 | 14:20
"ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir" - XİN

19.12.2024 | 14:07
Bakıda dələduzluq yolu ilə sakinlərin pulunu ələ keçirən şəxslər saxlandı

19.12.2024 | 13:50
"Hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir" - XİN-dən Fransa səfirinə cavab...

19.12.2024 | 13:17
Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlandı

19.12.2024 | 13:03
Алиев сделал жёсткое предупреждение Армении - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.12.2024 | 12:26
Tramp Ukraynada bufer zona yaratmaq istəyir...

19.12.2024 | 12:05
“Qarabağ” bu gün “Şamaxı” ilə qarşılaşacaq

19.12.2024 | 12:04
Makron Ermənistan məsələsində Putin üçün başağrısına çevrilir

19.12.2024 | 12:00
Finlandiyadan ŞOK addım - Litvadan Rusiyaya gedən təyyarə saxlanıldı

19.12.2024 | 11:30
Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

19.12.2024 | 11:26
Namiq Dəlidağlının Özbəkistanda şeirlər kitabı çap olunub

19.12.2024 | 11:20
Türkiyə kəşfiyyatı Suriyada PKK-ya qarşı əməliyyat keçirib

19.12.2024 | 11:10
15 titul qazandı, "Real"ın tarixinə düşdü!

19.12.2024 | 11:05
Murmansk vilayətində iki qatar toqquşub, 31 nəfər xəsarət alıb

19.12.2024 | 11:03
Azərbaycanda Türkiyənin hərbi bazaları olsunmu? - CANLI

19.12.2024 | 11:00
Gəncədə məktəblini bıçaqlayan şəxs saxlanılıb

19.12.2024 | 10:30
Bu ölkə “TikTok”-la bağlı qadağanı ləğv edə bilər

19.12.2024 | 10:15
İsrail Yəməni bombaladı, 9 nəfər öldü

19.12.2024 | 10:13
Mətbuat Şurasının İdarə Heyəti professor Akif Rüstəmova təbrik ünvanlayıb

19.12.2024 | 10:10
Azərbaycanın nümayəndələri Romada “Borghese” Qalereyası ilə tanış olublar

19.12.2024 | 10:05
Bakıda obyekt yanıb - FHN açıqlama yaydı

19.12.2024 | 10:00
Kir Starmer və Donald Tramp Ukraynanı müzakirə ediblər

19.12.2024 | 09:30
Baş nazir Əli Əsədov Misirdə işgüzar səfərdədir

19.12.2024 | 09:25
Dincə qoyulmuş torpaqlara görə subsidiya - Azərbaycanda yeni təcrübə...

19.12.2024 | 09:20
Şuşaya gedən sürücülərə müraciət olundu - bu yoldan sitifadə edin

19.12.2024 | 09:15
İsveç miqrantlara qapıları bağlayır -sığınacaq haqqında qanunlar sərtləşdirilir

19.12.2024 | 09:10
Çində keçmiş nazir həbs olunub - korrupsiya və qadın alverində ittiham olunur

19.12.2024 | 09:07
Bu gün Moskva prospektində qaz olmayacaq...

19.12.2024 | 09:00
İlham Əliyev bu sözləri əsasən "3- cü ölkələrə" mesaj kimi söylədi....Qardaş Türkiyə ilə hər şey qaydasındadır...

19.12.2024 | 08:59
DIN- dən 11- ci sinif şagirdlərinə boyük şans.....

19.12.2024 | 08:39
1992-ci ildə banklara qoyulmuş milyonlarla manat əmanət nə vaxt "diriləcək"?..

19.12.2024 | 00:56
Media savadlılığı niyə vacibdir?

18.12.2024 | 21:17
Türkiyə və ABŞ Suriyada toqquşma həddinə çatdılar...

18.12.2024 | 21:03
“Amaras” monastırı üstündə saxta erməni tarixi bir az da "dərinləşdirildi"...

18.12.2024 | 20:47
Azərbaycanda 188 min kommersiya qurumunun üçdə biri fəaliyyətsizdir...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031