İsveç miqrantlara qapıları bağlayır -sığınacaq haqqında qanunlar sərtləşdirilir
İsveç hökuməti və “İsveç Demokratları” partiyası sığınacaq müraciətləri və iş icazələri ilə bağlı qanunlara dəyişiklik edilməsini təklif ediblər. Təklif olunan dəyişikliyə əsasən, sığınacaq almaqdan imtina alanlar indi yalnız beş ildən sonra və İsveçi tərk etdikdən sonra yeni ərizə verə biləcəklər. Miqrasiya naziri Yohan Forsselin sözlərinə görə, islahatın məqsədi qanunda insanların qaçıb gizlənib qısa müddətdən sonra yenidən müraciət etməsinə imkan verən boşluqları aradan qaldırmaqdır.
Həmçinin, ölkəni tərk etmək göstərişinə əməl etməyənlər üçün Şengen zonasına qayıtma qadağasının müddətinin bir ildən 5 ilədək artırılması təklif edilir. Bundan əlavə, sığınacaqdan imtina edənlərin İsveçi tərk etmədən iş icazəsi ala biləcəyi statusunun dəyişdirilməsi imkanı ləğv ediləcək.
Mətləb Salahov